(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

Ancaq tənqid etmək yaramaz, bəzən yaxşıları təbliğ etmək lazımdı. Ölkə futbolunda təqdir ediləsi o qədər az şey var ki, əksər yazılarımız neqativə bürünüb, amma müsbət məqamlar da deyilməlidi.
 
Premyer Liqa klublarının matçlar zamanı start heyətinə tətbiq edilən limit daim müzakirə olunur. AFFA ölkə futbolunun inkişafı naminə, klubları incitmədən bəzi qaydalar tətbiq etməlidi. Ümumiyyətlə, müəyyən çərçivələr həmişə lazımdı, onsuz olmaz, lakin klubları inkişafdan saxlayan, onların böyüməsinə, uğur qazanmasına əngəl olan şərtlər də yolverilməzdi. Elə etmək lazımdı ki, ondan həm klublar, həm milli komandalar, həm də bütün ölkə futbolu xeyir görsün.
 
Hazırda Premyer Liqada mövcud olan limit var:
“6+4+1 (6 legioner +4 Azərbaycan vətəndaşı + 1 nəfər 1996-cı il doğumlu və daha gənc Azərbaycan vətəndaşı). Matçın protokolunda 1998-ci il təvəllüdlü (Azərbaycan vətəndaşı) və ya daha gənc 1 oyunçunun olması mütləqdir”.
 
Xüsusilə 23 yaşa qədər 1 futbolçunun heyətə salınması bəzi çətinliklər yaradır. Klublar bu səbəbdən rotasiyalara gedir, əvəzetmələr zamanı problem yaşayır. Lakin zaman keçdikcə bunun xeyirli tərəfini də görürük. Bir neçə ildi tətbiq olunan bu limit artıq klubların özlərinə hazır futbolçu qazandırır, gələcəkdə legioner asılılığını azaldır.
 
Yaxşı olardı ki, klublar özləri heç bir limit tələbi olmadan gənclərə heyətdə yer versinlər. Bu gün Premyer Liqada baş məşqçi olanların əksəriyyəti özləri də vaxtilə 19-20 yaşlarında heyətə düşüb və məşqçiləri onlara heç bir limit tələbi olmadan güvənib. Və indi də onların borcu yeni nəslə yol açmaqdı. Amma hamı nəticə həvəsindədi, daha təcrübəlilərlə qələbə qazanmağı lazım bilir.
 
Etiraf edək ki, limit tələbi olmasaydı, “Qarabağ” Mahir Mədətova bu qədər güvənməzdi, heç yavaş-yavaş əsas heyətə uyğunlaşan Hacıağa Hacılı da Riçard Almeyda ilə yanaşı oynamazdı. Arabir meydana çıxan İsmayıl İbrahimli də onun kimi. Hələ Qurban Qurbanov gənclərə ən çox güvənən, dəstək verən məşqçilərdəndi. O da əldə bu qədər legioner varkən, tələb çempionluq ikən daha təcrübəlilərə güvənmək istər.
 
“Qəbələ” bu gün məhz limit tələbi üzündən 2 gəncə üstünlük verir. Heyət seçilərkən yaş həddi nəzərə alınıb, zaman keçdikcə bəlli olub ki, hətta 2 nəfər eyni vaxtda start heyətə layiqdi. Bəhlul Mustafazadənin ilk turlarda etdiyi səhvlər yadınızda olar, o da oynadıqca püxtələşdi, indi komandanın vazkeçilməz üzvlərindəndi. Amin Seydiyev isə mövsümün tapıntılarındandı. Sağ cinah müdafiəçisi gələcəkdə milli komandaya yüksələcək potensiala sahibdi. Bu rəqabətdə uduzan Qismət Alıyevsə hətta limit tələbi varkən oynamırsa, onun gələcəyi sual altındadı.
 
“Neftçi”də də vəziyyət oxşardı. Ayrı-ayrı vaxtlarda Anton Krivotsyuka, Ömər Buludova güvənən məşqçilər ilk vaxtlar limit doldurudusa, indi bəzən onların hər ikisinin xidmətindən eyni vaxtda yararlanır, üstəlik, Elvin Sərkərov da əlavə qüvvə kimi döyüşə atılır.
 
“Zirə” İlkin Muradova daha çox güvənir. O, məhz yaş həddinə görə transfer edilən Budaq Nəsirovu sıradan çıxara bilib. Qışda icarəyə götürülən Rafael Məhərrəmli isə rəqabəti artırıb. Hələ İbrahim Aslanlı da hər an forma şansı gözləyir.
 
