(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
13 ildə 13 klub dəyişən, 4 aydı qol vurmayan transfer

13 ildə 13 klub dəyişən, 4 aydı qol vurmayan transfer

Azərbaycanda "transfer pəncərəsi" bağlanmasına baxmayaraq, klublarımız yenə istədikləri kimi hərəkət etməkdə davam edirlər.

Futbolinfo.az xəbər verir ki, "Zirə"nin ardından bu gün də "Səbail" heyətinə yeni oyunçu cəlb edib.

Çoxdandı hücumçu axtarşında olan bakılılar argentinalı İmanol İriberrini heyətə qatıblar. Bəs argentinalı qol baxımından, həqiqətən də, sıxıntı yaşayan "Səbail"in dərdinə dərman ola biləcəkmi?

Karyerasına nəzər yetirdikdə, İriberrinin ən yüksək zirvəsinin "Boavişta" olduğunu görərik. Forvard 2016-cı ilin yanvarında "Boavişta"ya keçəndə Avropaya ilk səfərini edib. Lakin həmin vaxt cəmi 6 ay "köhnə dünya"də qala bilib. "Boavişta"da 15 oyunda meydana çıxan İbierri cəmi 1 qolla öyünə bilib. Ondan əvvəl Argentina, Paraqvay, Kolumbiya, Venesuela, Boliviya çempionatlarında özü üçün vaxt "öldürən" oyunçu "Boavişta"dan ayrıldıqdan bəri 2,5 il ərzində ölkəsi Argentinada "Krukero", Venesuelada "Mineros", "Deportivo", Boliviyada isə "Sport Boys"un formasını geyinib.

Peşəkar karyerasına 2006-cı ildə başlayan 32 yaşlı forvard 13 il ərzində nə az, nə çox, düz 13 klubun formasını geyinib, "Səbail"lə nəhs rəqəmdən çıxıb. Ötən ilin iyul ayında "Sport Boys"dan ayrılaraq sabiq komandası La-Quayra "Deportivo"suna qayıdan İriberri orda da 6 ay tab gətirə bilib. O, son komandasının heyətində keçən mövsümünün ikinci dövrəsində 9 matçda meydana çıxıb, 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu axırıncı dəfə noyabrda meydana çıxıb. O, sonuncu qol sevincini isə oktyabrın 7-də - yəni 4 ay əvvəl yaşayıb.

Gələn ay 32 yaşı tamam olacaq İmanol İriberrinin mərkəz hücumçusu olmasına baxmayaraq, oynadığı klublarda nadir hallarda qol vurması diqqət çəkir. Hər halda, ilk baxışdan Ruslan Qurbanov argentinalıdan daha məhsuldar görünür. Ancaq İriberri transferinin uğurlu olub-olmayacağına yaşıl meydanlardakı oyununa əsasən qiymət vermək mümkün olacaq. (matç.az)


 
tarix: 14-02-2019 16:01


 
Xəbər lenti
16.07.2019

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az