(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Kamran Quliyev – “like”?

Kamran Quliyev – “like”?

Kamran Quliyevin prezidentliyinin 1 ili önəmli olmazdı - əgər o, “Sumqayıt”a rəhbərlik etsəydi… Amma söhbət “Neftçi”dən gedirsə və bu şəxsin qəbul etdiyi autsayderlə liderə çevrilmiş komandanı müqayisə ediriksə, mövzuya toxunmaq olar.
 
Uğurludumu? Qiymət verməyə tələsməyək. Bəlkə də bu gün “Zirə”ylə oyun qiymət vermək üçün daha ciddi sınaq olacaq. Çempionluğa gedən yolda hər bir matç kimi bu oyunun da əhəmiyyəti böyükdü və futbolçular onun kefinə soğan doğramamaq üçün hər şey edəcək. Qəsəbədə qazanılacaq qələbə “Qarabağ”ın yaxınlaşmasına imkan verməsə, Kamran bəy üçün “like” qoymağa hazırlaşmaq olar. Əks halda, mövsümün sonunu gözləməli olacağıq. Baxmayaraq ki, Quliyev özü səbirsizlik edib, Tərlan Əhmədovun baş məşqçi postundan gedişini daha tez “like” etmişdi.
 
Hərdən bu cür yanlışlıqları da olur Kamran bəyin. Sosial şəbəkədə vəzifəsinə, statusuna yaraşmayan çılğınlığı, azarkeşlərlə davranışındakı bəzi yanlışlıqları onu tənqid hədəfinə gətirir. “Sumqayıt”dan bir gecənin içində “Neftçi”yə transferi də belə olmuşdu. Kəsəsi, ideal biri deyil, amma komandadakı işinə qiymət versək, müsbət məqamlar daha çoxdur.
 
“Neftçi” liderdir və bu fakt çox sualın cavabıdı. Klubdaxili ab-hava tənzimlənib, “Qarabağ”a ilk dəfə bu qədər ciddi rəqib ortaya çıxıb. Ölkə çempionatında işlər nizamlı gedir. Təmin olunması dəqiq görünən ikinci yer belə, ötən mövsümlə müqayisədə irəli addımdı. Və komandanın büdcəsini nəzərə alsaq, zirvə maksimum, gümüş medal maliyyəyə uyğun nəticədi.
 
Quliyev ötən mövsüm çox problem yaşadı. “Sumqayıt”la “Neftçi”nin idarəçiliyindəki fərqlər özünü göstərdi, Quliyev də təcrübə toplamalı oldu. Klub daxilində qruplaşmaları təmizləmək ən böyük uğur oldu və bu, gələcək yüksəlişin bünövrəsinə çevrildi. İşlək komanda formalaşdı, sabiqlərin əksəriyyəti yola salındı. Məşqçi dəyişikliyi söz-söhbətə səbəb olsa da, ən vacib addım idi. Zaman göstərdi ki, Roberto Bordin yaxşı seçimdi.
 
Avrokuboklarda fiasko Kamran bəyin fəaliyyətinə kölgə saldı. Bu il ölkə kubokuyla erkən vidalaşmaq da eyni effekti verdi. Amma Quliyevə hər şeyi bağışlamaq olar - bir şərtlə ki, Premyer Liqada maksimum nəticə və bu yay qitə yarışlarında daha yaxşı çıxış mümkün olsa. Ötən yayla müqayisədə indi edilən transferlər də daha yaxşı görünür və onlar Avropaya gedəcək komandanın əsasını təşkil etməlidi.
 
Quliyevin dönəmində “Neftçi” sosial layihələri ilə önə çıxdı. Sponsor anlaşmaları, yeni maliyyə mənbələrinin cəlb edilməsi müsbət məqamlardı. “Türk Hava Yolları”, “Meqa Sığorta” ilə başlanan işbirliyi klub imici adına qeyd edilməlidi. Lakin paytaxt təmsilçisinə əsas pulu bu kimi anlaşmalardan deyil, avrokuboklardakı qələbələrdən gətirmək lazımdı. Bir mərhələnin keçilməsi daha böyük vəsaiti cəlbinə imkan verir, nəinki hansısa sponsor anlaşmaları. Ona görə də indiki sponsorları daha böyük uğurların qazanılmasında vasitəyə çevirmək lazımdı, onlara ən yüksək uğur kimi baxmaq yox.
 
“Neftçi” heyətində gənclərə ən çox üstünlük verən komandalardan biridi. Anton Krivotsyuk, Ömər Buludov, Mirabdulla Abbasov, Elvin Sərkərov əsas heyətdə möhkəmlənir və bu, gələcək üçün yaxşı siqnaldı. Kamran bəy klub akademiyasında işi də nizama salıb və burada yeni nəsil yetişdiyini deyə bilərik.
 
Komandanın nəticələri, klubda görülən bir sıra işlər öz yerində, Quliyevin fəaliyyətini “like” etmək üçün ən önəmli məqam yeni bazanın tikintisinin vüsətlənməsidi. Ara-sıra tikintidə fasilələr olsa da, klub bazasının inşası davam edir və 81 yaşlı klubun gec də olsa, müasir standartlara cavab cerən təlim-məşq bazasına sahib olması hadisəyə çevriləcək. Yayda “Neftçi” yeni evinə köçəndə, Kamran bəyin klubda iz qoyduğunu deyə biləcəyik.

 
tarix: 16-02-2019 11:07


 
Xəbər lenti
16.07.2019

21:02   “Borussiya”nın futbolçusu rəsmən PSJ-də

20:00   Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44   “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00   Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34   “Qarabağ”ın gücünə bələdik”

18:03   “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49   “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20   “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07   “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35   “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21   Türkiyə klubundan kuryoz transfer

16:14   “Qarabağ”dan azarkeşlərə jest

15:56   “Səbail” Rumıniyaya getdi

15:28   “Lids”in futbolçusu Super Liqa klubunda

14:59   “Partizani” Bakıda - FOTO

14:11   “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04   “Monako”da 5 illik müqavilə

13:40   “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21   Zeedorf istefa verdi

13:05   “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44   “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20   Premyer Liqadan La Liqa klubuna

12:14   Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52   Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33   Əvvəlcə Bordin, sonra Efros

11:18   Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00   “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:41   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:24   Zidanın oğlu Portuqaliya klubunda

10:05   Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

09:45   Karikari yenə Azərbaycana gəlir

09:30   “Çelsi”də 4 illik müqavilə

09:19   “Neftçi” Saşanı istəyir

09:07   “Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

09:00   Yaponiya millisinin üzvü rəsmən “Barselona”da

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az