(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Borussiya”nın London səfərinə pasport əngəli

“Borussiya”nın London səfərinə pasport əngəli

Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərə təmsilçisi “Tottenhem”lə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, dortmundlular bu rəqiblə ilk oyunu səfərdə keçirəcək. Amma Almaniya təmsilçisinin İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb. Buna komandanın gənc oyunçusu Ceydon Sançonun pasportu unudaraq evdə qoyması səbəb olub. Bu üzdən də 19 yaşlı ingiltərəli hücumçu sənədlərini götürmək üçün evə qayıtmağa məcbur olub. Nəticədə uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilir.

Qeyd edək ki, "Tottenhem" - "Borussiya" matçı fevralın 13-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq.


 
tarix: 12-02-2019 21:35


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az