(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

Hakimliyin fiaskosu: turun bütün oyunlarında ciddi səhvlər var idi!

Hamısı susdurulmuş klub rəhbərləridi, əksəri asılıdı. 5-10 il öncə olsaydı, bu qədər səhvdən sonra hakimər daş-qalaq olunar, Hakimlər Komitəsinin sədri Frits Stuxlik başını götürüb, qaçardı. Əmin olun ki, hakimliyə birbaşa cavabdeh olan, bu sahəni öz kurasiyasına alan AFFA-nın baş katibi Elxan Məmmədov da sakit otura bilməzdi.
 
Biabırçı mənzərədi: Premyer Liqanın son turunda baş tutan 4 oyunun hamısında ciddi hakim səhvi olub. Mini-turnirə bənzəyən Bakı birinciliyini idarə edə, nöqsanları aradan qaldıra bilməyən AFFA-nın klub sayının minimuma çatdırılmasına əngəl olmamasının bir səbəbi də elə budur. Az iştirakçı – az problem!
 
AFFA Hakimlər Komitəsində oyunlar gedir. Stuxlikin adı öndədi, arxa planda komitə üzvləri hərəsi bir cəbhə açıb. Avstriyalı ola bilsin, nələrsə etməyə çalışır, amma məqsədli təyinatlar nəzərdən qaçmır, az qala hər komitə üzvü bir komandaya xidmət edir. Yaxınlarda bununla bağlı yazımız olacaq və hər şeyi statistikasıyla, faktıyla diqqətə çatdıracağıq. İndidən yalnız onun anonsunu verə bilərik ki, növbəti turda liderlərin oyunun sevimli hakimləri idarə edəcək, FIFA referiləri yox.
 
***
 
Hələliksə Premyer Liqanın 17-ci turunun oyunlarındakı səhvlərə diqqət yetirək. Metodiki, nəticəyə təsir etməyən səhvlər kifayət qədərdi. Biz isə yalnız bağışlanması mümkün olmayanları diqqətə çatdıracağıq.
 
Keşlə - Sumqayıt 2:1
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
Bu matçda meydan sahiblərinin xeyrinə səhvlər kifayət qədər idi, hakimlərin simpatiyası gözdən qaçmırdı. Oyunun son dəqiqələrindəki epizod isə həlledici oldu və nəticəni müəyyənləşdirdi.
 
Zədələnən baş hakim Rauf Cabbarov fasilədə yerini 4-cü hakim Rauf Allahverdiyevə verdi və o, hər şeyi üz-gözünə bulaşdırdı. Amil Yunanov Elvin Məmmədovla ikili mübarizə zamanı simulyasiya edib, hakimi aldatdı və penalti qazandı. Bu cərimə zərbəsi ilə “Keşlə” 2:1 hesablı qələbəni təmin etdi.
 
Zirə - Neftçi 0:0
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Ziya Nəsirov.
Liderlə autsayderin matçında hakimlərin qonaqlara azacıq rəğbəti hiss olunurdu, amma onların nəticəyə təsir etdiyini iddia etmirik. Əvəzində hakimlər özlərinə, peşələrinə, komitələrinə hörmətsizlik etdilər.
 
Matçı hakimləri fərqləndirən emblemlə başlayan ədalət təmsilçiləri oyunun gedişində onları itirdi. Baş hakim və köməkçilərdən biri geyimlərindəki nişanəni hardasa düşürmüş və ya fasilədə otaqda qoymuşdular. Bəlkə də artıq yük bilmişdilər, bəlkə də sıradan çıxmış, qopub düşmüşdü. Dəxli yoxdu, geyim dəsti tam olmalıdı və sözügüdən briqada buna əməl etmirdi.
 
Bu məqamı təsadüfən qeyd etmədik. Hakimlər və Hakim-İnspektorlar Komitəsi son vaxtlar hər şeyə burnunu soxur, klublarda çatışmazlıq axtarırlar. Lap yaxşı, amma görəsən, “Qəbələ” – “Sumqayıt” oyununuda ehtiyat bayraq olmadığı üçün meydan sahiblərini 1600 manat cərimələdənlər ehtiyat emblemin yoxluğuna görə Hakimlər Komitəsini də “qıdıqlayacaqmı”?
 
