(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Komanda qələbə qazanmalıdı ki, özünəinam hiss etsin”

“Komanda qələbə qazanmalıdı ki, özünəinam hiss etsin”

Fevralın 19-da və 21-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq Azərbaycanın U-19 millisinin baş məşqçisi Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Komanda təlim-məşq toplanışına başlayıb. Hazırlıq necə gedir?
- Uşaqların qidalanmasından tutmuş məşq üçün zalın ayrılmasına qədər hər şey bizi qane edir. Oyunçular geyimlərlə təmin edilib. Narahat doğuran məqam bir-iki futzalçının zədəli olmasıdır. Sabah isə daha bir oyunçu komandaya qoşulacaq.

- Zədələri ciddidir?
- Müalicə olunurlar. Ancaq Türkiyə ilə oyunlara çatıb-çatmayacaqlarını bilmirik.

- Əsas millinin baş məşqçisi Joze Alesio Da Silva da məşq prosesində iştirak edir. Faydalana bilirsiz?
- Məsləhətlər verir, müəyyən taktiki çalışmalarla bağlı fikrini öyrənirik. Xüsusilə də 5-in 4-ə oyun üslubunu o daha yaxşı bilir.

- Türkiyə yığması ilə bağlı məlumat əldə etmisinizmi?
- Hollandiya ilə oyunun videoyazısına baxmışıq. Ötən il bizim U-17 yığmamızı böyük hesabla udan komandanı 3:1 hesabı ilə yeniblər. Udublarsa, deməli, zəif rəqib deyillər.

- U-19-un qeyri-rəsmi olsa da, doğma meydanda ilk oyunudu. Bu amil həyəcan yaradır?
- İlk oyunumuz olsa da, nəticə vacib məqamdı. Komanda qələbə qazanmalıdır ki, özündə inam hiss etsin. Gürcüstanla yoldaşlıq oyununda qələbə qazandıqdan sonra sanki uşaqlara əlavə güc gəlmişdi, özünəinam artmışdı. Rəsmi oyunlaröncəsi də bunu etməliyik. Elə çox vaxtımız qalmayıb. Təxminən bir aydan sonra Avropa çempionatının qarşılaşmaları keçiriləcək.

- Yeri gəlmişkən, Gürcüstanla keçirilmiş yoldaşlıq oyunlarından sonra komandada irəliyə doğru dəyişiklik hiss olunurmu?
- Heyətimiz demək olar, eynidi. Əlbəttə, inkişaf var. Problem ondadır ki, bu uşaqlar futzal məktəbi görməyiblər. Dünənə qədər biz əlifbanı – top saxlamağı, ötürmə verməyi öyrədirdik. İndi-indi taktiki çalışmalara başlamışıq.

- Uşaqların özündə futzala maraq varmı?
- Var, oynadıqca, məşq etdikcə maraq artır. “Keşlə” klubu hazırda komandaya cəlb etdiyimiz oyunçuları rəsmi matçlara qədər bizim sərəncamımıza verib. Yəni onlar öz komandalarının oyunlarına görə düşərgəni tərk etməyəcəklər. Bizimlə məşq edirlər və bütün diqqətləri Avropa çempionatına yönəlib. Buna görə klub rəhbərliyinə təşəkkür edirik.

- Rəsmi oyunlardakı rəqiblərlə bağlı hansı məlumatları toplamısınız?
- Sloveniyanın Bosniya və Herseqovina ilə oyununu izləmişəm. Fransa ilə qarşılaşmalarını da göndərəcəklər. İntizamlı komandadır. Görünür ki, uşaq məktəbi keçiblər. Yəni futzal oynamağa indi başlamayıblar. Onlarla qarşılaşma çox çətin olacaq. Ümumi dəyərləndirsək, komandamız rəqiblərlə bir səviyyədədir. Kipri izləməmişəm. Düzdü, onlar ilkin mərhələdən vəsiqə qazanıblar. Ancaq güclərini bilmirəm. Bəlkə uşaq məktəbləri daha yaxşı işləyir? Çalışacağıq məlumat əldə edək. Hollandiyanın isə Türkiyə ilə qarşılaşmasına baxmışıq. Kipr istisna olmaqla digər iki komanda haqda müəyyən qeydlərim var.

