(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Kabab iyinə gələn Yurçeviçlə son bir il

Kabab iyinə gələn Yurçeviçlə son bir il

Özünə hörmət edən məşqçi birillik müqavilə bağlamaz. Bunu edirsə, deməli, plansızdı, inkişaf strategiyası, uzunmüddətli iş proqramı yoxdu. Və AFFA da buna razılaşırsa, belə biri ilə anlaşırsa, deməli, Nikola Yurçeviç müvəqqəti biridi, onunla zaman öldürür, könül əyləndirirlər. 2020-də kimin kimlə əyləndiyini də görəcəyik.
 
Məhz indi AFFA-nın niyə milli komandaya məşqçi tapa bilməməsinin səbəbi aydın olur. Deməli, ölkə rəhbərliyi səviyyəsində konkret tələb qoyulması ilə bağlı deyilənlər həqiqətdi. Ya yığma Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmalıdı, ya da futbol təsərrüfatı qitə birinciliyi yekunlaşan kimi zəlzələyə düşəcək. Böyük kompensasiyalardan qaçmaq üçün uzunmüddətli müqavilələrə icazə verilməyib. Yalnız 1 ili nəzərdə tutan anlaşmaya isə heç kim razılaşmayıb. Belədə milli təcrübəsi olmayan, heç nə itirməyəcək Yurçeviç missiyanı boynuna götürməyə razılaşıb.
 
İndi xorvat məşqçi ya sehrli çubuqla ötən illərdə futbolun inkişafı ilə bağlı görülməyən işləri unutdurub, millini finallara çıxarmalı, ya da ona bu şansı verənləri də arxasına salıb, səhnədən çəkinməlidi. Çətin, məşəqqətli dövr başlayır.
 
Yurçeviç də vəziyyətdən halidi. Bu potensialla milli komandamızın heç nə əldə etməyəcəyini bilir. İşsiz qalmaqdansa, normal şərtləri olan anlaşma ilə pul qazanmağa, eyni zamanda SV-nə “milli” əlavəsini etməyə razılıq verib. Onun ancaq qazanmaq üçün gəldiyini bugünkü mətbuat konfransında həmkarımızın verdiyi suala cavabından da hiss etmək olardı. Bütün suallara candərdi, doplomatik cavab verən Nikolanın mətbəxdən, quzu kababından söz düşən kimi sifəti açıldı. Kababdan, yemək-içməkdən elə həvəslə danışdı ki, milyonlar səltənətinə tamahla gəldiyi aydınlaşdı.
 
Mətbuat konfransında AFFA rəhbərliyindən heç kim yox idi. Yurçeviçi itdəymiş kimi tək buraxmışdılar. Belə məclislərdə ən azı baş katib Elxan Məmmədov gözə dəyməliydi. Amma mətbuat qarşısında ya vəd vermək, ya da vəziyyəti malalamaq lazım olacaqdı. Vəd verməyə əsas olmalıdı, malalamağı isə “yuxarılar” qəbul etmir. Bu səbəbdən Məmmədov da üzə çıxmamağı lazım bildi. Əvvəlki məşqçilərin, eləcə də Qurban Qurbanovun təqdimat mərasimində özünü səhnəyə atan baş katib bu dəfə qeyb olmuşdu.
 
AFFA prezidenti Rövnəq Abdullayevin dünən hamını SOCAR-a, ayağına gəlməyə məcbur etməsi də təsadüf deyildi. Heç vitse-prezident Elşad Nəsirovun həmin tədbirdən yayınması da... Artıq hədəfdə yalnız baş katib qalıb. İllərdi ölkə futbolunun başına oyun açan, indi isə bütün uğursuzluqlara görə cavab verməli olan Elxan bəy gizlənir. Amma seçmə mərhələnin gedişində onu tez-tez tapacaq, ifşa edəcəyik.
 
Yurçeviç millidə işə başlayır. Birillik anlaşmasının maliyyə detalları rəsmi müqavilə imzalanarkən açıqlanmalıdı – belə vəd verdilər. Amma indi bunun heç bir önəmi yoxdu. Onsuz da hər şey gələn ilin yayında bitəcək. HƏR ŞEY...
 