Ümumiyyətlə, hakimlərin geyimlərinə ciddi diqqət yetirmək lazımdı. 4-cü hakimlər oyun zamanı adi idman geyimində olur, onları fərqləndirən hansısa emblem, geyimdə yazı, AFFA-nın atributlarını görmürük. Klublar Komitəsinin iclasında tuman rəngini müzakirə edənlər bu məsələyə diqqət etsin.
 
Səbail - Sabah 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu.
Bu oyun azı 10 dəfə hansısa futbolçunun zədələnməsinə görə dayandı. Amma kobud məcrada keşən qarşılaşmada kimsə meydandan qovulmadı. Halbuki təkcə Təmkin Xəlilzadə 2 dəfə qırmızı vərəqə almalıydı.
 
“Sabah”ın müdafiəçisinin hərəkətləri hər iki epizodda 3 hakimin gözündən yayındı. Baş, yan xətt və 4-cü hakimin yaxınlığında reallaşan, heç birinin “görmədiyi” epizodların birincisində Təmkin rəqibi Şəhriyar Rəhimova təpik atdı. Yerdə uzanılı ikən müdafiəçi “Səbail”in üzvünü vurmağa çalışdı, amma istəyinə çatmadı. Qaydalarda rəqibi vurmaqla vurmağa cəhd eyni sayılır və cəzası qırmızı vərəqədi.
 
Hakimlər bu epizodu görməzdən gəldi və Xəlilzadənin növbəti hərəkətinə münbit şərait yaratdılar. İlk hissə bitməmiş o, bu dəfə dirsəklə Şəhriyarın sifətinə zərbə endirdi, onu al qana buladı və... yenə cəzasız qaldı. Bəlkə də fasilədə məşqçilər qulaqburması verməsəydi, Xəlilzadə Rəhimovu öldürənə kimi cəhdlərini davam etdirəcək və hakimlər onu meydandan qovmayacaqdı.
 
Doğrusu, bu hərəkətlər adamı şübhəyə salır. Bəlkə hakimlərə “Sabah”ın heç bir futbolçusunu cəzalandırmamaq haqqında göstəriş verilibmiş. Ki, komanda növbəti turda oynayacaqları “Qarabağ”la matöncəsi itki verməsinlər. Və ya Xəlilzadə özü ağdamlılara rəqib olmamaq üçün qırmızı almaq istəyirmiş. Necə ki, sabiq klubu “Qəbələ” ilə matçı ucuz bir vərəqəyə görə buraxdı.
 
Bu epizodlardan “Sabah” da nəticə çıxarmalı, Təmkinin qulağını çəkməlidi. Marko Deviç 15-ci turda Zirədə ədalətli oyun qaydalarına tüpürüb, simulyasiya etdi, rəqibi azlıqda qoydu. Növbəti matçda isə onun bu bicliyini hakimlər titdu və 2 oxşar epizoda görə meydandan qovdular, “Qəbələ” asan qələbə qazandı. İndi də Xəlilzadənin hər hərəkəti hakimlərin diqqət mərkəzində olacaq, onu cəzalandırmaq üçün kiçik fürsət gəzəcəklər.
 
Qarabağ - Qəbələ 2:1
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov.
Oyunda təyin olunan hər iki penalti düzgün verilmişdi. Amma Rəhim Həsənov “poker etməliydi”. 14-cü dəqiqədə, hesab 1:0 olarkən “Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintananın sillələnməsi hakimlərin gözündən yayındı. Onlar bunun əvəzini “Qəbələ”nin də penaltisini təyin etməməklə çıxdılar. Son dəqiqələrdə top Rəşad Sadıqovun əlinə dəyərkən ağ nöqtə göstərilməli idi.
 
