(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əksəriyyət Yurçeviçə inanmır

Əksəriyyət Yurçeviçə inanmır

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi. AFFA dekabrın əvvəlində Qurban Qurbanovun istefaya göndərilməsindən bəri – 2 aydan artıq davam edən axtarışların nəticəsində yığmanın “sükan”ını xorvatiyalı Nikola Yurçeviçə tapşırdı.
 
İndiyə qədər baş məşqçi kimi ciddi təcrübəsi və uğurları olamayan çalışdırıcının təyinatı birmənalı qarşılanmır. Çoxları Yurçeviçin uğurlu seçim olmadığını düşünür.
 
Bəs futbol ictimaiyyəti nə fikirləşir? İdman mətbuatının və mütəxəssislərinin təyinata münasibətini, Nikola Yurçevindən gözləntilərini öyrəndik...

 
Aydın Bağırov (Qol.az saytının baş redaktoru): “Bu məsələyə münasibətim qısa olacaq. Yurçeviç və komandasından nikbin gözlətim yoxdu. Ümumiyyətlə, onun Azərbaycan millisinin üzləşdiyi problemi aradan qaldıracağını düşənmək də sadəlövhlük olar. Amma bir halda ki, AFFA ona inanıb gətiribsə, nə deyim, Allah xeyir versin!”
 
Ceyhun Rzayev (“Xəzər” TV): “Yurçeviçin məşqçi karyerasına nəzər salanda, onun barəsində yaxşı köməkçi-məşqçi ifadəsini işlətmək olar. Baş məşqçi kimi bütün klublardan qovulub, nəzərəçarpan uğuru yoxdu. Heç vaxt da milli komandada baş məşqi işləməyib. Yəni, dəlləkliyi bizim başımızda öyrənəcək. Adam deməyə söz də tapa bilmir. Çox yanlış təyinatdı. Əminliklə deyirəm”.
 
Saleh Arslan: (Korner.az saytının baş redaktoru): “Bu, sadəcə fiaskodu. Aylarla axtarış edib, sonda Yurçeviç kimi heç bir nəticəsi olmayan birini gətirməkdə məqsəd nə ola bilər? Cavabı hamıya bəllidi. Problem kimin baş məşqçi olması deyil Azərbaycanda. Problem “baş”lardadır, illərdir deyirik, yazırıq. Dəyişmir ki, dəyişmir. Çünki məsələnin həlli yazmaq, demək deyil. Bircə çarəsi var: o “baş”ların əzilməsi. Və mən o “baş”lara “Həzrət Abbas qapazı”nın vurulacağı günə qədər bu ölkənin futbolundan heç nə gözləmirəm”.
 
Tahir Süleymanov (futbol mütəxəssisi): “Son 15 ilin nəticələri...Torres, Foqts, Prosineçki, Qurbanov, Yurçeviç və 8 komandalı açıq “Bakı birinciliyi”...
Azərbaycan futbolunda ilk növbədə sistem dəyişməlidi, baş məşqçilər yox. Gözləntilər? Yurçeviçə hələ mətbuat konfransında “knopka” basmağı öyrədirlər. “Knopka”sını tapa bilməyəndən nə gözləmək olar ki?!”
 
Vüsal Mahmudov (Futbolinfo.az saytının baş redaktoru): “1 il yeyib-içəcək. Sonrası Allah kərimdi. Futbol haqda isə danışmayaq. Özümüzkülərin vecinə olmayan şeyi xorvatdan tələb etmək absurddu”.
 
İxtiyar Əsgərov (Matc.az saytının baş redaktoru): “Öncə xeyirli, uğurlu olsun deyək. Hər halda, xorvatiyalı məşqçinin fəaliyyətinin necə olacağını indidən proqnozlaşdırmaq çətindi. Amma ortada xeyli fakt var; Yurçeviçə qədər Azərbaycanda çalışmış daha nüfuzlu əcnəbi mütəxəssislərin çoxunun aqibəti göz qabağındadı. Bu səbəbdən onun sələflərindən yaxşı nəsə edə biləcəyinə inamım azdı. Yığmamızın “sükanı arxasında” Yurçeviç yox, lap Klopp, Qvardiola olsa belə, Maltanı 2 oyunun heç birində məğlub edə bilməyən, Kosovoya biabırçı hesabla uduzan futbolçulardan uğur gözləmək mənə görə mümkünsüzdü...”
 
Mehman Rəsulov (“Real” TV): “Real danışmaq lazımdı, bu qrupdan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq mübaliğədən o yana bir şeydi. Yurçeviç əksər orkestrlarda ikinci skripka olub. Baş məşqçi vəzifəsində ondan hansı notların çıxacağı artıq məlumdur. Uzaqbaşı deyəcək ki, vuruşduq alınmadı. Qrupda sondan ikinci olsaq, şəxsən mən heyrətlənəcəm. Təkcə ona inanıram ki, Xorvatiyaya böyük hesabla uduzmayacağıq. Əslində, bizim baş məşqçimiz Xorvatiya, köməkçilər isə Uels, Macarıstan və Slovakiyadan olmalıdı. Belə olan halda, ilanı Seyid Əhməd əli ilə tutmaqla uğur qazana bilərik”.
 
