(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Asif Əsgərov: “Qrupa düşmək şansımız daha çox olacaq”

Asif Əsgərov: “Qrupa düşmək şansımız daha çox olacaq”

Avropa Klublar Assosiasiyasının (ECA) Bakıda keçirilmiş regional iclasında əsas müzakirələr UEFA-nın yeni təsis etdiyi Avropa Liqası-2 şərti adlı turnir ətrafında aparılıb. Bu barədə  ECA-nın əsas üzvlərindən olan "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.
 
Eyni zamanda qurumun İşçi Qrupunun büro üzvü olan Əsgərov yeni turnirin başqa bir adla fəaliyyət göstərəcəyini açıqlayıb. O, Ağdam klubunun təşəbbüsü ilə təşkil olunmuş toplantıda 2021 - 2024-cü illərdə keçiriləcək yarışları müzakirə etdiklərini diqqətə çatdırıb: "Bu müddət ərzində Çempionlar Liqasında dəyişiklik olması gözlənilmir və əsasnaməsinin sabit qalacağı artıq təsdiqlənib. Avropa Liqasından başqa növbəti turnir də nəzərdə tutulur. Adı hələ ki, müəyyənləşməyib. Bu barədə müzakirələr gedir. Hazırda Avropa Liqası-2 kimi təqdim olunsa da, bu ad müvəqqətidir. Ona başqa ad qoyulacaq. Sadəcə, şərti olaraq Avropa Liqası-2 deyilir. Hazırda turnirin reqlamenti, oyunların hansı günlərdə keçirilməsi kimi məsələlər müzakirə olunur".
 
Əsgərov Avropa Liqası-2 iştirakçılarının ölkələrin reytinqləri əsasında müəyyənləşdiriləcəklərini diqqətə çatdırıb. O, yeni turnirin Azərbaycan üçün üstünlüklərindən də danışıb: "Hazırda müzakirə olunan reqlamentə əsasən görünən budur ki, Çempionlar Liqasında iştirak edən Azərbaycan çempionu bir tur keçsə, ən azı Avropa Liqası-2-nin play-offuna kimi gedib çıxacaq. Çünki bir tur keçəndən sonra, ikinci turdakı məğlubiyyət Avropa Liqasının III təsnifat mərhələsində oynamaq deməkdir. Avropa Liqasının III təsnifat mərhələsində məğlub olmaq isə Avropa Liqası 2-nin play-offu anlamına gəlir. Yəni, çempion olan komandanın xüsusi üstünlükləri var. Avropa Liqası-2 turnirinin başqa bir üstünlüyü ondan ibarətdir ki, orada ölkənin UEFA reytinqində özünə yaxın klublar çıxış edəcək. İndiki halda Azərbaycan 23-cü yerdədir. Azərbaycana yaxın və reytinqdə 17-ci pillədən sonra olan ölkələrin komandalarının mübarizəyə Avropa Liqası-2-dən başlamaları planlaşdırılır. O ölkələrin klubları ilə eyni qrupa düşmək şansımız daha çox olacaq. Biri var ki, III təsnifat mərhələsində Top-5 ölkələrin klubları ilə düşəsən və mərhələ keçmək şansların çox çətinləşsin. İndiki halda isə Avropa Liqası-2-də oynayacağın komandalar reytinqdə bir-birinə yaxın ölkələrdən olacaqlar. O zaman qrupa düşmək ehtimalı da artır. Avropa Liqasında 4 mərhələ keçmək lazımdır. Avropa Liqası-2 turnirində isə mübarizənin II təsnifat mərhələsindən başlanması müzakirə olunur. Böyük ehtimalla bu, belə olacaq. Yarışların keçirilməsi üzrə İşçi Qrupunun da üzvüyəm. Orada hiss elədiyim qədəri ilə yəqin ki, Avropa Liqası-2-də I təsnifat mərhələsi olmayacaq. Bu isə o deməkdir ki, bir turu keçmiş kimi olursan və qrupda oynamağa bir addım daha yaxınsan. İndiki halda Avropa Liqasında 48 komanda oynayır. Avropa Liqa-2-dən sonra komandaların sayı 64-ə qalxacaq. Bu isə o deməkdir ki, əlavə 16 komandaya yer açılır və daha çox komandamız şanslıdır ki, qrupa düşsün".
 