***
 
Beləliklə, turun bütün oyunlarında kobud hakim səhvləri oldu. Stuxlikin bəxti onda gətirdi ki, yalnız bir matçda hakim səhvi nəticəyə təsir etdi. Ədalətsizliyə məruz qalan “Sumqayıt”ın prezidenti Riad Rəfiyevin AFFA-ya etiraz etməyə cəsarəti olmadığından, futbolçularının əməyi yerdə qalacaq. Amma ölkə futbolunun de-fakto idarəçisi Elxan Məmmədov ehtiyatlı olsun, bu cür səhvlərdən sonra kiminsə quyruğu bərk tapdanacaq və aləm bir-birinə dəyəcək. Komitədə az qala hər üzvün bir kluba “işlədiyini” nəzərə alsaq, həmin gün uzaqda deyil.
Emblemli hakim və...
...emblemsiz hakim
 
FƏRİD

 
tarix: 19-02-2019 09:00


 
Xəbər lenti
19.05.2019

14:35   La Liqanı tərk edən sonuncu klub da bilindi

14:05   Lion “Olimpik”inin yeni baş məşqçisi məlum oldu

13:27   Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

13:26   Julius Vobay: “Nə vaxtsa "Neftçi"də çalışmağı çox istərdim”

13:12   Yenə “Benfika”

13:05   Peymanın 70 illik üçün düşündüyü

12:54   Ozan Can mövsümün son matçında iştirak etmədi

12:41   Emil Balayev qayıtdı, “Tobol” darmadağına sevindi

12:33   Cavid Hüseynov: “Həm təcrübə, həm istək”

12:25   "Qarabağ" onu da yola saldı

12:09   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

12:00   “Qəbələ” – “Sumqayıt” - 3:1

11:40   Dəniz Yılmazın komandası “qızıl”ı son turda əldən verdi

11:33   Azərbaycan kubokunun sahibi məlum olur - YENİLƏNİR

11:00   İsrafilovlu “Alkorkon” yenə məğlub oldu

10:00   Rusiyada Azərbaycan derbisi: Ramillə Ayaz 90 dəqiqə oynadı

09:00   4-cü final, 29-cu duel

01:12   Yeni baş məşqçi ilə milli komanda üzərində qələbə

01:01   Bir gündə beş darmadağın

00:47   “Atletiko” mövsümü heç-heçə ilə başa vurdu

00:32   “Roma” səfərdə xal itirdi

18.05.2019

23:33  “Beşiktaş” “Trabzonspor”a məğlub oldu

23:30  “Mançester Siti” İngiltərə kubokunun qalibi oldu

22:35  “Bavariya” çempion!

22:02  Avropa Liqasının kuboku Gəncədə

21:39  Sənan Qurbanov: “4-cü dəfə məyus olmaq istəmirik” - VİDEO

21:38  Abbasov: “Onlar Sumqayıt tarixinə qəhrəman kimi düşəcəklər” - VİDEO

18:38  Azər Əliyev oynadı, “Ufa”...

17:27  Dadaşovun komandası mövsümü məğlubiyyətlə başa vurdu

17:15  Unudulmayan tarix: LAZ-la, RAF-la yola çıxan AFFA

16:30  Ronaldonun Ançelotti istəyi

15:00  “Barselona”nın yeni transferi mövsümün ən yaxşısı seçildi

14:29  Unudulmayan tarix: 26 komandalı çempionat

14:18  Hollandiyada mövsümün rəmzi komandası - FOTO

13:56  Millimizin hücumçusu Tayland klubuna keçir

12:14  Ramazanda pivə sərxoşluğu

12:08  Bundesliqa klubunda ayrılıq

11:30  İspaniya millisi daha iki oyuna baş məşqçisiz çıxacaq

11:12  İbrahimoviç cəzalandırıldı

11:00  Eratın komandası ilk yarımfinal matçında məğlub oldu

10:47  HAŞİYƏ: Milli komandamızda baş məşqçi dəyişikliyi

10:30  Ufuk Budak oynamadı, komandası mövsümü qələbə ilə başa vurdu

10:00  UEFA-dan “Arsenal”a cavab: “Bu, haqsızlıq olar”

09:30  UEFA final öncəsi Poçettinonu cəzalandırdı

09:00  Unudulmayan tarix: dövlət bağışladı, AFFA dəyər-dəyməzə satdı

00:08  Hərəyə 1 qol, 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az