(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Aftandil Hacıyev təzyiq altında: qarşıdakı 2 oyun həlledici olacaq

Aftandil Hacıyev təzyiq altında: qarşıdakı 2 oyun həlledici olacaq

Aftandil Hacıyevin kreslosu laxlayır. “Səbail”in baş məşqçisi postundan qovula bilər.
 
Əslində, turnir vəziyyətinə baxsaq, “dənizçilər”də hər şey qaydasındadı. Komanda 3-cü pillədədi və Avropa Liqasına yollanmaq üçün əla şansı var. Amma klub daxilində başqa cür düşünürlər.
 
“Zirə”yə son turdakı ev məğlubiyyəti vəziyyəti dəyişib. Həmin oyunda meydan sahibləri qalib gəlsəydi, “qartallar” başsız qalacaqdı. Qəsəbə təmsilçisinin fəxri prezidenti Orxan Məmmədov Samir Abasovdan narazıdı. Məşqçinin davranışı, oyunçularla münasibəti onu qane etmir. 2 dəfə göndərilmək üzrə olan Abasovu yalnız Məmmədovun dostları və məsləhətçiləri fikrindən daşındırıb. “Səbail”lə oyunda isə bəxt Samirin üzünə güldü. Saysız qol imkanlarını dəyərləndirə bilməyən meydan sahibləri rəqibin son pillədən qurtulmasına, eyni zamanda Abasovun işinə davam etməsinə şərait yaratdılar.
 
Əvəzində Hacıyevin vəziyyəti yaxşı deyil. Bu tur “Sabah”la ev, ardınca “Neftçi” ilə səfər oyunları məşqçinin taleyini müəyyən edəcək. Komanda minimum 3 xal toplamasa, istefa qaçılmaz olacaq.
 
İnsaf naminə, Bayıl təmsilçisi son vaxtlar pis təsir bağışlamır. “Keşlə”nin səfərdə darmadağın edilməsi, ardınca məğlubiyyətə layiq olmadıqları son görüş komandaya inamı artırmalıydı. İlk 2 dövrə ilə müqayisədə “dənizçilər” indi daha yaxşı oynayır. Lakin rəhbərliyin fikri başqadı. Komandanın kifayət qədər yaxşı büdcə ilə az xal toplaması narazılıq yaradıb.
 
16 oyuna 24 xal əldə edən “Səbail” hazırda 3-cü pillədədi. Lakin “Qəbələ” onları dabanqırma izləyir və bu yerin əldən çıxmaq ehtimalı var. 4-cü yer də avrokuboka getməyə şans saxlayır, lakin kubokda mümkün sürprizdən, kiminsə avrokuboka vəsiqəni buradan qazanmasından ehtiyat edən klub rəhbərliyi bürünc medalı hədəf götürüb. “Səbail”in ehtiyatındakı xalın 6-nın texniki qələbə sayəsində, təsadüfdən qazanıldığını nəzərə alsaq, narahatlığa əsas var. Həmin xallar olmasaydı, komanda indi 5-ci pillədə qərarlaşmalıydı.
 
Bu məsələdə hər şey heç də təkcə idman nəticələrinə görə deyil. “Səbail”də rəhbərlik 2 cəbhəyə bölünüb. Məşqçi və futbolçu heyətini toplayan dəstə başqa, klubun maliyyəsinə nəzarət edənlər başqadı. Məhz ikincilər əvvəldən xoşlarının gəlmədiyi Hacıyevi qovmaq üçün hər şeyə hazırdı. İcraçı direktor Ramin Həsənovun başçılıq etdiyi bu qrup transferlərə, xərclərə qarışa bilmir. Ümumi maliyyə nəzarəti onlarda olsa da, maliyyəni ürəkləri istədiyi kimi xərcləyə bilmirlər. Digər dəstə isə transferlərdən pis qatlamır.
 
Ortada qalan Hacıyevdi və onun beyin rahatlığı ilə işləməsi üçün şərait yoxdu. Hər an arxadan zərbə gözləyən məşqçi istənilən an göndərilə biləcəyini anlayır. Çünki onun hamiləri də transfer dövründə yükünü tutub və indi məşqçiyə məcburən aldırdıqları oyunçularla nəticə qazanılmasını istəyir. Yuxarılara cavab vermək lazımdı və günahların üstünü örtmək üçün çətin məqamda aradan götürülməli olan məşqçidi. Kluba böyük pullar ayrılıb və normal idarəçiliklə həmin maliyyəyə yaxşı transferlər etmək, hətta 2-ci yer uğrunda döyüşmək olardı.
 
İstənilən halda, Hacıyev şıxılmaz vəziyyətdədi. Nəticə lazım olanda rəhbərliyin hər iki dəstəsi eyni şeyi istəyir. Ona görə də “Sabah” və “Neftçi” ilə oyunların önəmli olması məşqçiyə təzyiqi bir az da artırıb.
 
FƏRİD

 
tarix: 15-02-2019 10:59


 
Xəbər lenti
24.05.2019

16:47   “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24   PSJ-nin futbolçusu əməliyyat olundu

15:51   “Liverpul” UEFA-dan narazıdı

15:32   Venger də Bakı finalından danışdı

15:17   Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53   “Ayaks”da 3 illik müqavilə

14:32   “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15   “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54   “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36   “Sevilya”da italiyalı baş məşqçi

13:07   “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az