(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
İkili standart: “Qəbələ”nin bayrağından “Sumqayıt”ın torunadək

İkili standart: “Qəbələ”nin bayrağından “Sumqayıt”ın torunadək

AFFA İntizam Komitəsinin bu gün qəbul etdiyi qərarlar birmənalı qarşılana bilməz. Hiss olunur ki, bəzi klublara qarşı ikili yanaşma var. Ötən tur “Qarabağ” və “Qəbələ” adi səbəblərdən 1600 manat cərimələnmişdisə, bu dəfə daha ciddi nöqsanı olanlara “gözün üstə qaşın var” deyilməyib.
 
“Qarabağ” və “Qəbələ”nin haqlı olduğunu demirik. Səhvə yol veriblərsə, cəzalanmalıdılar. Amma daha böyük qüsurları olan digərlərinə qarşı fərqli davranılmamalıdı. “Qəbələ” sadəcə, ehtiyat bayrağı təmin etmədiyi üçün cərimələnmişdi. Lakin son turda göründü ki, “Sumqayıt” hətta oyun üçün qapı torlarını düz seçməyib. Biabirçiliq yaşandı, canlı efirdə də hamı bunun şahidi oldu. Əvəzində “gənclik şəhəri” təmsilçisinə hər hansı cəza tətbiq olunmadı.
 
Cəza üçün oyunun AFFA nümayəndəsi raportunda qeydlər etməlidi. Komitə məhz bu qeydlərə əsasən qərar çıxarır. Bəs, Əsgər Əmirəliyev bu barədə nəsə yazıbmı? Səbəbkarı axtardıq, lakin o sualı eşidən kimi duruxdu və vəziyyətdən çıxmaq üçün danışmalarına qadağa qoyulduğunu bildirdi. O, bu barədə AFFA-dan məlumat almağımızın lazım olduğunu bildirdi.
 
Gözəl üsuldu, problemdən qaçmaq üçün izazdırmadı. Amma biz hörmətli AFFA nümayəndəsinin dediyini etmədik, yol göstərməyə qalsa, Əmirəliyevin özünə mətbuata açıqlama verməyə borclu olması barədə dastan həsr edərik. Kiçik məsələdi deyə üstünə düşmürük, amma AFFA rəsmiləri bunun çıxış yolu olmadığını bilməlidi.
 
Əmirəliyevin ağzını “qıfıllayıblar”, amma ortada fakt var axı. Hətta o, raportunda nəsə yazmayıbsa da, bütün ölkənin xəbər tutduğu hadisəyə necə biganə qalmaq olar? “Qəbələ”ni ehtiyat bayraq olmadığı üçün cərimələyənlər “Sumqayıt”ı yararsız qapı torlarına görə niyə məzəmmət etmirlər? AFFA-dan maliyyələşən klublara qarşı sevgi, müstəqillərə qarşı şiddət ikili standart deyilmi?
 
AFFA-dan maliyyələşən daha bir klubun – “Səbail”in futbolçusuna güzəşt edilməsi də maraqlıdı. Elvin Yunuszadə qırmızı vərəqə aldıqdan sonra min hoqqadan çıxır, meydana girir, polislərin qucağında aparılması canlı efirdə göstərilir, lakin onun cəzası digərləri kimi standart – 1 oyunluq olur.
 
İkili standartlarla müstəqil klubları bu qədər incitməyin. Onsuz da istənilən hərəkət bumeranq kimi geri qayıdır. Qanun, qayda hamı üçündü və heç kim kiminsə “sevimlisi” olmaqla daha yaxşı böyüməyəcək.
 
AĞA

 
tarix: 12-02-2019 15:15


 
Xəbər lenti
18.06.2019

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

00:05   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az