(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Müqaviləsiz məşqçi: Yurçeviç hələ “havadadı”

Müqaviləsiz məşqçi: Yurçeviç hələ “havadadı”

Nikola Yurçeviç ilk “peşəkar” addımını atdı. Milli komandamızın yeni baş məşqçisi müqavilə imzalamadan mətbuat konfransına çıxmaqla niyyətini göstərdi.
 
AFFA İcraiyyə Komitəsinin təyinatından sonra xorvat çalışdırıcı rəsmi müqaviləyə imza atmalı, sonra assosiasiya rəsmiləri onu ictimaiyyətə təqdim etməli idi. Yalnız bundan sonra mətbuat konfransı təşkil edilməliydi. Amma Yurçeviç SOCAR-ın inzibati binasında İK-dan razılıq alan kimi jurnalistlər önünə göndərildi. Belədə faktiki o, təyin olunmadığı postda görəcəyi işlərdən bəhs etməyə başladı.
 
Doğrudu, sadəcə, işin rəsmiləşməsi qalıb. Yəqin ki, tezliklə rəsmi müqavilə imzlanacaq. Amma prosedura əməl edilmədiyindən görüntü gülüncdü. Nə müqavilənin müddəti, nə də digər detalları dəqiq bilinir. Ona görə də milli komandamızın hələ də baş məşqçisiz olduğunu deyə bilərik.
 
Bu məsələdə Məşqçilər Komitəsinin ofsayda salınması da maraqlıdı. Digər yığmalarımıza təyinatlar bu qurumda müzakirə olundu, məsləhətləşmə aparıldı, razılıq alındı və mətbuata onların xeyir-duasıyla təyinatın gerçəkləşməsi barədə bilgi verildi. Yurçiviçlə bağlı məsələdə isə Vaqif Sadıqovun sədr olduğu komitə saya salınmadı. Bir növ onlara qarışa biləcəyin məsələlərin sərhədi izah edildi.
 
Nikolanın mətbuat konfransına AFFA rəhbərliyindən heç kəs gəlmədi. Bu missiya hətta Məşqçilər Komitəsinə də həvalə edilmədi. Bir növ hamı yaxasını kənara çəkdi, Yurçeviç müqaviləsiz və yanında heç kim olmadan mətbuat konfransı keçirdi.
 
Xorvat çalışdırıcının müqavilə şərtləri açıqlanmayıb. Mətbuat konfransında açıqlama veriləcəyi ilə bağlı vəd verildiyindən, gözləyirik. Mətbuatda illik 300 min dollar, 700 min avro kimi rəqəmlər yazılır. Amma bildiyimizə görə, Yurçeviç daha ucuza başa gəlmiş biridi, yaxşı mükafatı yalnız millini Avro-2020-nin final mərhələsinə yüksəldəcəyi halda qazanacaq – bu isə utopiyadı.

 
tarix: 13-02-2019 09:57


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az