(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Məğlublar hakimlərdən şikayətləndi

Məğlublar hakimlərdən şikayətləndi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra AFFA-nın saytına fikirlərini bölüşüblər. 0:2 hesablı məğlubiyyəti qırmızı vərərəqə almaları ilə əlaqələndirən gənc futbolçular İspaniya toplanışında Avropa çempionatının elit-raunduna  yaxşı hazırlaşdıqlarını bildiriblər.
 
Nicat Mehbalıyev: “Çətin oyun oldu. Şotlandiyanın necə komanda olmağı hamıya məlumdur. Tipik İngilis futbolu oynayırlar. Cinahlardan təşkil etdikləri hücumlarla daha təhlükəli olurdular. Bir nəfər azlıqda qaldığımızdan uşaqlar bəzən mövqe səhvləri edirdilər. Nəticədə fasilədən sonra təzyiqi bir qədər də artırıb qol vurmağı bacardılar. Buna baxmayaq, komanda yoldaşlarımın zəhmətini yüksək qiymətləndirirəm. Həqiqətən layiqli mübarizə apardılar. 10 nəfərlə Şotlandiya kimi komandaya qarşı oynamaq çətindir. Bir sözlə, səviyyə fərqi özünü büruzə verdi”.
 
Tural Bayramov: “Qırmızı vərəqə epizodunadək hər şey qaydasında gedirdi. Rəqib futbolçular oyun ərzində bizi təxribata çəkirdilər. Təəssüf ki, baş hakim buna göz yumurdu, düzgün qərarlar vermirdi. Hər kiçik toxunuşumuza görə bizə xəbərdalıq edirdi. Azlıqda qalmağımız oyun planlarımızı dəyişməyimizə səbəb oldu. Hücum qurmaqda çəkinlik çəkirdik. Çox güc itirdik. Komanda olaraq müsbət və mənfi cəhətlərimizi bilirik. Avropa çempionatının elit-raund mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Çətin olacaq, amma inanıram ki, qrupdan çıxacağıq”.
 
Vüsal Məsimov: “Güclü futbolçulardan təşkil olunmuş komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik. Rəqibi meydanın onlara aid hissəsinə sıxmışdıq. Sadəcə 20-ci dəqiqədə qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Belə olan halda daha çox qaçdıq,  mübarizə apardıq. Bizim üçün yaxşı bir təcrübə oldu. Azlıqda qalmasaydıq, qələbə qazana bilərdik. Çalışacağıq ki, bu oyunlarda buraxdığımız səhvləri elit-raundda təkrarlamayaq və daha yaxşı nəticələr qazanaq. Təbii ki, əsas məqsədimiz elit-raund mərhələsini adlamaqdır”.

 
tarix: 18-02-2019 10:27


 
Xəbər lenti
20.07.2019

00:55   Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

19.07.2019

23:53  Azərbaycan - Ukrayna matçı baş tutmadı

23:04  Dadaşovun komandası yeni mövsümə heç-heçə ilə başladı

22:31  “Sabah” ukraynalı qapıçı transfer etdi

22:19  UEFA “Fənərbaxça”nı cərimələdi

21:18  “Trabzonspor” argentinalı futbolçu aldı - RƏSMİ

18:30  Argentinalı hücumçu “Qarabağ”da?

18:00  Viktor Valdes yenidən “Barselona”da

17:30  “Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm”

17:00  “Qəbələ”də xorvatiyalı futbolçu - RƏSMİ

16:41  “Qəbələ” və “Neftçi”nin hər iki oyununun vaxtı təsdiqləndi

16:24  “Dandalk” Bakıya 150 minə gələcək

16:02  “Zirə” - “Keşlə” matçında 4 qol - VİDEO

15:44  “Atalanta”nın iki futbolçusu “Parma”da

15:25  UEFA Belçika klubunu Avroliqadan uzaqlaşdırdı

14:51  Keçmişi unutduranlar: göyərçinlə sünbül bir arada

14:40  2 dəfə “xərçəng”ə qalib gələn futbolçuya 7 illik müqavilə

14:21  “Qarabağ”dan nümunə götürməliyik”

14:00  Milli karyerasını başa vurdu

13:42  Azyaşlıya əxlaqsız təklif edən məşqçi tutuldu

13:34  “Atletiko”nun sabiq üzvü Argentina klubunda

13:24  Elnur Cəfərov yenə Rəfiyevin yanında

13:17  “İnter” hücumçusunu icarəyə verdi

13:01  Premyer Liqadan Çinə daha bir transfer

12:43  “Yuventus”un futbolçusu tibbi müayinədən keçə bilmədi

12:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:20  “Arsenal” - “Neftçi” matçının biletləri satışda

12:00  “Barselona”nın futbolçusu rəsmən “Xetafe”də

11:45  Azərbaycan 26-cı pillədə qaldı

11:30  Samir Abasov: “Hər şey gözlədiyimdən də yaxşı keçdi”

11:15  “Qəbələ”nin gürcülərlə ilk oyununun başlama saatı məlum oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az