(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Xal itirməyən qalmadı

Xal itirməyən qalmadı

Premyer Liqada qış fasiləsindən sonra xal itirməyən komanda qalmadı. “Qəbələ”nin məğlubiyyətindən sonra yüzfaizli nəticə göstərən yoxdu.
 
Elə bu səbəbdən turnir cədvəlinin zirvəsində də, autsayderlər qrupunda da gərginlik artıb. Çempionluq uğrunda mübarizə aparanları bir xallıq fərq ayırır, autsayderlər qrupunda isə 3 komanda didişir.
 
“Sabah” ardıcıl ikinci məğlubiyyətini almaqla vəziyyətini pisləşdirdi. Lakin “Səbail”lə səfər oyununda yaradılan qol epizodlarına görə debutant heç də bu aqibətə layiq deyildi. Hücumçu qıtlığı, əsas qol silahı Marko Deviçin yoxluğu digər futbolçuların əziyyətini yerə vurdu. Komanda oyunu baxımdan isə Elşad Əhmədovun yetirmələri ən yaxşı oyunlarından birini keçirdi.
 
“Səbail” də xeyli yaxşı oynayır. İlk 2 dövrə ilə müqayisədə, oyununu xeyli düzəldən “dənizçilər” daha heç-heçəyə oynayan, daha çox müdafiəni fikirləşən kollektiv deyil. Xüsusilə Ağabala Ramazanovun formaya düşməsi ilə “Səbail” də canlanıb, məzmunlu oyun göstərməyə başlayıb. Ciddi büdrəmələr olmasa, bu komandanı avrokuboklarda görə biləcəyik.
 
Oyunda vurulan yeganə qolun üzərində isə dayanmağa dəyər. Matçın ən yaxşılarından olan Fəhmin Muradbəylinin əla reydi həm də qonaqların buraxdığı boşluğun nəticəsi idi. “Qəbələ” ilə ötən turdakı oyunda olduğu kimi, yenə müdafiənin solunda futbolçuların anlaşmaması, Erik Ramosla Vanderson Silvanın bir-birii sığortalamaması fəsada səbəb oldu. Əhmədov bu məqam üzərində xüsusi dayanmalıdı, sanki  yaxşı təmir olunan evin bir pəncərəsini bağlamaq yaddan çıxıb və oradan külək içəri daxil olur. O külək burulğana çevrilib evi dağıtmamış ayılmaq lazımdı.
 
“Qəbələ” uduzsa da, mövsümdəki ən yaxşı oyunlarından birini keçirdi. Turun bağlanış matçında çempionun qonağı olan “qırmızı qaralar”ı hətta erkən qol da sındırmadı. Penalti qoluna eyni üsulla cavab verən “Qəbələ” 1:1 hesabını fasiləyə kimi qorusaydı, çox şey baş verə, “Qarabağ” çətinliyə düşə bilərdi. Lakin mövsümün ikinci hissəsinə çox yaxşı başlayan, Mişel Madeyranın zədələnməsindən sonra ağdamlıların yarımmüdafiəsində baş rol ifaçısı olan Filip Ozobiç buna imkan vermədi. Abdulla Zubirin cinah ötürməsini gözəl zərbəylə tamamlayan xorvat vacib 3 xalı qazandırdı.
 
Hər iki komandanın qapısına daha bir penalti təyin etmək olardı. Amma qeydə alınan nəticə də kimsəni narazı salmadı, “Qarabağ” layiq olduğu qələbəni qazandi. Oynanılan futbol zövq verdi.
 
Çempionat getdikcə daha maraqlı olmağa başlayır. “Neftçi” ilə “Qarabağ”ın qiyabi mübarizəsində digər komandalar da rol oynayır. Çempionluq yarışını digərləri həll etsə, buna təəccüblənməməliyik. Xüsusilə autsayderlər qrupunda olan və oradan çıxmaq üçün çabalayanlar yaralı aslant kimidi və hər an sürpriz edə bilərlər.
 
AĞA

 
tarix: 18-02-2019 10:41


 
Xəbər lenti
27.06.2019

12:02   Misir və Nigeriya 1/8 finalda!

11:43   “Atletiko”dan rekord transfer - RƏSMİ

11:26   “Qarabağ”dan bir məşq

11:04   Dadaşov erkən qayıtdı

10:30   Millidən qovuldu – intim foto tələbinə görə

10:14   Premyer Liqa klubundan 20 milyonluq transfer

10:00   “Vilyarreal”ı Yunanıstan klubuna dəyişdi

09:45   Rəfiyevin “İsayev oyunu”: Portuqaliyadan gələn 100 min avro kimə çatacaq?

09:30   Vüqar Əsgərov penaltini boşa verdi, “Dauqavpils”...

09:00   “Qarabağ”ın rəqibi yenə uduzdu

01:10   “Sumqayıt” da başladı

26.06.2019

22:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:45  “Neftçi”nin Rumıniya klubu ilə oyunu yarıda qaldı

18:33  İtaliya millisində baş məşqçi ayrılığı

18:00  “Messiyəm” dedi, 23 qadını aldadaraq…

17:30  “Sumqayıt”da ispan məşqçi - RƏSMİ

17:00  “Qəbələ”dən “Sabah”a – RƏSMİ

16:40  Paytaxt klubunda yeni təyinat

16:21  “Neftçili Yay” futbol düşərgəsi başa çatdı

16:00  “Qarabağ”ın rəqibi milli üzvü ilə gücləndi

15:40  “Neftçi”nin rəqibindən kubokda darmadağın

15:20  “Barselona”nın qapıçısı rəsmən “Valensiya”da

15:00  “Qəbələ”nin 3 yetirməsi “Şüvəlan”da

14:40  Aftandil Hacıyevdən darmadağına şərh

14:20  “Səbail”dən növbəti transfer - RƏSMİ

14:00  Çempionlar Liqasında yeni mövsümə start verildi

13:30  “Fənərbaxça”da ayrılıq

13:00  “Mançester Siti”dən Belçika klubuna - RƏSMİ

12:30  “Sent-Etyen”dən Super Liqa klubuna

12:02  “Mançester Siti”də ayrılıq

11:41  Kamerun qələbə, Qana heç-heçə ilə başladı

11:20  Azərbaycan klubu ispaniyalı məşqçi gətirdi

11:00  “Barselona” hücumçusunu satdı

10:30  FİFA-dan Türkiyə klubuna sərt cəza

10:00  “Barselona”dan “Everton”a - RƏSMİ

09:30  Azərbaycan çempionuna ÇL püşkü öncəsi şad xəbər

09:00  “Zalsburq”dan Super Liqa klubuna

00:27  Mirabdulla icarə müqaviləsi imzaladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az