(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azərbaycanda ən çox diqqətimi çəkən toplu oyuna üstünlük verilməsidi”

“Azərbaycanda ən çox diqqətimi çəkən toplu oyuna üstünlük verilməsidi”

“Zirə”nin yeni transferlərindən olan İsmael Fofananın futbolinfo.az saytına müsahibəsi:

- “Zirə” uzun müddət idi ki, qalib gələ bilmirdi. “Səbail” üzərindəki qələbəni necə şərh edərdin?
- Təbii ki, yaxşı oyun oldu. Həm də səfərdə oynadığımız üçün çətin idi. “Səbail” güclü komandadı və eyni sözləri öz komandamız haqqında da deyə bilərəm. Ümumiyyətlə, maraqlı matç alındı. Turnir cədvəlindəki vəziyyətimizə görə mütləq qalib gəlməli idik. Hazırda yalnız ardıcıl qalibiyyətlərə ehtiyacımız var. Turnir cədvəlində daha çox irəliləməliyik. Motivasiya baxımından da qələbələr əhəmiyyətlidi.

- Matçın ikinci hissəsi demək olar ki, rəqibin üstünlüyü şəraitində keçdi. Düşünmürsən ki, haqsız qələbə qazandınız?
- Futbol belədi. Onların əlində daha çox qol şansı olması ilə razıyam. Amma bundan faydalana bilmədilər. Biz isə əksinə, şanslarımızdan istifadə etdik. Bu da matça köklənməyimizlə bağlı idi. Onların ən azı 5 real qol şansı oldu. Boşa verdilər. Biz isə ilk imkanda hesabı açdıq. İkinci hissədə də yenə qol vura bilərdik, lakin buna son dəqiqələrdə nail olduq. Bütün bunlar futbolda normaldı. Rəqib qol şanslarından yararlana bilsəydi, biz matçı uduzacaqdıq. Xoşbəxtlikdən 3 xal qazanan tərəf olduq.

- Son pillədən xilas olduz. Daha artığını etmək üçün nə lazımdı?
- Son pillədən xilas olmaq hər kəs üçün, xüsusən meydana çıxan futbolçular üçün önəmli idi. Motivasiya olaraq çox təsir edəcək və yenidən ora qayıtmaq niyyətimiz yoxdu.

- Qarşıda “Neftçi” ilə ağır matçınız var…
- Biz meydana mübarizə üçün çıxacağıq. Yaxşı futbolçulara malik güclü komandayıq. Məşqlərimiz davam edir. “Neftçi”yə qarşı layiqli oyun ortaya qoymağa çalışacağıq. Futbolda hər şey ola bilər. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə olsun.

- Artıq Azərbaycan çempionatında oynadın. Ümumiyyətlə, Premyer Liqa haqqında ilk təəssüratın nədi?
- Düşünürəm ki, komandalar istəklidir mübarizdi və bu çox şeydən xəbər verir. Futbolu sevdirən də uğurlardan, oyunundan zövq almaqdı. Bütün komandalar qalib olub zövq almaq istəyir. Ehtiyat oyunçular skamyasında izlədiyim mənzərə bu idi. Ən çox diqqətimi çəkən isə komandaların toplu oyuna üstünlük verməsidi. 2-ci mərtəbədən çox istifadə etmirlər. Bu da meydanda açıq futbolun getməsinə gətirib çıxarır. Hər iki komandanın qələbə istəyi sadəcə, hücuma kökləndikləri üçün açıq görünürdü.

- Serbiyada futbol azarkeşləri çılğınlıqları ilə seçilir. Azərbaycanda isə demək olar ki, stadionlarda tərəfdar olmur. Bu səni narahat etmir?
- Son mövsümü Serbiyada oynadım. Orda da stadionlar dolmur. Bəzi komandaların azarkeşləri isə çılğınlıqları ilə seçilirlər. “Partizan” və “Srvena Zvezda” oynayanda tribunalar dolur. Ümumilikdə 2-3 komanda bu baxımdan seçilir. Onlar heç zaman İngiltərə, Fransa, Almaniya ilə müqayisə oluna bilməzlər. Bilirsiz, kiçik futbol ölkələrində belədi. Mənim oynadığım “Voyvodina”nın stadionu heç vaxt tam dolmazdı. Maksimum 2000 və ya 1000 nəfər stadiona gəlirdi. Bəlkə Azərbaycanda da şəhərlərdən asılı olaraq vəziyyət dəyişə bilər, daha çox azarkeş görə bilərik.

CAVAD


 
tarix: 12-02-2019 14:38


 
Xəbər lenti
22.04.2019

18:00   Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25   Region Liqasında ilk finalçı bəlli oldu

16:51   Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14   Yarımfinalı buraxacaq 3 futbolçu

15:59   Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29   Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43   “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17   Modriçdən “Real”da yubiley matçı

13:57   “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15   Yarımfinal rəqəmlərin gözü ilə

13:00   Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54   Braziliyada da çempion bəlli oldu

12:37   Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10   İlk dubl və 10-cu qol

11:51   Mbappe ölkə tarixinə düşdü

11:32   Yunanıstanda çempion bəlli oldu

11:18   “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00   Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44   Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20   Eratın komandasından daha bir qələbə

10:00   Millimizin sabiq futbolçusu döyüldü

09:42   Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21   Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00   Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10   PSJ - çempion!

00:45   “Real”dan darmadağın

21.04.2019

23:22  “Arsenal” uduzdu, MY darmadağın oldu, “Liverpul”…

22:55  “Borussiya”dan darmadağın

22:15  Lider xal itirdi, “Fənərbaxça” uduzdu

21:34  Madridə gedəcək “Sabah”lılar mətbuat konfransı keçirəcək

20:35  Vüqar Mustafayev “75”ə çatdı

17:37  Ardıcıl 4-cü yarımfinal: “Qarabağ”la 52-ci oyun

16:57  Alleqri bu rekordu təzələdi

14:30  Kristiano Ronaldodan daha bir ilk

13:29  Bundesliqa klubu baş məşqçisini qovdu

12:23  “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18  Quluzadənin komandası yenə xal itirdi

10:10  Ozan Can oynadı, komandası darmadağın oldu

09:24  Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44  “Barselona”dan çətin qələbə

00:37  “Bavariya”ya 1 qol bəs etdi

00:26  “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01  Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az