(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Limitlə uyğun gəlməyən legioner bolluğu

Limitlə uyğun gəlməyən legioner bolluğu

“Bakı” da buna görə yoxdu, “Xəzər Lənkəran” da, “Karvan” da, “MKT-Araz” da, “İnter” də, başqaları da. Düzdü, hər birinin dağılmasının fərqli səbəbləri də olub. Lakin yenə hər şey bir nöqtədə birləşirdi.
 
İsrafçılıq, maliyyə dağıntısı, bir qrup adamın acgözlüklə cibini doldurması. Hər transfer pəncərəsində onlarla yeni oyunçu gəlir, bir o qədəri göndərilirdi. Və heç kim də niyə belə olduğunun səbəbini soruşmurdu. Vaqonla gəlib, vaqonla gedirdilər.
 
Ağıllı klub prezidenti işçini yanına çağırar və soruşardı ki, aldıqlarınızı 3-4 aydan sonra qovursunuzsa, sizin seleksiya fəaliyyətinizə quzu kəsim, özünüz də cəhənnəm olun. Amma yox, klub saxlamağın qarşılığında dövlətdən aldıqları imtiyazlardan istifadə edir, dosta, qohuma pul yedirdir, özləri də kəmərin altını doldururdular. Milyonlar dağıdılır, nəticə olmurdu.
 
O dövrdə ağıllı tərpənən bir neçə klub oldu. “Neftçi” daha sabit heyət qurdu, nəticələri sıraladı və bəzi dövrlərdəki yanlış idarəçiliyə baxmayaraq, hələ də ayaq üstədi. “Qarabağ”la “Qəbələ” isə rəhbərliyin ciddi nəzarəti sayəsində daha qənaətcil davrandı, sonrakı illərdə qitə yarışlarında mühüm uğurlar qazandılar, indi də ən güclülərdəndilər.
 
Uğurla uğursuzluq arasındakı sərhəd elə buradan başlayır. Düzgün seleksiya işi, idarəetmə, nəzarət, maliyyə sabitliyi, hesabat. Klub şəffaf idarə olunursa, ən azı səhvlər minimum endirilibsə, hansısa formada fəaliyyət dayanmayacaq.
 
Bu qış klublarımız transfer bazarında yenə fəallaşdı. Son 2-3 illə müqayisədə daha çox oyunçu alındı, pul xərcləndi. Ümumi mənzərəyə baxıb, kimin “Bakı”nın, “Xəzər Lənkəran”ın yolunu tutduğunu, kimin səliqəli işlədiyini müəyyən edək.
 
Bəri başdan deyək ki, klubların fəallaşmasında əllərinə pul gəlməsinin də rolu oldu. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsinə görə ölkəmizə göndərdiyi yardım bölüşdürüləndə hər klubun yarım milyon avroya sahib olacağı aydınlaşdı. Düzdü, bu vəsait uşaq futboluna xərclənməlidi. Görünür, klublar maliyyəni istiqaməti üzrə deyil, transferlərə sərf edib. Ola bilsin, rəsmi sənədlərdə fərqli şey göstərilsin, amma reallıq 1 milyon manatın daha çox transferlərə yönəldildiyini göstərir. Çünki kimsənin uşaq komandalarını harasa turnirə, toplanışa göndərdiyini, onların üçün hansısa inventar aldığını görmədik.
 
Qəribə durumdu, klublar arasında 9-10, hətta 12-13 legioneri olan var. Premyer Liqada limitin 6 əcnəbinin start heyətində yer almasına imkan verdiyini nəzərə alsaq, vəziyyət müəmmalıdı. Bu israfçılığın səbəbi nədir?
 
