(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Premyer Liqada komanda sayı artırılır: “Kəpəz”, MOİK və…

Premyer Liqada komanda sayı artırılır: “Kəpəz”, MOİK və…

Premyer Liqada komanda sayı artırılacaq. Hər nə qədər maliyyə durumu yaxşı olmasa da, AFFA buna məcburdu.
 
Futbolinfo.az xəbər verir ki, artıq bununla bağlı iş aparılır və AFFA-nın martdakı hesabat konfransında müəyyən qərarlar qəbul oluna bilər. Ölkə futbolunda vəziyyət acınacaqlıdı, çempionatda rəqabət zəifləyib, milli komandaya futbolçu seçmək üçün geniş imkan yoxdu, gənclər itib-batır. Regionlarda top oyununun vəziyyəti daha pisdi. Bu səbəbdən Premyer Liqanın əhatə dairəsinin böyüməsinə ehtiyac var.
 
Milli komandanın, futbolçuların inkişafı birbaşa çempionatın səviyyəsindən asılıdı. Bu reallığı nəhayət, dərk edən AFFA rəsmiləri bəzi addımlar atmağa hazırlaşır. Müstəqil klubların ortaya çıxması çətindi, iş adamları keçmiş təcrübədən ehtiyat edərək bu sahəyə pul qoymur. Belədə yenə yük SOCAR-ın üzərinə düşür. Dövlətin idman siyasətinə uyğun olaraq, bu qurum AFFA vasitəsi ilə futbolun inkişafına töhfə verməyə məcburdu. Ona görə də Premyer Liqada klub sayının artırılması, onlara neft şirkəti xətti ilə yardım edilməsi planlaşdırılır.
 
Əslində, divizionda  “Ağsu” kimi mənasız, ölkə futboluna heç kimi qazandırmayan, yalnız pul dağıdılması üçün vasitə olan klubları saxlamaqdansa, ənənəsi olan bölgələrə diqqət edilməlidi. Xərcləri çox da artırmadan, sadəcə, istiqamətləri bir az da dəqiqləşdirməklə, nəzarəti artırmaqla iş görmək olar. Müəyyən iş adamlarına əlavə yardım etməklə onları həvəsləndirmək mümkündü.
 
Düzdü, müstəqil klublar yenə az olacaq, daha çox eyni maliyyə mənbəyinə möhtac klublar çoxluq təşkil edəcək. İstənilən halda, klub sayının artırılması müsbət qarşılanmalıdı. “Səbail”, “Sumqayıt”, “Keşlə” kimi məhdud büdcəli orta səviyyəli klubların sayı artırılacaq, coğrafiyanın nisbətən genişləndirilməsinə, Bakı birinciliyi damğasından qurtulmağa çalışılacaq.
 
Lisenziyalaşdırma prosesi başladığından AFFA bu məsələyə xüsusi diqqət yetirir. Bəzi klubların tələblərə cavab verməsi, sonradan çətin vəziyyətdə qalmaması üçün ciddi iş aparılır.
 
Artıq “Kəpəz”lə bağlı qərar verilib. Gəncə klubuna diqqətin artırılması da təsadüfi deyil. Klub rəhbərliyi seçilib, icra hakimiyyətindən əlavə yardım üçün razılıq alınıb, stadion hazırdı, qalır büdcənin artırılması ki, bunu da SOCAR vəd edib. İcraiyyə Komitəsinin son iclasında da bununla bağlı müzakirə aparılıb.
 
Təbii ki, təkcə Gəncə klubu ilə artım mümkün deyil. AFFA minimum 10 komandalı çempionat istəyir və hazırda daha hansı komandanın elitaya hazır olması müəyyənləşdirilir. MOİK-in I divizionda inamla liderlik etməsi “hərbçilər”ə marağı artırıb. Müsabiqədən kənar oynayan əvəzediciləri saymasaq, məhz nazirlik klubu digərlərindən daha yaxşı vəziyyətdədi. Bu səbəbdən AFFA-nın MOİK-ə də müəyyən büdcə ayırması mümkündü, məsləhətləşmələr aparılır.
 
