(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yurçeviç: “Düzgün motivasiya və taktika ilə biz öz istədiyimizə çatacağıq”

Yurçeviç: “Düzgün motivasiya və taktika ilə biz öz istədiyimizə çatacağıq”

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı baş tutub.

Futbolinfo.az xəbər verir ki, o, öncə yığmamıza təyinatı ilə bağlı fikirlərini  bildirib: 

- Burda xeyli sayda jurnalist görmək xoşdu. Bilirəm ki, milliyə diqqət böyükdü. Gələcəkdə sıx əməkdaşlıq edəcəyik.

- Xorvatiya mətbuatı yazıb ki, 2020-ci ilə qədər müqavilə imzalamısız...
- Belə, bir şey yoxdu. Bunu onlar özlərindən yazıb.

- Bəs, nə qədər müddətə müqavilə imzalamısız?
- Müqavilə 1 illikdi. Daha sonra 2 ilə qədər uzadılması haqqında danışacağıq. 

- Azərbaycan yığmasında əsas məqsədiniz nədi?
- Xorvatiya yığması FİFA reytinqində 4-cü yerdədi. Bizim isə vəziyyətimiz o qədər də ürəkaçan deyil. Çalışacağıq ki, yaxşı olsun.

- Azərbaycan çempionatında bir neçə oyunu izləmisiniz. Hansı təəəssüratlar yarandı?
- Bakıda olmayanda "Qarabağ" - "Neftçi" oyununa baxdım. Çox xoşuma gəldi. Yığmanın üzvləri əsasən bu komandalarda cəmləşib. Çox maraqlı idi.

- Yığmada hansı dəyişiklikləri edə bilərsiniz və qapıda kimi görmək istəyirsiz?
- Bundan əvvəlki seçmə mərhələ oyunlarına baxmışdım. Bəzi matçları bəyənmişdim. Düzgün motivasiya və taktika ilə biz öz istədiyimizə çatacağıq. Qapıçıları 2-3 həftə ərzində yaxından izləyəcəm. Ondan sonra baxacağıq və qərar verəcəyik. Mənim üçün çox vacibdir ki, yığmaya çağırılan futbolçular formada olsun.

- Seçmə mərhələnin startına 1 ay qalıb. Bu müddət bəs edəcək ki, komandanı tanısın?
- Bilirəm ki, çox az vaxt qalıb. Mənim futbolçular haqqında xeyli məlumatım var. Bizi qarşıda böyük matç gözləyir. Martın 21-i ağır matç olacaq Xorvatiyaya qarşı. Hazırda nəzərimdə 20-yə yaxın futbolçu var. Amma yeni oyunçular üçün də baxacağıq. Daxili çempionatda oynayanlarla bağlı informasiya toplamışam. Xaricdə çıxış edənləri izləməliyəm. Çünki onlar haqqında tam məlumatım yoxdu.

- Köməkçiləriniz kim olacaq?
- Xorvatiyadan bir köməkçim var. Bir yerli köməkçim olacaq. Qapıçı məşqçimiz də yerli olacaq. Analitik məşqçi xorvatiyadan gələcək.

- Millimizin sabiq baş məşqçisi Robert Prosineçki yığmamız haqqında sizə nə söylədi?
- Onunla 30 ildi tanışıq. Ondan və onun köməkçilərindən məlumat almışam. Ancaq pozitiv sözlər deyiblər. Hətta o, Azərbaycanda olanda da danışırdıq.

- Fiziki hazırlıq baxımından komandada problemlər var. Ardıcıl iki oyunu eyni səviyyədə keçirə bilmir komanda. Bu barədə nə düşünürsüz?
- Bəli, məlumatım var ki, yığmanın bəzi oyunçularına 4-5 gün ərzində iki oyun keçirmək çətindi. Bu problemi həll etməyə çalışacağıq.

- Federasiya məşqçi qarşısında hansı şərt qoyub?
- Bizim məqsədimiz oyundan-oyuna artırmaqdı. Avropa çempionatına çıxmaq üçün döyüşəcəyik.

- Həmyerliniz Robert Prosineçki burda olanda deyirdi ki, mətbəxinizdən quzu kababını xoşlayıram. Bəs, siz dadmısınızmı Azərbaycan mətbəxini?
- Azərbaycanın xüsusi yeməkləri var. Prosineçki ilə təkcə futboldan deyil, yeməklərdən də danışardıq. Ondan soruşanda nə ən yaxşıdı, çox vaxt yeməklərdən danışırdı. Türkiyədə iki il işləmişəm. Oranın da mətbəxti gözəldi. Həm də Azərbaycan mətbəxi ilə oxşardır.

- Xorvatiya ilə oyun öncəsi təlim-məşq toplanışı Bakıda olacaq, yoxsa xaricə üz tutacaqsız?
- Təlim-məşq toplanışı Bakıda olacaq. Amma tarix bəlli deyil.

- Qurban Qurbanovla görüşmüsünüzmü?
- Qurban Qurbanov haqqında bilirəm. Onun uğurlu futbolçu və məşqçi olduğundan xəbərim var. Serbiya və Çernaqoriyaya vurduğu qolları da xatırlayıram. Təbii ki, onunla görüşəcəm. O, Azərbaycan futbolunda böyük uğurları olan bir şəxsdi. "Qarabağ"ı Avropa Liqasına, Çempionlar Liqasının qrupuna daşıyıb.

- Prosineçkini bizə sevdirən həm də aldığı maaşı açıqlaması idi. Siz də açıqlaya bilərsiz?
- Əmək haqqım barədə federasiya rəsmiləri ilə danışığımız olub. Yaxşı olardı ki, onlar açıqlasın.

- Robert Prosineçki hər matçdan öncə ilk "11-liy"i açıqlayırdı...
- Mənim üçün də bunda problem yoxdu. Amma hərdən elə anlar ola bilər ki, start heyəti oyun günü açıqlayım.

- Prosineçki övladlarını Azərbaycanda məktəbə qoymuşdu. Siz necə addım atacaqsız?
- Mənim üçün çox xoşdu ki, Prosineçki haqqında ancaq xoş sözlər eşidirəm. Həyat yoldaşımla burda yaşayacağıq. Amma qızlarım Zaqrebdə qalacaq. Çünki onlar orda təhsil alacaqlar.

AĞA


 
tarix: 12-02-2019 12:10


 
Xəbər lenti
21.02.2019
20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

12:00  “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az