“Qarabağ”ı başa düşmək olar – komanda Avropa Liqasının qrupunda oynayırdı və zəngin heyət lazım idi. Baxmayaraq ki, bu klub da xüsusilə ötən yay xeyli səhvlər edib və əcnəbi bolluğunun bir səbəbi də seçimlərin düzgün olmamasıdı. Con Delarjın əvəzedici heyətdə, legioner qapıçıların ehtiyatda olması bununla bağlıdı. Lakin ağdamlılar dəstəylə legioner göndərib yenilərini gətirmədi. Avrokuboklar üçün alınanlar birillik müqaviləyə gəlmir və indi onlardan imtina etmək də asan deyil. Delarj kimi ümidi doğrultmayanlar əlavə yükdü, amma bu da futbolun bir hissəsidi. Hə, 13 əcnəbi çoxdu, lakin məsələn, “Keşlə” ilə müqayisə etsək, “Qarabağ”da vəziyyət faciəvi deyil.
 
“Neftçi” dünən etdiyi transferlə yenilərin sayını 7-yə çatdırdı. Təkcə qışda bu qədər oyunçu alınması yaxşı göstərici deyil. Deməli, yayda yanlışlıqlar olub. Göndərilən 5 futbolçudan 4-nün mövsümün əvvəlində gələnlər olduğunu nəzərə alsaq, fikrimiz təsdiqlənər. Baxmayaraq ki, gedən 3 əcnəbidən biri olan Dario Federiko daha yaxşı maaşa görə Bakıdan ayrıldı. Yeni gələnlər ilk turlarda ümidi doğruldub. Ümid edirik, bu risk komandanın çempionluğa köklənməsinə, hədəfə çatmasına hesablanıb. 9 əcnəbi qızıl medal üçün oynayan komanda üçün o qədər də çox deyil.
 
“Keşlə”də də say kifayət qədər çoxdu. 9 əcnəbidən üçü indi gəlib və onlar gedən 5 legioneri əvəzləyib. Komandanın autsayder olduğunu nəzərə alsaq, deməli, yayda alınanlar bir dərdə dərman olmayıblar. Heç indikilərin də hamısı heyətə düşmür. O zaman bunları kim seçib, niyə seçib?
 
“Zirə” 11 əcnəbiyə güvənir və bu, kifayət qədər böyük rəqəmdi. Bahalı, daha səviyyəli 5-6 oyunçu komandaya daha çox xeyir verərdi. İndiki halda isə onlardan azı 5-i start heyətinə düşməyəcək. Deməli, ilk məğlubiyyət elə seçimlərdə alınıb. Düzdü, “qartallar” qışda əcnəbi qovmayıb və cəmi 3 oyunçunu göndərib. Əvəzində 7 futbolçu gətirilib ki, bu da heyətin gücləndirilməsinə xidmət edir. Bununla belə, yenə çoxdu. Samir Abasov komandanı autsayderlər qrupundan çıxara bilməsə, klubu ciddi yük altında qoymuş olacaq.
 
“Səbail” yayda yükünü tutmuşdu. Ona görə biri legioner olmaqla, gedən 2 nəfəri eyni sayda yenisi əvəz edib. Amma “dənizçilər” ikinci yarı başlayandan sonra anlayıb ki, heyətdəki 8 legionerin heç də hamısı yararlı deyil, bu səbəbdən sayı 10-a çatdırırlar. İmanol İriberri ilə müqavilə rəsmiləşib, bugünlərdə Oke Akpoveta ilə münasibətlər də rəsmiləşəcək. “Səbail”in start heyətdə heç limiti dolduracaq sayda əcnəbiyə güvənmədiyini nəzərə alsaq, yanlışlıqlar üzə çıxır.
 
“Sumqayıt”a gələnlər gedənlərdən xeyli çoxdu. Amma onlar ya yerlilər, ya da milliləşənlərdi.
 
