(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Millimizin üzvləri inamlıdı

Millimizin üzvləri inamlıdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri İspaniya millisi ilə oyunla bağlı fikirlərini açıqlayıb. Yoxlama oyununda 0:2 hesabı ilə uduzan komandamızın üzvləri fikirlərini AFFA-nın rəsmi saytı ilə bölüşüblər.
 
Matçda penaltini qaçıran Kamran Quliyev oyundan razı qaldığını bildirib: “Avropa çempionlarına qarşı əlimizdən gələnin artığını etməyə çalışdıq. 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, komanda olaraq rəqibə layiqli müqavimət göstərdik. Avropa çempionatının elit-raund mərhələsində uğur qazanmaq üçün bu cür güclü rəqiblərlə qarşılaşmalıyıq. Penalti epizoduna gəlincə, futbolda bu cür hallar olur. Hər bir futbolçunun başına gələ bilər. Əlbəttə, penaltini qola çevirsəydim, komanda yoldalarımda qələbəyə olan inam artacaqdı. Qismət  deyilmiş”.
 
Bu qış “Neftçi”yə keçən Turan Vəlizadə güclü rəqibə qarşı oynadıqları oyundan məmnundu: “Yaxşı təşkilanmış kollektivə qarşı mübarizə apardıq. İlk 10 dəqiqədə İspaniya yaxşı oynasa da, sonradan təşəbbüsü ələ almağı bacardıq. Fasiləyədək oyuna nəzarət edən tərəf biz idik. Oyunumuzda yeganə çatışmayan qol idi. Bu cür oynasaq, elit-raundda uğurlu nəticə qazana bilərik. Belə sürətli oyunlar komandanın inkişafına daha çox təkan verir. Kollektiv olaraq çox yaxşı futbol oynadığımızı düşünürəm”.
 
İbrahim Hüseynov da rəqibin gücünü qabardıb: “Dünyanın aparıcı klublarının üzvlərindən təşkil olunmuş komandaya qarşı oynadıq. Onlara qarşı oynamaq bizim üçün böyük bir təcrübə oldu. Oyuna yaxşı başlamasaq da, sonradan toparlanmağı bacardıq. Penaltini dəqiq yerinə yetirsəydik fasiləyə üstün yollana bilərdik. İkinci hissədə rəqib bir neçə əvəzetmə edərək oyunda dönüş yarada bildi. Nəticədə yorğunluğumuzdan istifadə edib iki qol vurmağı bacardılar”.

 
tarix: 13-02-2019 11:49


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az