FƏRİD

 
tarix: 12-02-2019 13:21


 
Xəbər lenti
20.06.2019

22:25   Namiq Ələsgərov: “Əsas odu Avroliqadakı ilk oyunumuzadək tam hazır olaq”

21:55   “Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm"

19:47   “Neftçi”dən Rusiya klubu üzərində inamlı qələbə

19:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:25   “Səbail” “Neftçi”nin daha bir futbolçu ilə müqavilə bağladı

18:27   Meksika klubundan millimizin üzvü üçün yarım milyonluq təklif

17:58   MS ukraynalı futbolçu ilə müqavilə imzaladı

17:24   “Ayaks” baş məşqçisi ilə bağlı qərar verdi - RƏSMİ

17:02   “Səbail”in ilk sınaq matçının başlama vaxtı bilindi

16:47   “Neftçi”nin futbolçusu rəsmən “Səbail”də

16:24   “Real”ın futbolçusu rəsmən “Atletiko”da

16:01   Milli komandada yeni baş məşqçi

15:42   “Qarabağ” Çempionlar Liqası üçün bu stadionu seçdi

15:23   Srna yenidən “Şaxtyor”da

15:08   İnsinye “Napoli”dən ayrıldı - RƏSMİ

14:30   Balayevli “Tobol”u finala buraxmadılar - VİDEO

14:08   Con Terri “Aston Villa”da qaldı

13:47   “Yuventus” futbolçusunu 15 milyon avroya satdı

13:03   “Neftçi” və “Speranta”nı məğlub edərək, yolumuza davam edəcəyimizi deyə bilərik”

12:46   İtaliya millisinin üzvü rəsmən “İnter”də

12:30   “Arsenal”ın futbolçusu püşkdən razıdı: “Bizim üçün böyük üstünlükdü”

12:15   “Qarabağ”dan ikitərəfli oyun

12:01   “Sabah”dan 2000 manatlıq müsabiqə!

11:44   “Neftçi”nin Türkiyədə 5-ci günü - VİDEO

11:23   Argentina millisi yenə xal itirdi

11:00   “Zirə”də yeni müqavilə

10:30   MY-nin əfsanəsi cəzalandı - Bukmeker kontorunda mərcə görə

10:00   Sabiq “Qalatasaray”lıdan dopinq etirafı

09:30   MY ispaniyalı futbolçusu ilə nikah təzələdi

09:15   “Mançester Siti”də yeni müqavilə

09:00   20 il öncə başlayan yol – II yazı

00:17   “Səbail” moldovalı futbolçu ilə müqavilə bağladı

19.06.2019

22:36  “Milan” yeni baş məşqçisini rəsmən açıqladı

20:16  “Keşlə” Samir Məsimovla vidalaşdı - RƏSMİ

20:05  “Bavariya”dan “Borussiya”ya 38 milyon avroluq transfer

19:39  “Real” yeni transferini təqdim etdi

18:36  Luis Enrike İspaniya millisindən getdi - RƏSMİ

18:00  Mirabdulla “Neftçi”ni məhkəməyə verir

17:35  “Qarabağ”da oynamağa razılıq verdi

16:57  Avroliqada 2-ci təsnifat mərhələsinin bütün cütləri

16:20  “Qəbələ”, “Neftçi” və “Səbail”in Avroliqadakı potensial rəqibləri bəlli oldu

15:46  “Keşlə” yeni transferini rəsmən açıqladı

15:39  Stuxlik: “UEFA-dan gələn bu siqnal bizim ağır işimizin mükafatıdır”

15:22  Azərbaycanlı hakimlər KONKAKAF turnirinə təyinat aldılar

15:17  “Keşlə” braziliyalı futbolçu transfer edir

15:05  “Qarabağ” “Partizani”yə uduzsa…

14:50  Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri

14:32  “Keşlə” sabahdan məşqlərə başlayır

14:12  “Qarabağ”ın potensial rəqibi də məlum oldu

14:08  “Sumqayıt”da yeni müqavilə

13:50  Hollandiya klubundan “Keşlə”yə: Bu gün müqavilə imzalanır

13:43  “Psixoloji olaraq turu keçəcəyimizə inanıram”

13:36  Xorvat futbolçu “Keşlə” ilə müqavilə bağlamağa gəlir

13:00  Braziliya Venesuela ilə bacarmadı

12:43  “Neftçi”nin rəqibini yaxından tanıyaq - VİDEO

12:34  “Sumqayıt”ın futbolçusu 27 yaşında karyerasını bitirdi

12:27  “Kəpəz” başsız qaldı

12:26  “Zirə”nin yay hazırlıq planı açıqlandı

12:12  Meza Kolli “Səbail”ə qarşı oynamayacaq

12:04  Koçuk qayıtdı

11:57  Lilay “Qarabağ”ı təriflədi

11:44  "Sperantsa" - "Neftçi" matçının stadionu da dəyişdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az