(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Stuxlikin uduzdurduğu “Sumqayıt”

Stuxlikin uduzdurduğu “Sumqayıt”

“Zirə” yenə sonuncu pillədədi. Premyer Liqada turun bugünkü oyunlarından sonra uduzmayan qəsəbə təmsilçisi 8-ci yerə düşdü. Çünki digər oyunda qalib gələn “Keşlə” nəinki onları, hətta yendikləri “Sumqayıt”ı da arxada qoydu. Bu səbəbdən növbəti turun “Sumqayıt” – “Zirə” oyununun gərgin keçəcəyini indidən deyə bilərik.
 
“Neftçi” zirvədə qalsa da, bugünkü xal itkisi komandaya böyük zərbə oldu. “Qarabağ” sabah turu itkisiz başa vursa, aradakı xal fərqi minimuma düşəcək. Düzdü, bakılılar yenə öndə olacaq, amma növbəti turlar ölüm-qalım savaşına çevriləcək.
 
“Zirə”ylə oyunları həmişə gərgin keçən “Neftçi”nin bu sindromuna Roberto Bordin də son qoya bilməyib. Bugünkü matçda Samir Abasov rəqibi əla analiz edib, taktika qurmuşdu və italiyalını mat etməyi bacardı. Faktiki heç bir komponentdə “Neftçi”yə uduzmayan “qartallar” layiq olduğu xalı qazandı.
 
“Keşlə” haqda eyni sözləri demək olmaz. Bu komanda 2 xalı hakimlərdən hədiyyə aldı. Oyun boyu “Sumqayıt”ın aşkar üstünlüyü olmasa da, ikinci hissənin böyük hissəsi meydan sahiblərinin müdafiə olunmasıyla yadda qaldı. Atilla Yıldırım kimi bərbad hücumçusu olmasına rəğmən, qonaqlar hücumda daha fəal idi. Lakin məhz bitirici vuruşların yoxluğu problem yaradırdı. Əfran İsmayılov da bir neçə dəfə dəqiq oynamağı bacarmadı, əks halda, “Keşlə” indi də son pillədə idi.
 
“Sumqayıt”ın məğlubiyyətində öz oyunçuları da müstəsna rol oynadı. Adil Nağıyev ilk qolu rəqibə hədiyyə etdi, Arif Daşdəmirovun adi epizoddakı fərdi səhvindən sonra isə komandasının bəxti gətirdi.
 
Fasilədən sonra Ayxan Abbasovun 2 uğurlu əvəzetməsi ilə orta sahgədə üstünlük ələ alındı. 4 müdafiəçiylə oynamağa başlayan qonaqlar öndə üstünlük yaratdı və bərabərlik qolunu vurdu. Sumqayıtlılar qələbə qoluna cəhd etdiyi bir vaxtda hakim səhnəyə çıxdı.
 
Fasilədə zədə üzündən Rauf Cabbarov yerini adaşı Allahverdiyevə verdi. Və bu referi oyunun nəticəsinə ciddi təsir etdi. Adi epizodlarda dəfələrlə səhv edən fit sahibi Amil Yunanovun simulyasiyasına aldanıb ağ nöqtəni göstərdi. Halbuki Elvin Məmmədovla çiyin-çiyinə mübarizə zamanı qayda pozulmamışdı.
 
Bu xal itkisini Frits Stuxlikin vicdanına da yaza bilərik. Eksperimentlərdən doymayan Hakimlər Komitəsinin avstriyalı sədri məhz bu cür məqamları nəzərə almayıb. Aşağı dəstədə oyunlar idarə edən, Premyer Liqada ilk dəfə fit çalan Allahverdiyev məhz təcrübəsizliyin qurbanı oldu. Ölkədə bu qədər hakim varkən daim meydana çıxması mümkün olan 4-cü hakimlərin təcrübəsizlərdən təyin olunması fəsad verməliydi. Çanaq Riad Rəfyevin prezidenti olduğu “Sumqayıt”ın başında çatladı. İndi AFFA-nın baş katibi Elxan Məmmədov dostunun şikayəti əsasında Stuxlikin qulağını çəkər.
 
CAVAD

 
tarix: 16-02-2019 20:57


 
Xəbər lenti
23.05.2019

18:38   Avroliqanın Bakı finalına yeni formalarla

17:46   La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07   “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41   Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05   “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51   Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41   Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

15:12   Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44   UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25   “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06   Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26   43 yaşında karyerasını başa vurdu

13:05   “Sabah” futbolçu seçimi elan etdi

12:48   Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27   Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01   David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42   Rusiya kubokunun qalibi bəlli oldu

11:24   “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00   “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30   Rudi Qarsiya istefa verdi

10:00   Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30   Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00   Paşayev üçün 90 dəqiqə və 1 xal

22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az