Lakin AFFA əsas diqqəti bölgələrə yönəltməyə məcburdu. Zaqatala, Tovuz, hətta hazırda divizionda klubu olmayan İmişlinin də futbol elitasına gətirilməsi mümkündü. Hələlik ən real namizədlər “Kəpəz”lə MOİK-di, qalan məsələlərə sonra baxılacaq.
 
AFFA-nın ehtiyatlı davranmasına səbəb Premyer Liqada sonuncu pilləni kimin tutacağının bəlli olmamasıdı. Bu aqibəti “Keşlə yaşasa, komanda diviziona göndəriləcək və ona ayrılan maliyyə MOİK-ə və başqa bir yeni komandaya ayrılacaq. Bu klubun rəhbəri Zaur Axundov çoxdandı gözdən düşüb və daha ona inam yoxdu.
 
“Zirə”nin sonuncu olması onun digər paytaxt komandası ilə əvəzlənməsi ilə nəticələnəcək. “Qartallar”ın farm-klubu olan “Şüvəlan” bu komandanın əvəzinə yarışa qatıla bilər. Klubun bütün infrastrukturunun əl dəyişməsi və balaca qardaşa ötürülməsi yolu ilə iştirakçı sayına əl gəzdiriləcək. Düzdü, bu klubun rəhbərliyi müstəqildi və AFFA-nın baş katibi Elxan Məmmədovun dediyi ilə oturub-durmur. Bu səbəbdən hazırda 4-cü, müsabiqədənkənarları nəzərə almadıqda isə 2-ci olan “Şüvəlan” idman nəticələrini yaxşılaşdırmağa məcburdu ki, heç kimə bəhanə verməsin.
 
“Sumqayıt”ın elitanı tərk etmək problem yoxdu. Əvvəla, AFFA ərköyün övladına görə reqlamenti də dəyişməyə hazırdı - əvvəllər də belə praktika olub. Bu komanda sonuncu pulləni tutsa, yenə güzəşt görəcək və ya hazırda diviziona liderlik edən əvəzedicilərinin hesabına sığortalanacaq.
 
İstənilən halda, yeni mövsümdən Premyer Liqada komanda sayının minimum 10-a çatdırılması ciddi müzakirə olunur. Tərkib, iştirakçıların kimlər olması sonradan müəyyənləşəcək. Bu daha çox hadisələrin gedişindən və yeni dövlət proqramının qəbul olunmasından asılıdı.
 
FƏRİD

 
tarix: 15-02-2019 09:35


 
Xəbər lenti
24.07.2019

12:54   “Sumqayıt”ın növbəti sınaq matçının vaxtı açıqlandı

12:42   “Kəpəz”ə milyonlar ayrılacaq – buna görə də...

12:16   “Qarabağ” sürətli oyun sərgiləyir, ancaq zəif tərəfləri də var”

11:55   Qriqorçukun mətbuat konfransı baş tutmadı

11:37   Reynaldo Qazaxıstan klubu ilə vidalaşdı

11:17   "Neftçi"ylə debüt oyununda anşlaq

11:11   "Sabah"ın ilk rəqibi müəyyənləşdi

11:02   "Neftçi" Rusiyaya vaxtında uça bilmədi - təyyarədə problem yarandı

10:57   Elxan Məmmədova görə yazdırılan izahat

10:31   Gəncə veteranları Vahabzadəyə qarşı: “5 turdan sonra təhqir olunub Gəncədən gedəcəksən”

10:24   “Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu

10:14   Başverənlərin “Hədiyyə Essyen”ə dəxli yoxdu

10:00   Mirbağır İsayevin təyinatı üçün istefanı gözləyirlər

09:44   Premyer Liqa klubundan rekord transfer

09:30   Hazardın forma nömrəsi ona “miras” qaldı

09:21   “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

09:12   Millimizin futbolçusundan İngiltərə klubunda dubl

09:00   “Səbail”in çöküşünün pərdəarxası

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az