(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Balayev: “Çempionluq arzusu ilə sonadək vuruşacağıq”

Balayev: “Çempionluq arzusu ilə sonadək vuruşacağıq”

Qış transfer pəncərəsi dövründə Qazaxıstanın “Tobol”  klubuna keçən Emil Balayev, yeni komandası ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, sosial şəbəkə hesabından düşüncələrini paylaşan qolkiper, yeni klubunda yaxşı qarşılandığını deyib:

“Bu ilin əvvəlində, karyeramda yeni bir qərarla “Tobol” klubuna keçdim və irəli doğru addım atdım. Bu işdə mənə dəstək və kömək olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm, rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta komandanın kapitanı bura gəldiyim ilk gündə məni ancaq futbolçuların iştirak etdiyi şam yeməyinə dəvət etdi. Günlər keçdikcə, komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu kollektivin özünəməxsus yumor hissi olması da diqqətimdən qaçmadı. Nə qədər deyib-gülməyi sevən bir kollektiv olsa da, məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər, start fitindən son fitə qədər meydanın hər qarışı uğrunda mübarizə aparırlar.

İnanıram və ümid edirəm ki, belə maraqlı kollektivlə bizi çox maraqlı, gərgin, qələbələrlə dolu bir mövsüm gözləyir və hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq”.


 
tarix: 15-02-2019 12:25


 
Xəbər lenti
21.05.2019
20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az