- Birinci Liqada çıxış etməyiniz komandaya əlavə üstünlük qazandırırmı?
- Təbii ki, oyun təcrübəsi qazanırıq. Üstəlik, özümüzdən böyüklərə qarşı mübarizə aparırıq. Ötən həftə “Green Log”la qarşılaşdıq. Güclü heyətləri var. Onlarla sona qədər oynadıq, qorxmadıq. Bu gün isə liderlər qrupunda yer alan və təcrübəli oyunçulardan qurulmuş “Standard”la üz-üzə gələcəyik. Uşaqlarda bir qədər təcrübə və ustalıq çatmır. Çünki yaratdığımız epizodların hamısını realizə edə bilmirik. Bu məqam da yekunda nəticəyə təsir edir. Bunları düzəltmək üçün vaxt lazımdı.


 
tarix: 15-02-2019 13:27


 
Xəbər lenti
23.08.2019

17:33   “Beşiktaş” – “Göztəpə” matçını buradan canlı izlə! - Azərbaycanda ilk dəfə

17:27   Larsson istefa verdi

16:47   “Mançester Yunayted”də itki

16:00   Yığmamızın heyətində dəyişiklik

15:30   Azərbaycanlı hakim ÇL-ə təyinat aldı

15:00   İngiltərə millisinin sabiq üzvü “Seltik”də

14:36   Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə

14:00   Meksika millisinin üzvü rəsmən “Napoli”də

13:32   Fernando Torres vida matçına çıxır

13:06   “Qəbələ” Kamal Mirzəyevin transferinin detallarını açıqladı

12:53   “Trabzonspor”un Yunanıstan zəfəri - VİDEO

12:00   “Qalatasaray”ın futbolçusu rəsmən İspaniya klubunda

11:39   Azərbaycanlı futbolçu rəsmən Küveyt klubunda

11:17   "Linfild"in müdafiəçisi Bakıda sürpriz istəyir

11:08   "Səbail"in legioneri üçün il bitdi

11:03   Nazarov “Ştutqart”a meydan oxudu

10:54   Qonşumuz dəyişdi

10:32   “Qarabağ”a qalib gəlmək inanılmazdı”

10:00   Kompani istefaya göndərildi

09:30   “Liverpul”da yeni müqavilə

09:12   “Real”ın futbolçusu digər La Liqa klubunda

09:00   "Tarixin ən yaxşı komandası" və yarıhəvəskarlar

01:57   Qurban Qurbanov: “Cavab matçında böyük şansımız var”

01:37   “Linfild” - “Qarabağ” matçında 5 qol - VİDEO

00:55   Avropa Liqasında gecənin bütün nəticələri

00:34   “Qarabağ” “Linfild”ə ilk oyunda məğlub oldu

22.08.2019

22:33  “Traktor” yeni mövsümə heç-heçə ilə başladı

19:01  “Kəpəz”lə MOİK mövsümə heç-heçə ilə başladı

18:41  Etopaz.az-dan möhtəşəm yenilik: Türkiyə Superliqası canlı yayımda!

18:22  “Neftçi” Baqali Daboya görə bəyanat yaydı

18:04  Milli komandanın sabiq üzvü vəfat etdi

17:43  “Sevilya”nı digər La Liqa klubuna dəyişdi

17:24  “Elit Məşq” layihəsi ilə bağlı təqdimat

17:07  Premyer Liqanı A Seriyasına dəyişdi

16:43  Millimizə 23 futbolçu çağırıldı

16:25  “Tottenhem”dən “Beşiktaş”a – RƏSMİ

16:03  “Qarabağ” kimi komandanı keçmək əsl qəhrəmanlıq olar”

15:44  Azərbaycanla oyuna yeni kapitanla

15:23  Sponsorların nümayəndələri Bakıda səfərdədi - AÇ-2020

15:01  “Monako”nun futbolçusuna 3 oyunluq cəza

14:43  “Qalatasaray” yeni transferini icarəyə verir

14:24  Braziliyalı futbolçu Çin futbolunun tarixinə düşdü

14:02  “Beşiktaş”da istefa

13:44  Braziliyalı futbolçu Super Liqa klubunda

13:22  Millimizin sabiq baş məşqçisi vəfat etdi

13:03  Premyer Liqada 3-cü turun oyun cədvəli açıqlandı

12:40  PSJ cəzalandırıldı – Neymara görə

12:22  Balayevin komandasında yeni futbolçu

12:00  Milli komandada baş məşqçi istefası

11:40  Dabo “Neftçi” azarkeşlərini təhqir etdi

11:20  “Sumqayıt” - “Səbail” matçı ilə bağlı dəyişiklik

11:00  Millimizin üzvü “Sabah”da - RƏSMİ 

10:30  “Qalatasaray”dan PSV-yə - RƏSMİ

10:00  “Çelsi”nin futbolçusu rəsmən “Roma”da

09:30  Əliyevin komandası 1/16 finalda

09:00  Azərbaycanlı futbolçuların komandaları yarımfinala buraxılmadı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az