(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

Premyer Liqanın son turunda baş tutan “Keşlə” – “Sumqayıt” oyunu ciddi müzakirə olundu. Hakimin oyunun son dəqiqəsində qonaqların qapısına haqsız penalti təyin etməsi nəticəsində bakılılar matçı qalib başa vurdu.
 
Maraqlıdı ki, “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov buna xeyli çılğın reaksiya verdi, hətta istefa vermək fikrinə düşdü. Lakin klubun prezidenti Riad Rəfiyev fərqli fikirdədi. O, qərəzə uğradıqları oyunda hakimləri qınamır. Təbii ki, bunun səbəbi var. AFFA rəhbərliyinin kluba təyin etdiyi bu şəxs indi öz dostlarını “vurmaq” istəmir.
 
Futbolinfo.az-a müsahibə verən Rəfiyev son oyunla bağlı hər hansı şikayət etmək fikrinə düşmədiklərini deyir.
 
- Dünən AFFA Hakimər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik qonaq olduğu verilişdə son turda çoxlu hakim səhvlərinin olduğunu etiraf etdi. Bəs, siz necə, “Keşlə” ilə matçdakı məlum epizoda görə şikayət etmisiz?
- Etməmişik, etmək fikrimiz də yoxdu. Biz oyunu hakim səhvinə görə yox, öz günahımızdan uduzduq. Əldə etdiyimiz çoxsaylı fürsətləri qola çevirsəydik, yekun nəticə belə olmazdı.
 
- Deməli, məşqçiləri, futbolçuları günahlandırırsız. Bilmək olarmı, konkret hansı məqamlara görə?
- Kimisə günahlandırmıram, komandadan razıyam. Vəziyyəti düzəldəcəklərinə inanıram.
 
- Son dəqiqədəki epizoda baxmısız? Sizcə, orada penalti var idi?
- Məncə, nəsə demək lazım deyil. İrəli baxmaq lazımdı.
 
- Qış fasiləsindən sonra ardıcıl 3 məğlubiyyət psixoloji gərginlik yaratmır?
- Narahatlıq yoxdu. Məni komandanın psixoloji cəhətdən uçuruma düşməməsi, möhkəm olması qane edir. Özümüzə inanırıq. “Sumqayıt”ın oynadığı futbolla turnir cədvəlində qərarlaşdığı yer uyğun deyil.
 
- Səbəb?
- Ən böyük səbəblərdən biri bəxtsizlikdi. Uduzmamalı olduğumuz neçə oyunda xalsız qalmışıq. Qışdan sonra ən pis qrafik də bizdə idi. Qəbələ səfərində uduzmamalıydıq, son dəqiqələrdə top buraxdıq. Ardınca evdə “Qarabağ”la və ağır, süni meydançada səfərdə “Keşlə”ylə oynadıq. Belə çətin qrafikdən qorxurduq və ən pisi başımıza gəldi, nəticələr uğursuz oldu.
 
- Bəxtdən şikayətlənirsiz, bu bəxtsizlik sizi diviziona aparmaz?
- Futboldu, hər şey ola bilər.
 
- Növbəti turun “Zirə” ilə oyunu final əhəmiyyətli ola bilərmi?
- Yox. Hələ qarşıda çox oyun var, ona qalsa, hamısı finala bərabərdi. Komandaların arasında ciddi xal fərqi yoxdu.
 
- Amma çempionatdan avrokuboka qatılmaq şansınız çox azalıb. Siz də bütün ümidləri kuboka bağlamısız?
- Razı deyiləm. Hər iki cəbhədə sonadək şanslarımızdan istifadə etməyə çalışacağıq.
 
- Qışda komandaya gətirdiyiniz futbolçular ümidi doğruldurmu?
- Söhbət yəqin ki, Peyman Babayi və Əmir Ağayevdən gedir. Peyman gələndən zədələndi, ola bilər, növbəti turu da buraxsın. Onun oyununu Antalyada görmüşük, komandayla təlim-məşq toplanışında iştirak edib, bizə faydalı olacağına inanırıq. Əmir Ağayev bizə gec qoşulduğundan, tam hazırlıq keçməyib, uyğunlaşmaq üçün zamana ehtiyacı var. Hər şey qaydasına düşəcək.
 
- Peyman Keşavarzı yaddan çıxardız. Transfer etdiyiniz bu iranlını geri qaytardız. Keçidin alınmamasının günahı kimdə idi?
- Futbolçu məsuliyyətsizlik etmişdi. Sənəd problemləri üzündən bu transfer alınmadı. Bizdən asılı olmayan səbəblər idi.
 
- Əmir Ağayev İsrail mətbuatına açıqlamasında “Damarlarımda İsrail qanı axır” deyib.
- Yalan danışmayıb, anası yəhudidi, sadəcə, Bakı yəhudisidi. Valideynləri Azərbaycandan İsrailə köçüb, Əmir də orada doğulub. Onların vətəni Azərbaycandı və milliləşdirilməsi üçün hər hansı əngəl yoxdu. Hər şey qanun çərçivəsindədi.
 
CAVAD

 
tarix: 19-02-2019 13:03


 
Xəbər lenti
26.04.2019

15:23   HAŞİYƏ: “Formula-1” qəza ilə başladı

15:15   Bakıdan Madrid “Real”ına

14:45   Bakı finalına doğru: Büdcə açıqlandı

14:21   Premyer Liqada mövsümün son ev oyunu

13:51   Bundesliqa klubunda yeni futbolçu

13:19   “Neftçi”dən “Formula 1” ziyarəti

12:36   “Sabah”dan yeni transfer - RƏSMİ

12:26   “Milan”ın futbolçusu üçün mövsüm bitdi

12:00   “Qarabağ”ın cəzalıları sıraya döndü

11:42   Paytaxt klubunun baş məşqçisinin cəzası açıqlandı

11:23   UEFA-dan "Arsenal"a dəstək

11:12   Vaqner üçün “pulsuz bilet”

11:03   Essyenin komanda yoldaşları

10:56   Region Liqasında 30 min manatlıq şübhə

10:42   Təbriz klubundan doğma meydanda heç-heçə

10:31   Bəhlul Mustafazadəyə daha bir müştəri

10:20   Ayaz Quliyev oynadı, “Spartak” darmadağına üzüldü

09:56   “Neftçi”nin 3 komandası finalda

09:25   “Qəbələ” “Keşlə”ni 4 qolla məğlub etdi

09:12   “Sabah”ın əsas komandasından azyaşlı futbolçulara dəstək

09:00   AFFA-da oğurluq: kamera görüntüləri onları ifşa etdi

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az