(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun müdafiəçisi Maksim Medvedev jurnalistlərə müsahibə verib.

- “Qəbələ” ilə görüşdən qələbə ilə ayrıldınız. Matç haqda fikirləriniz necədir?
- Bilirdik ki, “Qəbələ” yaxşı futbol sərgiləyir. Rəqibimiz bizim üçün çətin komandadır, yaxşı hücum xəttləri var. Amma onlarla oyuna yaxşı hazırlaşmışdıq. Biz də onları analiz edirdik və bu gün düzünü desəm, bizdə çox şey alınmırdı. Bir az ehtiyatlı oynayırdıq. Vəziyyət elədir ki, komanda xal itirmək istəmir. Ona görə diqqətli oynayırdıq. Əsas odur ki, arzumuza çata bildik. 

- İkinci hissədə daha çox çətinlik çəkdiniz. Çünki “Qəbələ” ikinci yarıda təzyiqi artırmışdı. 
- Hesabda öndə idik, ona görə rist etmək istəmirdik. Hesabı qoruyub saxlamaq istəyirdik. Ona görə də ikinci hissədə “Qəbələ”yə oynamağa imkan verdik. 

- Mahir Mədətov top itkilərinə çox yol verir. Onun oyunu komandada gərginlik yaratmır?
- Mahir gənc futbolçudur. Oyuna sonradan daxil olmaq da çətindir. 1-2 epizodda səhvləri oldu. Düzdü, onun bu hərəkətlərinə əsəbləşirdik, lakin dəstək verməyə çalışırdıq. Oyunu alınmadığına görə ondan rəqib futbolçuları bağlamasını tələb edirdik. 

- Lider “Neftçi” ilə xal fərqi 1-ə endi. “Qarabağ”ın çempionluq şansının çox olduğunu düşünmürsünüz?
- “Neftçi” hələ bizdən irəlidədir. Əlbəttə, 1-ci pillədə qərarlaşmaq istəyirik. Amma futboldur, irəlidə oyunlar var. Həm biz, həm də “Neftçi” xal itirə bilər. Bunu ancaq zaman göstərəcək. Son oyunumuz “Neftçi” ilədi, hər şey ola bilər, biz hər şeyə hazırıq. Bu gün bir xal fərqi varsa, bu, bizə sərf etmir. 

- Builki rəqabət sizin üçün daha xoşdur?
- Belə rəqabət olanda, çempionat maraqlı olur. Keçə illər “Qəbələ” ilə belə hallar yaşayırdıq. Amma sonunda çempion ola bilirdik. Bu il Avropa Liqasında çox güc sərf etdik, ona görə bəzi oyunlarda xallar itirdik. İndi isə “Neftçi” bzidən irəlidədir, onları üstələməliyik. 

- Milli komandanın aparıcı üzvlərindən birisən. Səncə, yeni baş məşqçi Nikola Yurçeviç Azərbaycan futboluna xeyir verə bilərmi?
- Məşqçi haqda çox şey bilmirəm. Millinin üzvləri onunla söhbət etməyib. İrəlidə vaxt var, məşqçimizi tanıyacağıq. Tanış olduqdan sonra dəqiq məlumat vermək olar. 

- Avropa Çempionatında Xorvatiya ilə oyuna 1 aydan az vaxt qalıb. Səncə, Yurçeviçin milli üzvlərini tanıması üçün çempionata fasilə verib təlim-məşq toplanışı keçirməyə ehtiyac varmı?  
- Bir tərəfdən yaxşıdı ki, məşqçi ilə çox vaxt keçirəsən. Bir tərəfdən də çempionatın qrafikində dəyişiklik olacaq. Bunu da heç bir futbolçu istəmir. Çünki qrafik bizim üçün çox maraqlıdır, planları ona uyğun qururuq. 5 günə görə çox şey dəyişə bilər. Ona görə futbolçular qrafikin dəyişilməsini istəmirlər.


 
tarix: 18-02-2019 09:00


 
Xəbər lenti
10.12.2019

01:57   “Arsenal”dan əzmkar qələbə

09.12.2019

23:02  Autsayder doğma meydanda sevindi

18:56  “Qarabağ” - “Düdelanj”: cəmi 5 min bilet satılıb

18:34  Uels yığmasının nümayəndələri Bakıda

18:00  120 illik rekord təkrarlandı

17:46  “Neftçi” yeni sponsorla müqavilə bağlayır

17:30  Şirvan da AFFA Həmkarlar İttifaqına “hə” dedi

17:07  Ayaz Quliyev “Spartak”dan ayrılır?

16:35  “Səbail” liderliyini qorudu, “Qarabağ”dan darmadağın

16:26  İngiltərə yığmasına daha bir rəqib

15:40  Premyer Liqada 150-ci qol

15:16  Rusiyaya dopinq şoku - DÇ-2022-də olmayacaqlar!

14:43  98 illik tarixlərində ilk dəfə aşağı liqaya düşdülər

14:23  “Fənərbaxça”dan şikayət edə bilərlər – FİFA-ya

14:00  Şotlandiyada Liqa kubokunun qalibi məlum oldu

13:38  İlkin Qırtımovun atası: “Qızım intihar etməyib”

13:09  Dünya futbol tarixində ikinci - Buffonu qabaqladı

12:38  Bolqarıstan millisinin üzvünə Azərbaycandan təklif

12:10  “Səbail”i məyus edən 100-cü qol

11:54  550-ci səfər qolu

11:42  “Qarabağ”ın legioneri 100-ə çatdı

11:31  2-ci dövrənin ən yaxşısı məlum oldu

11:20  Əliyar Ağayev İsrailə yollanır

11:03  İsgəndərliyə 2 müştəri: Polşa və Rumıniyadan

10:51  Gözlənilən düzülüş: “Neftçi” çempionluq yarışına qayıtdı

10:32  Bordini tarixə salan səbəb

10:17  La Liqada yeni rekordçu

10:01  Roxas “Sabah”da qalacağına ümid edir

09:47  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:31  Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü

09:14  Dadaşovun komandası “Setubal”a da uduzdu

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az