(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
“Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

“Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına geniş müsahibə verib. 27 yaşlı futbolçu "Sumqayıt"la bağlı danışıb və Azərbaycan vətəndaşı olub-olmayacağı barədə verilən sualları cavablandırıb.
 
- Azərbaycan çempionatı ilə bağlı ilk təəssüratınız necədi?
- Liqada 8 komanda mübarizə aparır, bir neçə zəngin və bir neçə zəif klub var. “Sumqayıt” mənə “Bney Yehuda”nı xatırladır. Sumqayıt çılğın şəhər olan Bakıdan uzaq olmayan, yaxşı insanların olduğu yerdir.
 
- İlk həftələr sizin üçün necə keçir?
- Rusca bilirəm və bundan istifadə edirəm. Əli Babayev mənə çox kömək olur. Bütün günü birgə oluruq. Həyat yoldaşım hər an yeni uşaq dünyaya gətirə bilər. Buna görə də ailəm üçün bir həsrət var. Əli Babayevlə İsraildə yaxın dost deyildik. Ancaq burda hər şey dəyişdi. Mənzilimiz yaxındır. İndi biz yaxın dostuq və bir-birimizə kömək edirik. Həyatda yeni təcrübədir. İsrail kanallarına baxıram.
 
- Azərbaycan vətəndaşlığı alacaqsınız? Ora getməyinizin səbəbi nədir?
- Bu yolda gedirəm. Bizim komanda xüsusidir. Yanılmıramsa, “Sumqayıt” Azərbaycanda legioneri olmayan yeganə klubdur. Bir az zamana ehtiyacım var. Düşünürəm ki, burada oynaya bilərəm.
 
- Özünüzü İsrailin deyil, Azərbaycan milli komandasının formasında görürsünüz? Artıq Əli Babayev Azərbaycan vətəndaşlığı alıb.
- Klub prezidenti Riad Rəfiyev mənim üçün bir şeyə cəhd etdi, baxarıq, ola bilər. Mənim damarlarımda İsrail qanı axır. Mən gerçək israilliyəm. Ancaq zamanı gələndə asan deyil, mən bir dəfə rədd cavabı vermişdim, lakin bu barədə indi düşünürəm. Hələ heç nə bilmirəm. Bu mövzuda çox danışmıram. Əli Babayev üçün də bu hekayə çətindir. Xarakterimiz oxşardır.
 
- Həqiqətən də orada karyeranınızı tanıtmaq imkanınız var? Orada nə edə bilərsiniz?
- Yaxşı mövsüm keçirmək şansım var. 1,5 illik müqavilə bağlamışam. Burada kontraktım pul baxımından da önəmli idi. Mən narahat olmayacam, çünki karyeramın bu dönəmlərində ailəm üçün düşünürəm.
 
- İsraildən xaricə getməyi özün düşündün, yoxsa “Hapoel”dən ayrıldığın üçün belə alındı?
- “Omoniya”dan İsrailə qayıdanda ölkə xaricinə gedəcəyimi düşünmürdüm. Özü də xanımımın hamiləlik dövrünün doqquzuncu ayıdır. Bu vəziyyətdə xaricə gedəcəyimi düşünmürdüm.
 
- “Hapoel”in sizi sərbəst buraxması üzdümü?
- Klubda hər şeydən məmnun idim. Hər kəslə əla münasibətim var idi. Müqaviləmin başa çatmadan xitam verilməsi məni üzdü. Ümid edirdim ki, mövsümün sonuna qədər “Hapoel”də qalacam.
 
- Klubda qalmaq üçün nəsə etdiyinizi düşünürsünüz?
- Özümü tənqid etməyi bacaran insanam. İstənilməyən yerdə qalmaq heç də əyləncəli deyil. İndi yaxşıyam, gülürəm və orada hər kəsi çox sevirəm. Kimdənsə şikayət etmirəm (futbol11).

 
tarix: 19-02-2019 09:14


 
Xəbər lenti
15.10.2019

09:00   Şeydayevin həqiqəti: “Oynadığımız oyuna görə utanıram”

08:45   Macarlar qrupdan çıxsa, Bəhlula hədiyyə göndərəcək

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az