(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Divizionda 2 xəta: şübhəli nəticələr, “savadlı” məşqçilər və yeni protokol qaydaları

Divizionda 2 xəta: şübhəli nəticələr, “savadlı” məşqçilər və yeni protokol qaydaları

AFFA İntizam Komitəsi bu gün 2 komandaya texniki məğlubiyyət verdi. Və onlar hansısa uşaq komandası deyildi, I divizion təmsilçiləri idi.
 
2 oyunda eyni problemin meydana çıxması təsadüf ola bilməz. Deməli, konkret səbəb var. Amma səbəbi dəqiqləşdirməzdən öncə qeyd edək ki, XIV turun “Sumqayıt-2” – “Keşlə-2” matçında qonaqlar, “Kəpəz” – MOİK matçında meydan sahibləri oyuna protokolda adı olmayan futbolçu buraxıb. Ən maraqlısı odur ki, hər 2 matç 3:0 hesabıyla qurtarıb. Texniki məğlubiyyət verildikdən sonra nəticənin olduğu kimi saxlanıldığını nəzərə alsaq, sanki hər şey bilərəkdən edilib. Ehtimaldı, kiməsə maraqlı gəldisə, araşdırsın.
 
Protokoldakı səhvə gəlincə, “Kəpəz” Ziyabil Məmmədovun 77-ci dəqiqədə Şöhrət Quliyevi, “Keşlə-2” isə 39-cu dəqiqədə Ülvi İbrahimovun Cavidan Qasımlını əvəz etməsindən sonra “zibilə düşüb”. Bununla da AFFA-nın tətbiq etdiyi yeni protokol sisteminin yaratdığı problemlər ortaya çıxıb. Hətta “CBC Sport”da bəh-bəhlə təbliğ edilən, az qala dünya futbolunda inqilab kimi dəyərləndirən yeni protokolların yaratdığı problem beləcə üzə çıxıb.
 
İnsaf naminə, yeni protokollarda qəribə heç nə yoxdu. Onu doldura bilməyənin, səhv edənin ibtidai sinif biliyinə şübhə etməli olursan. Azca diqqətli olmaq, saymağı və işarə qoymağı bacarmaq lazımdı.
 
Hətta Premyer Liqa klublarının da yaşadığı problemdən sonra bu sistemə keçilib. Və indiki sənəd daha rahatdı. Matçdan öncə hətta rənglərlə limit oyunçuları, legionerlər və s. ayrıca qeyd edilmiş protokol təqdim edilir. Məşqçilərə yalnız start heyətdə çıxacaq 11 nəfəri fərqləndirmək qalır, eyni zamanda ehtiyatda olanların qarşısındakı qrafada da müvafiq işarə qoyulmalıdı. Və komandanın iştirak ərizəsindəki bütün oyunçuların adı burada yazıldığından kimsənin kənarda qalması mümkün deyil.
 
Sadəcə, ehtiyatda oturanların qarşısına bu işarə qoyulmalıdı ki, onların oyunda olması təsdiqlənsin. Lakin komandaların məşqçiləri Ziyabil və Ülvinin adı önünə işarə qoymağı unudub, onlar da meydana çıxınca texniki məğlubiyyət qaçılmaz olub.
 
Protokol xətasıdı. Amma bu, həm də savadsızlığın göstəricisidi. Klub nümayəndələrinə dəfələrlə yeni sistem izah olunub, onlara AFFA-da “kiçik dərs” də keçilib. Amma onlar hələ də adi “quşqoyma”nı bacarmırlar. Bu məşqçilərin kateqoriyanı necə aldıqlarını bilmirik, fakt isə odur ki, hətta protokol doldura bilmirlər.
 
“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov olsa da, komandada bu işi qapıçı məşqçisi Tariyel Hüseynov görür. “Keşlə”də isə baş məşqçi Rüstəm Əliyev köməkçisi Elmir Əliyevə güvənir.
 
Hələlik faciəvi bir şey baş verməyib – meydanda qeydə alınan nəticə texniki məğlubiyyətə çevrilib. İndi gör qalib gəldiyin oyunda belə səhvə görə uduzmağın səsi necə çıxardı?
 
FƏRİD

 
tarix: 12-02-2019 14:48


 
Xəbər lenti
21.02.2019
20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

12:00  “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az