(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Sumqayıt” yanvarda gətirdiyi iranlını fevralda qovdu

“Sumqayıt” yanvarda gətirdiyi iranlını fevralda qovdu

“Sumqayıt” Peyman Keşavarzın adını iştirak ərizəsindən çıxarıb. Klubun qışda transfer etdiyi iranlı müdafiəçi Premyer Liqamızda oynaya bilməyəcək.
 
Futbolinfo.az xəbər verir ki, Peyman artıq vətəninə yollanıb. Onun transferi rəsmiləşsə də, son anda sənədlərində ortaya çıxan problem keçidi əngəlləyib.
 
Keşavarzın yola salınması xəbərini klubdan da təsdiqlədilər. Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov detallı məlumat verməsə də, futbolçunun sənədlərinin transfer pəncərəsi bağlanana kimi gəlmədiyini bildirdi. Futbolçunun daha öncə oynadığı Omanın futbol federasiyası “Sumqayıt”ın istəyinə müsbət cavab verməyib, yubanma isə oyunçudan imtinaya səbəb olub.
 
Bizdə olan bilgiyə görə isə Peymanın Sumqayıtda qalmamasının səbəbi oyunçunun öz səhlənkarlığıdı. Antalya toplanışında bəyənilən və məşqşilərin ümid bəslədiyi müdafiəçi elə ilk turdaca debüt etməliymiş. Amma transfer vərəqinin yubanması buna əngəl olub. Və sonradan bəlli olub ki, yubanma da üzrlü imiş.
 
Omanın “Yasan Al-Vaste” klubundan gələn iranlı bu mövsüm artıq 2 klubda oynayıb. Bu səbəbdən onun transferi mümkünsüzdü. Peyman dekabrın 1-də bu ölkədə klubunu dəyişib, 15-də keçirdiyi ilk matçdan sonra isə ondan imtina olunub. Amma futbolçu bunu gizlədib. Sumqayıtlılar internet qaynaqlarında Oman çempionatı, futbolçunun özü ilə bağlı müfəssəl məlumat əldə edə bilməyib. Keşavarz özü isə hər hansı problemin olmadığını deyib.
 
Müdafiəçinin debütü üçün Omandan icazə olmalıymış. Lakin cavab mənfi olub, gizlinlər açılıb, futbolçunun yalan danışdığı aydınlaşıb. Belədə “Sumqayıt” da fayda görməyəcəyi oyunçu ilə müqaviləni pozub.
 
Burada qeyri-peşəkarlığa görə “Sumqayıt”ı da qınamaq olar. Çünki futbolçu transfer edilərkən onun sənədləri araşdırılmlıydı. Lakin insafən Asiya ölkələrində bu kimi məsələlərdə ciddi boşluqlar var və yanlışlığa görə “Gənclik şəhəri” təmsilçisini çox da qınamaq olmur. Elə sumqayıtlıları da çıxmaza salan bu durum olub. Sənədlərin gecikməsindən şübhələnən klub rəsmiləri rəsmi sorğu göndərdikdən sonra müşkülü aça biliblər və futbolçu yola salınıb.
 
Oxşar hadisə Emin Mehdiyevlə bağlı da yaşanmışdı. “Keşlə” bu qış Türkiyəyə apardığı futbolçunu məhz bu səbəbdən sifariş edə bilmədi. Müdafiəçi cari çempionatda həm “Qaradağ Lökbatan”da, həm də Türkiyə klubunda oynadığından 3-cü komandaya keçidinə icazə verilmədi.
 
FƏRİD

 
tarix: 14-02-2019 10:03


 
Xəbər lenti
25.05.2019

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az