(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Zaur Axundovun kölgəyə çəkilməsinin sirri

Zaur Axundovun kölgəyə çəkilməsinin sirri

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundovun başı dərddədi. Nəhayət, ondan da hesabat istəyən tapıldı. AFFA-da 5-6 vəzifəni bir əldə cəmləyən bu şəxs indiyə qədər xərclədiklərinin hesabatını verməlidi.
 
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “Keşlə”də maaşların 3 ay yubanmasının və yalnız ötən şənbə verilməsinin səbəbi də bu imiş. Axundovun nəzarət etdiyi bütün sahələrə maliyyə axını dayandırılıb və müvafiq instansiyalar tərəfindən ciddi yoxlama aparılır. Zaur bəyin bir müddətdi ölkədə olmamasının da səbəbi bu imiş.
 
Axundovun “Keşlə”nin son oyunlarında gözə girməməsinin, paltardəyişmə otağına enib, əzələ nümayiş etdirməməsinin də səbəbi budur. Onunla bağlı ciddi narazılıqlar lazımi ünvanlara çatıb və onun niyə bu qədər özündənrazı davranmasını araşdırmağa başlayıblar. Artıq vətənə dönmüş Zaur bəy bu səbəbdən dili qısaldılmış kimi gəzir. Ciddi yoxlamalar gedir və nəticələri onun üçün arzuolunan deyil.
 
Haqqına girmək istəmirik, amma bu işdə Elxan Məmmədovun barmağı olsa, təəccüblənmərik. AFFA-nın baş katibi öz adamını – Rəmiş Malıyevi “Keşlə”yə boşuna göndərməmişdi. Bu şəxs maliyyəyə nəzarət etməli idi. Axundovsa assosiasiyanın sabiq hüquqşünasını gözümçıxdıya salmışdı. Tək qərar sahibi sədr olduğundan, Malıyev lazımsız fiqura çevrilmişdi. Lakin görünür, o, öz işini görürmüş və vəsaitin düzgün xərclənməməsi barədə hansısa məlumatlar lazımi yerlərə ötürülüb.
 
Təftiş yekunlaşıb, nəticələri isə tezliklə bilinəcək. Axundov təmiz işləyibsə və ya lazımi yerlərdən dəstək alacaqsa, yenə işinin başında olacaq, əks halda,futbolumuz qalmaqalçı idarəçinin həsrətinə dözməli olacaq. İpə-sapa yatmadı, çox böyüdü, böyüdüldü və hədəfə çevrildi. Baş katib bir müddət onu yanına çəkdi, nüfuzundan istifadə etdi, indi isə o, Məmmədova mane olmağa başlayıb, ipini çəkmək lazımdı. Çəkdirirlər...
 
Xəbərə “Keşlə”dən də reaksiya öyrənməyə çalışdıq. Klubdan Axundovun işinin başında olduğunu dedilər. Başqa heç nə. Bu yazıdan sonra əlavələri olsa, elə Zaur bəyin özünə tribuna verməyə hazırıq.
 
FƏRİD

 
tarix: 12-02-2019 10:03


 
Xəbər lenti
22.04.2019

18:00   Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25   Region Liqasında ilk finalçı bəlli oldu

16:51   Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14   Yarımfinalı buraxacaq 3 futbolçu

15:59   Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29   Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43   “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17   Modriçdən “Real”da yubiley matçı

13:57   “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15   Yarımfinal rəqəmlərin gözü ilə

13:00   Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54   Braziliyada da çempion bəlli oldu

12:37   Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10   İlk dubl və 10-cu qol

11:51   Mbappe ölkə tarixinə düşdü

11:32   Yunanıstanda çempion bəlli oldu

11:18   “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00   Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44   Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20   Eratın komandasından daha bir qələbə

10:00   Millimizin sabiq futbolçusu döyüldü

09:42   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21   Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00   Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10   PSJ - çempion!

00:45   “Real”dan darmadağın

21.04.2019

23:22  “Arsenal” uduzdu, MY darmadağın oldu, “Liverpul”…

22:55  “Borussiya”dan darmadağın

22:15  Lider xal itirdi, “Fənərbaxça” uduzdu

21:34  Madridə gedəcək “Sabah”lılar mətbuat konfransı keçirəcək

20:35  Vüqar Mustafayev “75”ə çatdı

17:37  Ardıcıl 4-cü yarımfinal: “Qarabağ”la 52-ci oyun

16:57  Alleqri bu rekordu təzələdi

14:30  Kristiano Ronaldodan daha bir ilk

13:29  Bundesliqa klubu baş məşqçisini qovdu

12:23  “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18  Quluzadənin komandası yenə xal itirdi

10:10  Ozan Can oynadı, komandası darmadağın oldu

09:24  Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44  “Barselona”dan çətin qələbə

00:37  “Bavariya”ya 1 qol bəs etdi

00:26  “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01  Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az