“Sumqayıt”da əsas limit oyunçusu Yusif Nəbiyevdi. Amma baş məşqi Ayxan Abbasov 16-cı turun “Qarabağ”la ev oyununda Xəyal Nəcəfovla Ülvi İsgəndərovu da meydana buraxıb, əla üçlük yaratmışdı. Süleyman Əhmədov daha cavandı, bununla belə, hərdən o da oynamaq şansı qazanır. Limit olmasaydı, bəlkə onlara debüt etməyə belə şans verilməzdi. Güvənildi, bərkə-boşa düşdülər, səhv edə-edə oynamağı öyrəndilər.
 
“Keşlə”də 2 belə oyunçu var. Cabir Əmirli ilə Sertan Taşkın növbəylə güvənilənlərdi. Problem ondadı ki, bu klubda gənclərə çox etibar edilmir, onlar yalnız limit tələbinə görə meydana buraxılır. Halbuki hər iki oyunçu ilk vaxtlarla müqayisədə xeyli inkişaf edib.
 
“Səbail”də Fəhmin Muradbəyli start heyətində yerini təmin edib. Onun əvəzediciləri olan Ürfan İsmayılovla Aqşin Qurbanlı təsadüfi hallarda meydana çıxır, Fəhmin zədəli və ya cəzalı olanda məşqçilərdən etimad görür.
 
“Sabah” da gənclərin inkişafı baxmından önəmli işlər görür. Eltun Turabov bir ara vazkeçilməz oyunçuya çevrilmişdi, amma zamanla o, rəqabətə tab gətirmədi. Belədə Elgün Nəbiyev şansı qaçırmadı, məşqçinin etimadını doğrultdu. Elşad Əhmədov Şakir Seyidov və Emil Qasımovun timsalında limit eşelonunu geniş tutur, bəzən onların 2-3-ü eyni vaxtda meydana buraxır.
 
Tətbiq olunan bu limit indiyə qədər də xeyli gənci üzə çıxarıb. Coşqun Diniyev, Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Ehtiram Şahverdiyev, Elvin Camalov, Elxan Əhmədov, Məqsəd İsayev, Namiq Ələskərov, Elşən Abdullayev, Vadim Abdullayev, Tərlan Əhmədli, Roman Hüseynov, Mirabdulla Abbasov, Sadiq Quliyev, Tellur Mütəllimov, Müşfiq İlyasov, Bəxtiyar Həsənalızadə, Kamal Mirzəyev, Vüqar Mustafayev, Rəşad Əzizli, Adil Nağıyev, Fuad Bayramov, Azər Salahlı, Seymur Əsədov, Vüsal İsgəndərli və başqalarının adını çəkmək olar. Bu futbolçulardan bir qismi indi də əsas heyət oyunçusudu, rəqabətə dözə bilməyənlər kölgəyə çəkilib.
 
Əslində, məhz bu məqama diqqət yetirmək lazımdı, həmin oyunçuların sonrakı inkişafı üçün də nəsə düşünmək lazımdı. İstedadı olanlar onsuz da hansısa komandada özünə yer tapacaq, amma hazırda meydana çıxan elə futbolçular var ki, gələcəkləri qaranlıqdı. Limitə düşdüyü üçün arxayınlaşan bu futbolçular gələcəyini fikirləşmir, öz üzərlərində işləmirlər. Sadiq Quliyev, Abbas Hüseynov, Vadim Abdullayev, Ehtiram Şahverdiyev belələrindəndi. Elvin Camalov, Tellur Mütəllimov, Şahruddin Məhəmmədəliyev, Namiq Ələskərov isə çətin dövrdən sonra yenidən toparlana bilib.
 
AFFA-nın tətbiq etdiyi bu limitin vacibliyini UEFA-nın addımı da təsdiqləyir. Gənclər Liqasının keçirilməsi, hətta 19 yaşlılar üçün avrokubok təşkili əbəs deyil. Qitə futbol qurumu klubları onların özündən çox fikirləşir, ehtiyat qüvvənin hazırlanması üçün stimul yaradır.
 
Bununla kifayətlənmək olarmı? Təbii ki, yox. AFFA-nın bu addımı qurumun düzgün qərar verdiyini göstərməklə yanaşı, onun üzərinə əlavə məsuliyyət də qoyur. Deməli, istəyəndə daha yaxşı işləmək olur. Uşaq liqalarında da səliqə yaratmaq, onlara diqqəti artırmaq üçün rıçaqlar fikirləşmək lazımdı. Axı, bu limit milli komandada rəqabətin artmasına, layiqli ehtiyat qüvvənin yetişməsinə yardım edir.
 
