(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

“Qarabağ” Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"ni qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun ilk qolunun müəllifi olan Riçard Almeyda jurnalistlərə müsahibə verib.

- Bir az ağrıları olana oxşayırsınız. Nə baş verib?
- Bəli, bir az çiynim ağrıyır.  

- Bəlkə bir qol sizin üçün azdır?
- Vacib oyunda qalib gəlmək çox şirindir. 

- “Qarabağ” qələbəyə layiq oynadı?
- İlk hissədə rəqibdən daha yaxşı oynadıq. Ancaq qəbul etməliyik ki, fasilədən sonra “Qəbələ” bizdən üstün performans sərgilədi. Ancaq bu, futboldur. Əsas odur ki, üç xal qazandıq. 

- Futbolçular meydana daxil olanda üzük və boyunbağını çıxarmaları tələb edilir. Bəs qulağınızdakı sırğalara görə belə tələb edilməyib?
- Bu, mənim üçün özəl hədiyyədir. Təbii ki, oyuna daxil olanda bunu çıxarıram. 

- “Neftçi” ilə xal fərqi birə endi. Təxminən, neçə turdan sonra “Neftçi”ni rəqib kimi siləcəksiniz?
- Bununla qətiyyən razılaşmaram. Bu mövsüm “Neftçi”nin əla komandası var. Çox baxımlı futbol nümayiş etdirirlər. Ona görə də biz “Neftçi”yə hörmətlə yanaşırıq. Üstəlik, onlar turnir cədvəlində lider olaraq qalırlar. Dünən “Neftçi” “Zirə”yə qarşı çox yaxşı oynadı. Futbolda həmişə qalib gəlmək olur. Dünən toplantıda baş məşqçimiz bizə çatdırdı ki, “Qəbələ” uzun müddətdir uduzmur. Bunu da nəzərə almaq lazımdır. Özünüz də gördünüz ki, necə çətinlik çəkdik. 

- Hansı amilə görə bu matçda qalib gəldiniz?
- Futbolda bəzən bəxt amili də rol oynayır. Hər şeyi şansa da bağlamaq olmaz. İkinci hissədə bir az səbirsiz oynadıq. Bu gün qazandığımız qələbəni bəxtlə əlaqələndirməzdim. Qarşılaşmada çox əziyyət çəkdik. 

- Bəlkə “Qəbələ”nin Riçard Almeydası yoxdur?
- Sürətli və yaxşı futbolçuları var. Monroz, Adeniyi və digərlərini deyərdim. “Qəbələ” çox yaxşı komandadı (futbol11).


 
tarix: 18-02-2019 09:41


 
Xəbər lenti
23.07.2019

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

22.07.2019

21:41  “Neftçi” Tulaya nə vaxt gedəcək?

19:15  Meza Kolli rəsmən “Keşlə”də

18:20  Azərbaycanda daha bir klub dağıldı

17:41  Millimizin 3 futbolçusu Rusiya klubunda - RƏSMİ

17:15  “Portu”dan ayrılan futbolçu Qətər klubunda

16:50  Avroliqada 3-cü təsnifat mərhələsinin püşkü atıldı

16:35  “Qarabağ” İrlandiyaya yola düşdü

16:18  “Qəbələ” üçün “Feyenoord”, “Neftçi” üçün “Bney Yehuda”

15:51  “Arsenal” - “Neftçi”: Mətbuat konfranslarının vaxtı bilindi

15:30  Millimiz Latviyaya qalib gəldi

15:08  Avroliqanın Çempionlar yolunda 3-cü mərhələnin cütlükləri

14:50  “Qarabağ”ın Avroliqadakı potensial rəqibləri məlum oldu

14:28  3-cü təsnifat mərhələsinin püşkü atıldı - ÇL

14:09  “Qarabağ”ın potensial rəqibi bəlli oldu – ÇL-də

13:47  Messinin 130 minlik avtomobili əlindən alınır

13:00  “Qarabağ”ı təhlil etmişik, yenə də edəcəyik”

12:37  “Napoli”ni “Benfika”ya dəyişdi

12:16  295 minə aldı, 16 milyona satdı - “Fənərbaxça”

11:47  Qaret Beyl dünyanın ən çox qazanan futbolçusuna çevrilir

11:00  AFFA-da dava: əlbəyaxa oldular

10:47  Qeye “Neftçi” ilə anlaşıbmış

10:28  PAOK-dan Super Liqa klubuna

10:15  Gürcülərlə oyunda - “Qəbələ” diqqətli olmalıdı

10:00  Fransalı futbolçu London klubunda

09:48  AFFA-nın sentyabr planı: Yurçeviç qurban veriləcək

09:34  Baş məşqçinin ürəyi getdi, oyun dayandı - VİDEO

09:23  Milli komandada baş məşqçi istefası

09:11  Əsgərov üçün 61 dəqiqə və 1 xal

09:00  Milli məşqçiləri narazıdı: hərəsi bir cür aldadılıb

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az