Sənan Abdullayev (“Xəzər” TV): “Fevralın 9-da – “Sumqayıt” – “Qarabağ” oyunun fasiləsində adam müsahibə verir və bildirir ki, AFFA ilə millini AVRO-2020-yə çıxarmaq barədə heç bir söhbətimiz olmayıb. Bazar günü yaxşı istirahət edir və bir az əvvəl hamının önündə hədəfini açıqlayır: “Matçdan-matça oyun səviyyəmizi artırmaq və seçmə mərhələdə uğurlu çıxış edib Avropa çempionatında iştirak etmək”. Görünür ki, Yurçeviç bir günlük görüntülü hazırlıq kursuna qatılıb və təlimatçılar bildirib ki, o cümləni işlədə bilməzsən. Çıx denən ki, Avropaya gedirik. Alınar belimizə minərsən, alınmasa da bir ilə ən azı yolüstü Xorvatiya tərəflərdə düşürərik evinə gedərsən. Yoxsa biz bu camaata necə izah edək ki, “Qarabağ”ı 1 dəfə Çempionlar Liqası, 4 dəfə Avropa Liqasının qrupuna çıxarıb, 5 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanmış, 10 dəfə Azərbaycanın ən güclü məşqçisi seçilmiş adamı göndərib, səni gətirmişik ki, millimiz yavaş-yavaş inkişafa nail olsun. Oxuduqlarımıza görə Yurçeviç yumşaq xarakterli adamdı. Qurbanov kimi adama dağ çəkən bizim futbolçular onu lap hörmətsiz etməsələr, yaxşıdı. Düzü, qeyri-adi bir nəticə gözləmirəm. Uzağı 4-cü ola bilərik. Hə, bir də bu təyinatlarla bağlı mənə nəsə gülməli gələn bir məqam var. Aşağı yaş qruplarına, üstəgəl milliyə kömək eləməli olan yığmaya da serb qoyublar ki, sən Allah xorvata uğur qazanmaqda kömək edin”.
 
Ruslan Mikayıllı (Azerisport.com): “Son 12-13 ildə Yurçeviç köməkçi-məşqçi kimi fəaliyyət göstərib. Ona görə də, zənnimcə, bəlkə heç özü də bilmir ki, bu dəqiqə nəyə qadirdi, qaldı, bizim fikir yürütməyimiz. Gözləntilərim o qədər də böyük deyil. Amma ümid edirəm ki, ölkə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirə biləcək. Onun baş məşqçi kimi potensialına bələd olmadığımızdan haqqında tsiklin sonunda daha dolğun danışmaq olar. Təyinatından sonra AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanmaq istədiyini bildirdi. Çox gözəl. Sevinirəm ki, millinin başında duran adam bu qədər ambisiyalıdı. Ancaq böyük şübhələrim var. Yenə də, ona uğur arzulayıram”.
 
Mahir Rüstəmli: (“Futbol+” qəzetinin baş redaktoru): “Azərbaycan futbolunun gerçək potensialından xəbərdar olan istənilən başqa adam kimi, mənim də Yurçeviçdən hansısa qeyri-adi gözləntim yoxdu. Mənə elə gəlir ki, o özü də burdakı reallıqlardan az-çox xəbərdardı. Bugünkü təqdimat mərasimində səsləndirdiyi fikirlər, açığı, xoşuma gəldi. Problemləri görür, amma eyni zamanda yeni statusu ona “biz AÇ-2020-nin final mərhələsinə qatılmaq uğrunda oynaya bilmərik” deməyə imkan vermir. Sağlam mühitdə çalışmaq imkanı olarsa, sələflərinin səhvlərini aradan qaldıra bilərsə, çempionatın səviyyəsi müəyyən qədər qalxarsa, bəxt üzünə gülərsə, bəlkə də bu qrupda 4-cü, hətta 3-cü yer uğrunda mübarizə aparmaq olar. Bildiyimə görə, müqavilə də “1+2 il” şərti ilə imzalanıb. Yurçeviçlə anlaşmanı daha çox AFFA-dakıların nəfəs dərmək, böyük tənqid-təzyiq dalğasının altından çıxmaq cəhdi kimi qiymətləndirərdim. Digər tərəfdən aydındı ki, onu daim Qurban Qurbanovun kölgəsi izləyəcək. İstənilən uğursuzluq halında media, ictimaiyyət müqayisəyə əl atacaq. Kəsəsi, Yurçeviçin halına qibtə etmirəm, sadəcə, uğurlar arzulayıram. Çox istərdim ki, Kosovoya 0:4-dən və Qurban bəyin istefasından sonra gözdən düşən yığmanı yenidən xalqın komandası edə bilsin. Bu, nə qədər çətin olsa da...”
 
