(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

İtaliya C Seriyasının oyununda “Kuneo” “Pro Pyaçentsa”nı 20:0 hesabı ilə məğlub edib. 

Futbolinfo.az xəbər verir ki, görüşün ən məhsuldar oyunçusu 6 qol vuran Hişam Kanis olub. Edoardo Defendi 5 dəfə fərqlənib, Mikele Emmausso və Françesko Di Stefano isə "het-trik" edib. 

"Pro Pyaçentsa" oyuna 7 futbolçu ilə başlayıb. Daha bir futbolçu isə unudaraq evdə qoyduğu pasportu atası ona gətirib çatdırdıqdan sonra meydana çıxıb. Qolların 16-sı ilk yarıda vurulub. 

Hazırda bu klub ciddi maliyyə problemləri ilə üz-üzədir. Komandanın məşqçiləri yoxdur. Ona görə də 19 yaşlı futbolçu oyunun protokolunda özünü məşqçi kimi qeydiyyatdan keçirməli olub. Bütün əsas heyət futbolçuları "Pro Pyaçentsa"nı azad agent kimi tərk etməli olublar. Bu səbəbdən, klub mövsümün qalan hissəsini gənclərlə davam etdirir. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 29-a çatdıran "Kuneo" 11-ci pillədə qərarlaşıb. 8 xala malik "Pro Pyaçentsa" isə sonuncu - 20-ci yerdədir. 

 


 
tarix: 18-02-2019 11:19


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az