İndi AFFA növbəti addımları atmalıdı. 2 həftədən sonra AFFA-nın Növbəti Konfransı, İcraiyyə Komitəsinin iclası baş tutacaq. Orada yeni təkliflərə baxılmalıdı. Assosiasiya futbolun, həm də klubların inkişafı naminə yeni təkliflər verməli, qaydalar müəyyənləşdirməlidi.
 
Yeni mövsümdən klubların heyətində mütləq öz yetirməsi olması ilə bağlı şərt yerinə düşərdi. Say, həmin oyunçuların əsas heyətdə olması, yoxsa adının protokola salınması müzakirə mövzusu ola bilər, lakin bu da futbol adına xeyirli olardı. O zaman klublar uşaq futboluna diqqət ayırmağa, istedadlı yetirmələrinə dəstək verməyə məcbur olardı.
 
Lazım gəlsə, hətta klublara öz yetirmələrini start heyətdə oynatdığı üçün pul mükafatı da vermək olar. Onsuz da divizionda perspektiv vəd etməyən neçə kluba maliyyə yardımı ayrılır. Həmin vəsaiti daha yaxşı istiqamətləndirmək, deyək ki, oyunların 50 faizindən çoxunda iştirak edən gənclərə görə həvəsləndirici mükafat vermək olar. Bu, daha yaxşı təcrübə olar, nəinki ölkə futboluna heç bir faydası olmayan “Ağsu”, “Qaradağ Lökbatan” kimi komandalara yüzminlər xərcləmək.
 
Təsadüfi deyil, avrokuboklarda buna oxşar bənd var və klublar sifariş ərizəsində müəyyən sayda öz yetirməsinin adını göstərməli olur. Eyni qayda bizdə də tətbiq olunmalıdı. O zaman vecsiz legioner bolluğundan qaçmaq, klubların əcnəbilərə dağıtdığı pul israfından yayınmaq olar, həmin vəsait gənc nəslin yetişdirilməsi üçün məcburi xərclənər. Belədə klublar sabah kadr ehtiyatından da əziyyət çəkməz, eyni zamanda futbol inkişaf edər, milli komandalar üçün daha çox namizəd yetişər.
 
FƏRİD

 
tarix: 19-02-2019 10:01


 
Xəbər lenti
23.10.2019

01:00   “Qalatasaray” “Real”a uduzdu, MS, PSJ və “Tottenhem” 5 qola sevindi

22.10.2019

23:41  APOEL Bakıya 20 futbolçu ilə gəlir

21:52  Millimizin DÇ-nin əsas mərhələsi üçün heyəti

21:08  ÇL matçında spirtli içki qadağası

19:29  PSJ Avropada yeni rekorda imza ata bilər

18:43  “Düdelanj”ın futbolçusu üçün il bitdi

18:24  “Neftçi” “Sumqayıt” üçün başladı

18:00  “Qəbələ”nin baş məşqçisi: “APOEL-lə oyunda hamı bizdən uğur gözləyir”

17:30  “Qarabağ” - APOEL matçına nə qədər bilet satılıb?

17:01  İtaliyada daha bir baş məşqçi istefası

16:40  Ronaldoya 100 milyon avroluq təklif

16:18  Qrizmann məsələsi çözüldü - Gizli razılıq

15:54  “Borussiya” Milana ciddi itkilərlə yollanır

15:36  Motta İtaliya klubunda

15:19  Aylton APOEL-lə matçların həlledici olacağı ilə razılaşır: “İstər-istəməz acı xatirə qalıb”

15:00  “Qarabağ” üçün bizimlə Bakıda oynamaq çətin olacaq”

14:43  Ən yaxşı qapıçı adına 10 namizəd

14:22  “Sabah”la “Zirə”nin 6-cı dueli

14:01  AFFA-dan daha 2 komandaya texniki məğlubiyyət

13:48  Millimizin oyunu yenidən Sumqayıtda

13:30  Divizion klublarının da cəzası açıqlandı

13:15  AFFA Təmkin Xəlilzadənin cəzasını açıqladı

12:51  Ən yaxşı gənc futbolçu adına 10 namizəd

12:34  “Qızıl top”a namizədlər açıqlandı

12:12  APOEL “Qarabağ”la oyunun biletlərini satışa çıxardı

11:53  Millimizin Moldova ilə oyunlar üçün heyəti

11:34  Radamel Falkao “Real”a qarşı oynayacaq?

11:19  “Beşiktaş”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər

11:00  Kamara “Qarabağ”ın çempion, “Neftçi”nin ikinci olacağı ilə razılaşmır: “Hər şey baş verə bilər”

10:40  UEFA-dan Serbiyaya cəza

10:20  Matçın 20-ci saniyəsində qırmızı vərəqə aldı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az