Kənan Hakimov: (“İctimai” TV): “Açığı, hamı kimi mənim də böyük gözləntilərim yoxdu. Yurçeviç adı sıravi futbol azarkeşinə heç nə demir. Müsbət məqam odu ki, xorvatdı. Hər halda Xorvatiya ilə oyuna az qalmış bu amil xeyrimizə işləyə bilər. Məntiqlə Yurçeviç həmyerlilərini yaxşı tanımalıdı. Mənfi məqam odu ki, bizim futbolçulara bələd deyil. İnanmıram ki, bir ay ərzində istədiyi heyəti qura bilsin, oyun fəlsəfəsini aşılaya bilsin. Fikrimcə, AFFA Məşqçilər Komitəsi Azərbaycan futbolu naminə qollarını çırmalayıb ona dəstək olmalıdı, real iş görməlidi, yaxasını kənara çəkməməlidi ki, Xorvatiya və iyun ayında Macarıstanla Slovakiyaya qarşı keçirəcəyimiz oyunlara görə utanmayaq. Demirdilər, Qurban Qurbanov bizimlə məsləhətləşmir, bizə qulaq asmır. Əminəm ki, Yurçeviç qulaq da asacaq, əməl də edəcək. Buyursunlar, göstərsinlər ki, onlar hələ də Azərbaycan futboluna lazımdılar. AVRO-2020 isə aydın məsələdi ki, xülyadı. Bir də, məncə, Foqts və Prosineçki ilə müqayisədə Yurçeviç üçün işləmək daha rahat olacaq. Hər halda, nüfuz baxımdan sələflərindən geridə qalır. Foqts və ya Prosineçki kimi vətənində gününü keçirməyəcək. Ümid edək ki, hər tur onu stadionlarda görəcəyik. Yən bu proses davamlı olacaq. Fikrimcə, Yurçeviç də Prosineçki kimi hücum futboluna üstünlük verəcək. Nə deyək, xeyirli olsun!”
 
Erkin İbrahimov (futbol meneceri): “Berti Foqts kimi yüksək ödənişli, uğurları olan, futbolda uğura ac olmayan məşqçi gəlsəydi, etiraz edərdim. Yurçeviç məşqçi üçün çox da yaşlı deyil. Düzdü, baş məşqçi kimi böyük nailiyyətləri olmayıb, ancaq Zaqreb “Dinamo”suna da kimisə elə-belə çağırmazlar. Zlatko Daliç də Xorvatiya millisinə gələndə elə böyük ad-sanı olmayıb. Asiya ölkələrində çalışmışdı, ortabab məşqçi sayılırdı, ancaq gəldi millidə uğur nəticə qazana bildi. Əlbəttə, Azərbaycan və Xorvatiya millilərini müqayisə etmirəm. Fərq güman ki, elə martın 21-də növbəti dəfə bilinəcək. Sadəcə, milli komandada işləməyin spesifikası belədi ki, dünənə qədər uğur qazana bilməyən məşqçi, millidə nəticə göstərir. Gözləntilərim var, əlbəttə. Azərbaycan futbolunun durumu nə qədər göz qabağında olsa da, millim komandaya gələndə hamımız optimistə çevrilirik.  Ona görə çox da pessimist olmaq istəmirəm. Uğura ac, özünü təsdiq etmək istəyən məşqçi gəlib. Hələ ki, gözləyək. Uğurlar ona”. (Futbolpress)


 
tarix: 12-02-2019 15:26


 
Xəbər lenti
20.02.2019

23:03   Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56   “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33   Emil Balayevdən inamlı oyun - VİDEO

18:16   “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08   Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53   “Sumqayıt”ın üzrxahlığı

17:01   Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41   “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11   “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55   Maluda rəsmən İsveçrə klubunda

15:16   Kumanın yeni iş yeri məlum oldu

14:48   “Yuventus”da ciddi itki

13:46   Messi İnyestaya çatdı

13:24   Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09   Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42   Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21   Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01   “Hələ də şansımız qalır”

12:00   “Yuventus” “Atletiko”ya, MS “Şalke”yə qarşı - YENİLƏNİR

11:54   Kovaç heç-heçədən məmnundu

11:47   “Rubin” Balayevə qol vura bilmədi

11:37   Valverde azarkeşlərdən dəstək gözləyir

11:29   Klopp nəticədən razı deyil

11:15   “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00   Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48   Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43   Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32   Riberi 100-ə çatdı

10:26   Suares sonuncu dəfə 2015-də qol vurub

10:17   “Yuventus” hücumçusunu satdı

10:03   Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

09:47   Əli Babayev polislərimizi ələ saldı

09:35   “Barselona” Lionda qol vura bilmədi - VİDEO

09:25   “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO

09:19   Şeydayev Səmədovun gəlişinə sevinir

09:12   Qurbanovun olduğu siyahıda Yurçeviçin tozu da yoxdu

09:00   Azərbaycan millisində azərbaycanlı niyə oynasın ki?

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az