(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

Bu gün “Neftçi”nin veteran futbolçusu İqor Mitreskinin 40 yaşı tamam olur. 

Futbolinfo.az xəbər verir ki, 1979-cu ildə dünyaya gəlmiş müdafiəçi 2010-2014-cü illər ərzində "Neftçi”də çıxış edib, Azərbaycan çempionatının (2011, 2012, 2013) və kubokunun (2013, 2014) qalibi olub. Makedoniya milli komandasının heyətində 69 oyunda 1 qola imza atıb.

Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

- Doğum gününüz mübarək, İqor!
- Çox sağ olun, təşəkkür edirəm! Məni yada saldığınız üçün sizə minnətdaram!

- Yubileyinizi necə qeyd edirsiz?
- Hazırda Berlindəyəm. Doğum günümü ailəm, dostum Roman Pavlyuçenko və onun ailəsi ilə birlikdə qeyd edəcəm. 40 illik yubileyimi doğma şəhərim Berlində, yaxın dostlarımın, ailəmin əhatəsində keçirmək qərarına gəlmişəm. Berlində futbol oynamışam, burada evim var. Əvvəllər doğum günümü Makedoniyada, Bakıda, Moskvada da qeyd eləmişəm, amma 40 yaşımı Berlində keçirmək istədim.

- Siz təkcə Makedoniya futbolunda yox, "Neftçi”nin tarixində də parlaq iz buraxmısız. Artıq bir neçə ildir "Neftçi”ni tərk etmisiz. Azərbaycan futbolunun flaqmanı ilə bağlı hansı xatirələriniz var?
- Digər keçmiş komandalarım kimi "Neftçi” də mənim üçün böyük tarixdir. Dahi məşqçilərdən biri mənə deyib ki, həmişə iki klubu daha çox xatırlayırsan – karyerana başladığını və karyeranı bitirdiyini. Beynəlxalq karyerama "Spartak”da başlamışam, "Neftçi”də bitirmişəm. Almaniyada, Ukraynada, İsraildə, Makedoniyada oynamışam, milli komandanın kapitanı olmuşam, amma "Neftçi”nin yeri başqadır. Çünki karyeramı burada – 3 dəfə çempionatın, 2 dəfə isə kubokun qalibi olduğum komandada başa vurmuşam. "Neftçi” mənim üçün təkcə tarix deyil, doğma klubdur. Bakı isə doğma şəhərdir. Həm "Neftçi”, həm də Bakı mənim qəlbimdədir. İndiyədək "Neftçi”yə azarkeşlik edirəm.

- "Neftçi”nin heyətində parlaq oyunlar keçirmisiz. Bunların arasında ən unudulmazı hansıdır?
- APOEL-lə səfər matçı. "Neftçi” həmin oyunda qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolu üçün tarix yazmışdı.

- "Neftçi”dəki keçmiş komanda yoldaşlarından kimlərləsə əlaqə saxlayırsız?
- Açığı, sosial şəbəkələrdən çox istifadə etmirəm. Amma bəzi futbolçularla telefonla danışıram. Məşqçilərdən rəhmətlik Böyükağa Hacıyevlə yaxşı münasibətimiz olub. Arif Əsədov və Elşad Əhmədovla da əlaqə saxlayırıq.

- Hazırda "Neftçi” ilə "Qarabağ” arasında çempionluq uğrunda gərgin mübarizə gedir. Keçmiş komandanızın oyununu izləyirsiz?
- Daha çox internet vasitəsilə "Neftçi”nin oyunlarından xəbər tuturam. Bilirəm ki, hazırda çempionatın lideridir və "Qarabağ”la 1 xallıq fərq var. Hesab edirəm ki, çempionluq haqda danışmaq üçün tezdir. Amma çempion bu iki komandadan biri olacaq. "Neftçi”nin futbolçuları hər oyuna qələbə üçün çıxmalıdılar. Futbolda asan heç nə olmur. Çempionluq bu iki komanda arasındakı mübarizədə həllini tapacaq.


 
tarix: 19-02-2019 15:19


 
Xəbər lenti
11.12.2019

02:17   “İnter”lə “Ayaks” Çempionlar Liqası ilə vidalaşdı

10.12.2019

22:00  Beqoviç: “Qarabağ”a verdiyim sözə görə güclü klublara “yox” dedim”

21:55  “Sabah”ın baş məşqçisi: “Mən adlara önəm verən deyiləm” - VİDEO

21:46  Rəhim Həsənov: “Frits Stuxliklə münasibətlərimiz yaxşı deyil”

21:27  İlin ən yaxşı futbolçusu Trampı “manyak” adlandırdı

19:06  “Roma”nın sabiq futbolçusu həbs oluna bilər

17:54  Millimizin üzvü cəzalı duruma düşdü

17:25  Messi zirvədə, Ronaldo “20-lik”dən kənarda

17:00  UEFA-da AÇ-2020 ilə bağlı seminarlar

16:42  Paytaxt klubunda 2 itki

16:20  1/4 finalın cavab oyunlarının vaxtı açıqlandı

16:00  Süleymanov Xəlilzadəyə çatdı

15:41  Rauf Əliyevin hesabatı və milyon avroluq “qurban”

15:24  Messi: 8 ildən sonra ilk dəfə

15:04  Əliyar Ağayev Kiyev “Dinamo”sunun oyununda

14:40  Turun ən yaxşısı “Qarabağ”lı oldu

14:26  “Neftçi”nin 5 futbolçusu rəmzi komandada - FOTO

14:05  "Neftçi"nin yeni sponsoru hər il 100 min manat xərcləyəcək

13:51  “Qarabağ” - “Düdelanj” matçının hakimləri açıqlandı

13:43  “Qalatasaray” PSJ ilə oyuna ciddi itkilərlə çıxacaq

13:21  Adrian Skarlatake ilkə imza atıb, 40-cı oldu

13:02  80-ci qələbə

12:48  “Bakıya tez getmək üçün UEFA-dan icazə aldıq”

12:32  İsveçrə millisi Bakı proqramını açıqladı

12:15  “Qarabağ”ı keçsək, sürpriz olacaq” – “Keşlə”nin müdafiəçisi

12:00  “Traktor”da növbəti ayrılıq

11:46  Rüfət Dadaşovdan Almaniyada növbəti qol - VİDEO

11:33  APOEL Tomas Dollu istefaya göndərdi

11:16  Öncə Qurbanov, sonra Krasson

11:00  Evində yıxıldı, ili erkən başa vurdu - “Borussiya”nın futbolçusu

10:40  36 futbolçuya bəraət, klub prezidentinə həbs - Danışılmış oyunlara görə 

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az