(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Azərbaycan millisində azərbaycanlı niyə oynasın ki?

Azərbaycan millisində azərbaycanlı niyə oynasın ki?

Mətbuat niyə belədi, bilmirəm? Əmir Ağayevdən, Riad Rəfiyevdən nə istəyirsiz, dostlar? Bu ölkənin millisində elə yəhudi oynamalıdı da. Nə olsun ki, valideynləri Bakıdan gedib, nə olsun ki, açıq-aşkar “Damarlarımda İsrail qanı axır” deyir?
 
***
 
"Sumqayıt"ın israilli yarımmüdafiəçisi Əmir Ağayev ölkəsinin mətbuatına müsahibə verib. 27 yaşlı futbolçu "Sumqayıt"la bağlı danışıb və Azərbaycan vətəndaşı olub-olmayacağı barədə verilən sualları cavablandırıb.
 
- Azərbaycan vətəndaşlığı alacam. Bu yolda gedirəm. Bizim komanda xüsusidir. Yanılmıramsa, “Sumqayıt” Azərbaycanda legioneri olmayan yeganə klubdur. Bir az zamana ehtiyacım var. Düşünürəm ki, burada oynaya bilərəm..
 
- Özünüzü İsrailin deyil, Azərbaycan milli komandasının formasında görürsünüz? Artıq Əli Babayev Azərbaycan vətəndaşlığı alıb.
- Klub prezidenti Riad Rəfiyev mənim üçün bir şeyə cəhd etdi, baxarıq, ola bilər. Mənim damarlarımda İsrail qanı axır. Mən gerçək israilliyəm. Ancaq zamanı gələndə asan deyil, mən bir dəfə rədd cavabı vermişdim, lakin bu barədə indi düşünürəm. Hələ heç nə bilmirəm. Bu mövzuda çox danışmıram. Əli Babayev üçün də bu hekayə çətindir. Xarakterimiz oxşardır.
 
***
 
Vəziyyət aydındı: Əmir aşkar şəkildə İsrailə bağlı olduğunu deyir, amma “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev onu azərbaycanlı etməkdə israrlıdı. Azərbaycana bağlı olmayan, damarlarındakı qanın rəngini dəqiq bilən birinə millinin formanı geyindirsən də, o, bu ölkəni sevməyəcək. Zorla gözəllik olmur. Bu, həm də psixoloji məqamdı. Lakin Rəfiyevə yeni qazanc yeri, milliyə oyunçu verdiyi üçün qazanacağı qonorar maraqlıdı. Vətən sevgisi, bayrağa bağlılıq sonranın işidi.
 
Azərbaycan millisində hamı oynaya bilər – anqolalı Eddi İsrafilov da, saysız braziliyalılar da, elə həmin “Sumqayıt”da pasport alan, sayı bilinməyən dağıstanlılar da, serb Branimir Subaşiç də, gürcü Badri Kvaratsxeliya da, ukraynalı Andrey Popoviç də, tatar Daniel Axtyamov da, qazaxıstanlı Dmitri Nazarov da, türkiyəli Dəniz Yılmaz da, nigeriyalı Usim Nduka da. Hamı oynaya bilər, azərbaycanlıdan başqa. Ona görə də Ağayevin milliləşdirilməsindən qorxmayın.
 
Bu ölkənin futbolunda SSRİ vaxtı ermənilər, ruslar at oynadıb, indi də başqaları baş roldadı. Azərbaycanlı balaları ya tində təsbeh çevirməli, ya da Rusiya bazarlarında alver etməlidi. Gənclərimizi sağlam ruhda böyütmək, onları idmana cəlb etmək, futbolla pul qazanmalarına, inkişaf etmələrinə imkan vermək olmaz. Azərbaycanlılar Qarabağda ölmək üçün lazımdı, bu ölkənin naz-nemətini damarında İsrail qanı axanlar yeməli, pulunu serblər, dağıstanlılar, ukraynalılar qazanmalıdı.
 
SSRİ vaxtı da belə olub, indi də belədi. Vəzifələr, qazanclı yerlər harda varsa, ora yad millətlər yerləşdirilib. Elə klubları, AFFA-sı da belədi. Futbol təsərrüfatında erməni bağı olan neçəsini tanıyırıq. Müxtəlif postlara qonublar, heç bir iş görmədən yüksək maaş alırlar. Elə onlara da milli komandada Azərbaycanı sevməyənlərin oynaması sərfəlidi.
 