Transfer siyasətinə görə nümunə olacaq klublar “Qəbələ”ylə “Sabah”dı. “Qırmızı qaralar” ehtiyat qapıçısını başqasıyla əvəzləyib və bir faydalı legioner alıb. Heyətdə cəmi 7 əcnəbi olduğunu nəzərə alsaq, boşuna pul xərclənməyib. “Sabah” isə 3 milli üzvünün transferi ilə kifayətlənib və səviyyəli əcnəbi alışını daha müvafiq dövr olan yaya saxlayıb. Qışda göndərilənlərin içərisində cəmi bir əcnəbinin olması bu klubda seleksiya işinin pis olmadığını göstərir. Cəmi 6 əcnəbi var və hamısı da heyətdə görünür.
 
Bütün klublara nəzər salandan sonra “Zirə”, “Keşlə” və “Səbail”in riskə getdiyini görmək olar. “Qarabağ” və “Neftçi”dəki bolluğu onların çempionluq mübarizəsi aparmasına bağlayaq, amma qalanları bunun hesabatını yayda verəcək. Avrokuboklara vəsiqə qazanmayanı ciddi problemlər gözləyir.
 
FƏRİD

 
tarix: 16-02-2019 09:00


 
Xəbər lenti
19.07.2019

02:07   “Səbail” Rumıniyada belə məğlub oldu - VİDEO

01:55   “Neftçi”dən Avroliqada 6 cavabsız qol - VİDEO

01:34   Avropa Liqası: 1-ci təsnifat mərhələsinə yekun vuruldu

01:00   “Neftçi”dən 3 rekord birdən

00:55   “Qəbələ”nin Avroliqadakı rəqibi dəqiqləşdi

00:14   Vüqar Əsgərov oynadı, komandası Avroliqada mərhələ adladı

00:01   Kamran Quliyev: “Daha 2 futbolçu ilə danışıq aparırıq”

18.07.2019

23:29  Bordin: “Onun qol vurmasını hədiyyə hesab edirəm”

23:15  “Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

23:04  “Neftçi”nin “Arsenal”la oyunlarının vaxtı bəllidi

22:56  “Belə emosiyaları yaşamaq istəməzdim”

22:47  “Neftçi” darmadağınla növbəti mərhələdə!

22:33  Aftandil Hacıyev: “Xırda səhvlər olmasaydı, mərhələ keçə bilərdik”

21:52  “Səbail” mübarizəni erkən dayandırdı

19:57  “Zirə” ilə “Keşlə”dən qollu heç-heçə

19:24  “Dandalk”ın qapıçısı: “Qarabağ” yaxşı komandadı”

18:59  Naxçıvan futbolunda yeni təyinatlar: Əsgər Abdullayevdən 1+1 illik müqavilə

18:05  Avropa Liqası: Balayevli “Tobol” mübarizəni dayandırdı

17:49  "Bəxtimiz gətirsəydi, "Qarabağ"a ən azı bir qol vura bilərdik"

17:11  Sabiq “Liverpul”luya mərc cəzası

16:48  Vinni Pert: “Qarabağ”ı izləmişəm”

16:24  “Atletiko”dan bu yayın 8-ci transferi - RƏSMİ

16:05  Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

15:43  “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri

15:24  Lion “Olimpik”ini “Renn”ə dəyişdi

15:01  PSJ-dən Bundesliqa klubuna

14:41  “Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

14:22  Paytaxt klubunda iki yeni futbolçu

14:00  “Neftçi” - “Speranta” matçına nə qədər bilet satılıb?

13:30  “Nitsa”nın futbolçusu PSV-də

13:07  “Sumqayıt” loqosunu dəyişdi - FOTO

12:25  “Roma”nın futbolçusu rəsmən Yunanıstan klubunda

12:00  “Qalatasaray” milli üzvü ilə güclənir

11:37  "Dandolk" - "Qarabağ" matçının vaxtı bilindi

11:25  De Liqt rəsmən "Yuventus"da

11:12  Yenə 26-cı pillədə qaldıq

10:55  Super Liqa klubundan yeni transfer

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az