(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”la “Qəbələ”nin 50-ci dueli

“Qarabağ”la “Qəbələ”nin 50-ci dueli

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək.

Futbolinfo.az "Qəbələ"nin rəsmi saytına istinadən xəbər verir ki, bu komanda ardıcıl ikinci səfər matçına çıxacaq.

“Qırmızı-qaralar” Bakıda “Qarabağ”ın qonağı olacaq. Son ölkə çempionu ilə fevralın 17-dəki görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu, rəqiblərin ümumilikdə yubiley – 50-ci dueli olacaq. İlk dəfə 2006-cı ildə qarşılaşan komandalar indiyədək 49 dəfə üz-üzə gəlib. Bu matçlardan 42-si çempionat, 7-si Azərbaycan kuboku çərçivəsində baş tutub.

“Qəbələ” “Qarabağ”la qarşılaşmalarda 11 qələbə qazanıb, 17 dəfə heç-heçə edib, 21 dəfə məğlub olub. Əvvəlki oyunlarda “qırmızı-qaralar” 43 qol vurub, 62-ni buraxıb. "Qəbələ"nin qollarına 29 futbolçu imza atıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendinin hesabında 4 qol var.

Ağdam klubuna qarşı Premyer Liqada keçirilən 42 matçda 10 dəfə 3 xal əldə edən “Qəbələ” 12 dəfə bərabərliklə kifayətlənibsə 20 dəfə məğlubiyyətlə üzləşib. Çempionatda 38 qol vuran qəbələlilər 56 top buraxıblar.

Komandalar 25-ci dəfə “Qarabağ”ın meydanında üz-üzə gələcək. Əvvəlki 24 matçda meydan sahibləri 11, qonaqlar 4 dəfə qalib gəlib. 9 dəfə isə heç-heçə qeydə alınıb. Bu oyunlarda “Qəbələ” 18, rəqib 33 qol vurub.

Qeyd edək ki, fevralın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı saat 17:30-da başlayacaq.


 
tarix: 14-02-2019 12:01


 
Xəbər lenti
25.05.2019

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az