"Qarabağ" rəsmisinin sözlərinə görə, belə detallarla yanaşı, sual doğuran məsələlər də var: "Avropa Liqası-2-nin klublara ayıracağı ödənişlərin nə qədər olacağı da müzakirə mövzusudur. Yəni, klublar təsnifat mərhələsində və qruplarda nə qədər qazanacaqlar? Bunlar hələlik müəyyənləşməyib. Hazırda bu yöndə danışıqlar gedir. Klubların da fikirləri öyrənilir. Ölkəmizə Rusiyanın "Zenit", MOİK və Türkiyənin "Fənərbağça" və "Beşiktaş" klublarının qərar verən şəxsləri gəlmişdi. Hərə də öz fikrini dedi. Hazırda UEFA reytinqində Rusiya 6-cı, Türkiyə 10-cu yerdədir. Onların klublarının hərəsi özünə uyğun məsələləri qaldırdılar. Digər tərəfdən, ölkə kubokunun qalibinin hansı mərhələdən mübarizəyə qoşulacağı sualları ortaya çıxmışdı".
 
Əsgərov bildirib ki, regional iclasın keçirilməsində məqsəd belə məsələlərin müzakirə olunması və klubların fikirlərinin öyrənilməsidir. Klub rəsmisinin sözlərinə görə, bu zaman çoxluğun fikri əsas götürülür, daha sonra UEFA qərar verir: "ECA-nın verdiyi təkliflər 99 faiz halda UEFA-da təsdiqlənir. Belə iclaslarda fikirlər bildirmək klublar üçün çox önəmlidir. Elə regional iclasların keçirilməsində məqsəd də odur ki, sonda klubların mənafeyinə xidmət edən qərarlar verilsin. O biri klublar da bunun vacib olduğunu bilirlər. Sağ olsunlar ki, gəldilər və Azərbaycanda da iştirak etdilər".
 
Qeyd edək ki, regional iclasda Türkiyə ("Beşiktaş", "Fənərbağça", "Başakşehir"), İsrail ("Makkabi" Hayfa, "Makkabi" Təl-Əviv) və postsovet ölkələrinin ("Zenit", "Zimbru", "Daçiya", "Dinamo" Minsk, MOİK Moskva, "Lokomotiv" Moskva, "Jalgiris"), "Neftçi", "Qəbələ" və “Qarabağ”ın nümayəndələri iştirak edib. İclasda 2021 - 2024-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. Martın 25-də ECA-nın Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək Baş Assambleyasında regional iclasda səsləndirilmiş fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq (Report).

 
tarix: 15-02-2019 09:00


 
Xəbər lenti
19.07.2019

18:30   Argentinalı hücumçu “Qarabağ”da?

18:00   Viktor Valdes yenidən “Barselona”da

17:30   “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00   “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41   “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24   “Dandalk” Bakıya 150 minə gələcək

16:02   “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44   “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25   UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51   Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40   2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21   “Qarabağ”dan nümunə götürməliyik”

14:00   Milli karyerasını başa vurdu

13:42   Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34   “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24   Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17   “İnter” hücumçusunu icarəyə verdi

13:01   Premyer Liqadan Çinə daha bir transfer

12:43   “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:20   “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00   “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45   Azərbaycan 26-cı pillədə qaldı

11:30   Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15   “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

11:00   Fransa klubu Molla ilə gücləndi

10:46   İranda qadınların stadiona getməsinə icazə verildi

10:30   “İnter”in yeni transferi sıradan çıxdı

10:15   “Neftçi”nin qələbəsindən daha vacib

10:00   “Napoli” hücumçusunu satdı

09:44   Ağabala Ramazanov: “Hamı düşünürdü ki, darmadağın olacağıq”

09:31   “Qalatasaray” yeni transferlərini rəsmən açıqladı

09:15   “Arsenal”ı keçmək şansımız var” - Stankoviç

09:00   “Səbail”in dərsi

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az