(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

“Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

"Qarabağ”ın U-19 komandasının 2016/17 mövsümünü qızıl medallarla başa vurmasına, ardınca əsas komandanın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasına ən çox sevinən Rəşad Sadıqov və yetirmələri idi. Komandanın ovaxtkı baş məşqçisi olan "Qarabağ”ın hazırkı kapitanının rəhbərlik etdiyi kollektiv seçmə mərhələ oyunları oynamadan birbaşa qrupda iştirak etmək şansı qazanmışdı.
 
Qrupdakı rəqiblər isə "Çelsi”, "Atletiko” və "Roma”nın eyni yaş qrupundan olan komandaları idi. Ağdamlılar bütün oyunları məğlub başa vursalar da, səfərdə "Atletiko” üzərində qazanılan 1:0 hesablı qələbə indiyə qədər yaddaşlardadı. Həmin komandanın heyətində aparıcı oyunçu, kollektivin "vuran ayağı” Yaroslav Deda sayılırdı. Madriddə "Atletiko”nun qapısına vurulan yeganə qolun müəllifi olan ukraynalı bu komandanı Bakıda da məyus etməyi bacarmışdı. Daha bir dəfə isə "Çelsi” ilə Bakıdakı görüşdə fərqlənməyə imkan tapmışdı.
 
Dedanın futbolçu bacarığı və məhsuldarlığı təkcə əsas komandanın baş məşqçisi Qurban Qurbanovun yox, U-21-in məşqçilər heyətinin də diqqətini çəkmişdi. Hətta onun yaxın gələcəkdə əsas millinin aparıcı fiqurlarından birinə çevriləcəyi güman olunurdu. Lakin sonradan nə baş verdisə, "Qarabağ” bu futbolçu ilə yolları ayırmaq qərarına gəldi. Çox güman, xarakterindəki nöqsanlar və özündən razılığı Qurbanovun ürəyincə deyildi.
 
Üstündən xeyli vaxt keçsə də, 1999-cu il doğumlu futbolçu hələ də klubsuzdu. Buna səbəb isə "Qarabağ”la 2021-ci ilə qədər davam edən müqaviləsinin olmasıdı. Yəni Dedanı heyətində görmək istəyən klub ilk növbədə təmsilçimizə müraciət etməlidi. Di gəl ki, indiyə qədər bu yöndə hansısa yenilik yoxdu. Məsələni diqqət mərkəzində saxladığımızdan, "Qarabağ”ın Futbol Akademiyasının meneceri Fərid Ağayevlə əlaqə saxladıq: "Deda hazırda Antalyada toplanış keçən "Karpatı”nın düşərgəsində baxışdadı. Məşqçilər heyəti futbolçunu komandada görməkdə maraqlıdı. Və çox güman, onunla müqavilə bağlanacaq. Hələ ki qarşı tərəfdən bizə rəsmi müraciət olmayıb. Dediklərinə görə, klub rəhbərliyi də Antalyada olduğundan, sənədləşmə işlərində durğunluq yaranıb. "Karpatı” bizə müraciət edəndən və keçidin detalları müzakirə olunandan sonra transfer vərəqini göndərəcəyik. Təbii ki, keçid pulsuz başa gəlməyəcək. Buna görə Ukrayna klubundan müəyyən məbləğ alacağıq. Çünki Dedanı "Qarabağ”a gətirəndə klub rəhbərliyi ona görə "Volın”a müəyyən vəsait ödəmişdi. Hələ ki gözləyirik. Yaxın günlərdə dəqiq məlumat olacaq”.
 
Maraq üçün qeyd edək ki, Yaroslav "Qarabağ”a gələnə qədər "Volın”ın sıralarındaydı. 17-18 yaşı olmasına baxmayaraq, Lutsk təmsilçisinin heyətində elitada 11 oyuna çıxıb, meydanda 453 dəqiqə görünmüşdü. Buna qədər isə Ukraynanın U-16 və U-17 yığmalarının şərəfini qorumuşdu ("Futbol+”).

 
tarix: 18-02-2019 10:17


 
Xəbər lenti
24.05.2019

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az