(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Adams “seçilənlər” arasında

Adams “seçilənlər” arasında

İngiltərə mətbuatı uğursuz məşqçilərlə bağlı maraqlı araşdırma aparıb. Həmkarlarımız Premyer Liqa tarixinin ən yaxşı futbolçuları arasında ən uğursuz məşqçiləri seçib.
 
Britaniyalılar məşqçilik karyerası fiasko ilə nəticələnən Premyer Liqanın 5 əfsanəvi futbolçusunu müəyyənləşdiriblər. Onların hər birinin eyni nəslin nümayəndəsi olması və məşqçiliyə erkən "əlvida" deməsi diqqət çəkir.
 
"Mançester Yunayted"in əfsanəvi heyətinin üzvləri olan Qari Nevill, Teddi Şeringem, "Arsenal" tarixinə qızıl hərflərlə düşən Tyerri Anri və İngiltərə tarixinin ən güclü qolçuları arasında göstərilən Alan Şirerin yer aldığı siyahının beşincisi azərbaycanlı futbolsevərlərə də yaxşı tanışdı. Söhbət "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsdan gedir. "Arsenal"ın formasını geyinmiş ən güclü müdafiəçilərdən hesab edilən Adams çalışdığı yerlərdə həm məşqçi, həm də klub rəsmisi kimi ümidləri doğrulda bilməyib (matç.az).
 
Yerli KİV-də onun barədə bunlar yazılıb: "Premyer Liqa tarixinin ən böyük kapitanlarından olan Adams məşqçi kimi uğurlu olmaq üçün çox mübarizə apardı. Ancaq heç yerdə işləri yolunda getmədi. "Uikomb"u 53, "Portsmut"u 22, Azərbaycan klubu "Qəbələ"ni isə 12 matçda meydana çıxardı. Son komandası olan "Qranada"ya isə cəmi 7 oyun rəhbərlik edə bildi".
 
Qeyd edək ki, Toni Adams 2010-11 mövsümündə "Qəbələ"yə başçılıq edir.

 
tarix: 13-02-2019 12:37


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az