(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Kapitan 220 gün sonra qayıdır

Kapitan 220 gün sonra qayıdır

Azərbaycan Premyer Liqasında XVIII turun "Səbail" komandası ilə ev oyunu "Neftçi"nin kapitanı Ruslan Abışovun yaşıl meydanlara dönüşü ilə əlamətdar ola bilər.

Futbolinfo.az xəbər verir ki, bu zərurət ukraynalı mərkəz müdafiəçisi Kirilo Petrovun "Zirə" ilə səfər matçında dördüncü sarı vərəqəni alaraq cəzalı duruma düşməsi səbəbindən yaranıb. "Bakcell Arena"da keçiriləcək ev oyununda baş məşqçi Roberto Bordin bu mövqedə etibarlı oyunçunun yer almasını istəyəcək. Abışov qış fasiləsindən sonra kollektiv məşqlərdə iştirak edib və hətta hər 3 oyunda ehtiyat oyunçular skamyasında yer alıb. Lakin italiyalı mütəxəssis onu meydana buraxmağa hələlik ehtiyac hiss etməyib.

Digər tərəfdən, ötən həftə "Neftçi"nin sıralarına daha bir təcrübəli mərkəz müdafiəçisi Petru Raku da qoşulub. Moldova "Şerif"indən transfer olunmuş Raku Abışovun həmyaşıdıdır. Lakin azərbaycanlı futbolçunun əsas üstünlüyü yerli oyunçu statusu daşımasıdır. İstənilən halda, qarşıdakı görüş iki mərkəz müdafiəçisindən ən azı birinin start heyətdə meydana çıxması ilə əlamətdar olacaq.

Abışov 2018-ci il iyulun 19-da Macarıstanın paytaxtı Budapeştdə "Uypeşt"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda zədələnib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, meydana çıxsa, yaşıl meydanlara dönüşü 220 gün çəkəcək. Raku isə son olaraq, ötən il avqustun 30-da Bakıda "Qarabağ"a qarşı Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyununda forma geyinib. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş həmin qarşılaşma da yerli komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Raku isə 178 gün sonra yenidən Bakıda meydana çıxa bilər. Amma bu, mərkəzi arenada yox, ilk dəfə "Bakcell Arena"da gerçəkləşəcək.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Neftçi" - "Səbail" matçı saat 16:00-da başlanacaq ("Report").


 
tarix: 19-02-2019 12:36


 
Xəbər lenti
24.07.2019

10:24   “Barselona”dan ayrıldı, PSJ-yə üz tutdu

10:14   Başverənlərin “Hədiyyə Essyen”ə dəxli yoxdu

10:00   Mirbağır İsayev təyinatı üçün istefanı gözləyir

09:44   Premyer Liqa klubundan rekord transfer

09:30   Hazardın forma nömrəsi ona “miras” qaldı

09:21   “Qarabağ” İrlandiya klubuna qarşı - YENİLƏNİR

09:12   Millimizin futbolçusundan İngiltərə klubunda dubl

09:00   “Səbail”in çöküşünün pərdəarxası

00:48   Avropa Liqası: “Astana” yenə qələbəyə həsrət qaldı

00:20   Çempionlar Liqası: PSV-dən çətin qələbə

23.07.2019

23:31  “Futbolçulardan istədiklərimi tam ala bilmədim” - Samir Abbasov

23:02  Vinni Pert: “Qarabağ”la oyunda səbirli olmalıyıq”

22:44  “Qəbələ” “Dinamo” ilə oyuna doğma meydanda hazırlaşır

22:04  Qurban Qurbanov: “İndi bu haqda fikirləşməyə vaxtımız yoxdu”

21:20  AFFA “Səbail”i dağıtmağı qərara aldı: bütün futbolçulara getməyə icazə verildi

20:55  “Qəbələ” - “Dinamo” matçı 1 manata

20:40  Ağdama 10 il öncə yaxınlaşdığımız 26 illik uzaqlıq

20:26  Zidan: “Beylə hörmətsizlik etməmişəm”

20:12  Hacıyev “Səbail”lə bağlı bütün məqamları aydınlatdı: “Essyeni fasilədə əvəz etməli idim”

19:49  “Zirə”dən Rumıniya klubu ilə heç-heçə

19:00  “Milan”dan “Monako”ya 25 milyon avroluq keçid

18:30  “Atletiko”dan ayrılan futbolçu rəsmən “Flamenqo”da

18:00  “Qəbələ” önündə şansımız yüksəkdi”

17:43  “Neftçi”dən “Zirə”yə 8 qol

17:31  “Səbail”də toplanış dərdi: “Maliyyə ilə bağlı problemlərimiz var”

17:21  “Neftçi”nin hər iki oyunu canlı yayımda

17:10  Rzayev susduruldu, Vahabzadəylə Alxasov yenə cütləşdi

17:00  “Borussiya”nın yetirməsi Super Liqa klubunda

16:42  İbrahimoviçi cəza gözləyir - Rəqibinin sümüyünü sındırıb

16:20  “Dandalk” - “Qarabağ” matçı canlı yayımda

16:00  “Dandalk”ın baş məşqçisi: “Qarabağ” “Riqa” deyil”

15:41  “Kəpəz”ə yeni baş məşqçi təyin olundu - RƏSMİ

15:22  “Qarabağ”ın cavab oyunu norveçlilərə tapşırıldı

15:00  Azərbaycan millisinin üzvü Qazaxıstan klubunda

14:41  Millimiz Macarıstana qalib gəldi

14:20  Berdıyev Şeydayevin baş məşqçisi ola bilər

14:00  “Barselona”nın sabiq üzvü Braziliya klubunda

13:40  Fransa millisinin üzvü La Liqa klubunda

13:20  Əvvəlcə “Dinamo”nun baş məşqçisi, sonra Qurbanov

13:00  “Arsenal” “Neftçi” üçün 22 futbolçu sifariş etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az