(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Məmməd İspaniyadakı təlim-məşq toplanışı çərçivəsində Şotlandiyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“İstər fiziki, istərsə də taktiki baxımdan çox güclü komandaya qarşı oynadıq. Bir nəfər azlıqda qalmağımız oyuna öz təsirini göstərdi. Çünki bu cür komandalara qarşı 70 dəqiqə azlıqda oynamaq çox çətindir. Buna baxmayaraq, futbolçularımız sonadək mübarizə apardılar. Təəssüf ki, oyunun sonlarına yaxın qollar buraxdıq. Oyunu azlıqda keçirməyimiz bizim üçün bir sınaq oldu. Futbolçularda güc hiss etdim.

Bu təlim-məşq toplanışı komanda üçün çox faydalı oldu. Güclü rəqiblərlə qarşılaşaraq çatışmayan cəhətlərimizi üzə çıxardıq. Artıq onların üzərində işləyəcəyik. Heyəti demək olar ki, müəyyənləşdirmişik. Son hazırlıq mərhələsində bəzi oyunçular heyətə cəlb olunacaq. Elit-raund öncəsi təşkil olunacaq təlim-məşq toplanışında müəyyənləşdirdiyimiz heyətlə hazırlaşacağıq". 


 
tarix: 18-02-2019 01:06


 
Xəbər lenti
16.12.2019

02:03   “Real” Valensiyadan 1 xalla döndü

01:52   Lider büdrədi, “Yuventus” qalib gəldi

15.12.2019

23:01  Lider səfərdən xalsız döndü

22:34  MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03  “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00  150-ci dəfə qələbə sevinci yaşadı

20:13  “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36  Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13  Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52  Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26  “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06  Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58  Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49  Yalnız Peyman Babayi

16:12  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51  “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15  Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46  “Napoli”də ciddi itki

12:59  Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02  “Bavariya”da 300-cü oyun

11:09  Turabovun komandası səfərdən 1 xalla döndü

10:24  Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17  Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54  “Barselona” səfərdə xal itirdi

01:41  “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02  Marsel “Olimpik”i səfərdə xal itirdi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az