Azərbaycan millisində kim oynamalıdı ki? İliyinə kimi vətənpərvər olan Rəşad Sadıqovu ancaq daşqalaq edənlərin, Qurban Qurbanovu gözdən salanların, başqa əsl azərbaycanlıları ləkələyənlərin əsas məqsədi bu deyilmi? Onlara Londonda erməni bayrağını görən kimi davaya tələsən oğullar yox, düşmənə dayı deyən “dostlar” lazımdı. Riad Rəfiyev və başqaları sadəcə vasitəçidi. Bu işin başında dayananlar var yəqin.
 
***
 
Əmir Ağayev ən az büdcəsi olan “Sumqayıt”da necə bəslənirsə, hər şeydən razıdı. O, hətta İsraildəkindən də çox qazanır. Amma “Sumqayıt”da elə futbolçular tanıyıram ki, 700-800 manata əsas heyətdə oynayır. Hələlik bir qələt etməyən, oynadığın matçlardan birində rəqibə (!) məhsuldar ötürmə verməklə seçilən Əmirsə Azərbaycanın pullarını əmməyə, sonra da qaçmağa gəlib. Ona milli komanda vədi verənlər cibini düşünür, sumqayıtlı uşaqları yetişdirmək onun nəyinə lazımdı? Arif Əsədov, Kamal Quliyev, Nazim Əliyev, İsmayıl Məmmədov, Aqil Məmmədov və daha kimlərin yetişdiyi Sumqayıtın sabahı elə dağıstanlılara, ukraynalılara, Almaniya türklərinə qucaq açmaqla məhv edilməyibmi? Əmir Ağayev də onlardan biridi, hansısa Əlinin, Vəlinin, Məmmədin yerini tutmağa, Nicat Muxtarov kimi gəncləri cinayət aləminə sürükləməyə gətirilib.
 
***
 
“Sumqayıt”ın milliləşdirdiyi futbolçuların neçə faizi yığmalarımıza hansısa töhfə verib? 1-2 faiz ola, ya olmaya! Amma AFFA-dakı bəzi işbazlar bu əməliyyatlardan nə qədər qazanıb? Allah bilir!
 
***
 
İndi, əziz həmkarlar, qanıqaraçılıq yaradıb, kiminsə biznesinə mane olmayın. Bu ölkənin millisində elə damarında İsrail qanı axan oynamalıdı. Markarov, Fedorovski, Mirzoyan, Abramaşvili, Falyan, Xaçaturov, Qaysumov, Karatayev, Mkrtıçov o vaxt oynayırdı, Axtyamov, İsrafilov, Yılmaz, Mirzabekov, Kurbanov, Krivotsyuk, Maqomadaliyev də indi oynayır. Neftin pulundan, havayı, asan qazancdan əlinizi üçün, onun yiyələri var. Gedin daşınızı atın, gülünüzü, pomidorunuzu satın. Bir də qanınızı yoxlatdırın, hansısa qatqı tapsaz, nəyəsə ümid edərsiz…
 
AĞA

 
tarix: 20-02-2019 09:00


 
Xəbər lenti
25.05.2019

17:00   Ardıcıl 8-ci çempionluq

16:08   “Arsenal” bu gün gəlir

15:36   Toldo və Ouen Bakıda - VİDEO

15:03   Amil Yunanov “Qəbələ”də: Sənan Qurbanov açıqladı

14:11   Lion “Olimpik”ində ilk ayrılıq

13:21   “Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

13:11   Bundesliqada mövsümün rəmzi komandası - FOTO

12:14   “Qızıl buts” mükafatının qalibi bəlli olu

11:35   “Zirə” Bilal Həmdini heyətdə saxlaya bilmir

11:07   Premyer Liqa klubunun azarkeşinə irqçilik cəzası

10:57   “Qəbələ”də son qərar gözləntisi

10:31   PSV-dən Super Liqa klubuna

10:00   “Trabzonspor”da ayrılıq

09:33   Əmrə “Fənərbaxça”ya qayıdır: Klub prezidenti açıqladı

09:00   Şenol Günəş “Beşiktaş”dan getdi

01:07   PSJ-dən mövsümün son matçında məğlubiyyət

00:01   “Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu

24.05.2019

22:01  “Qəbələ” ilk kubokunun təqdimatını edəcək

20:15  İspaniya klubundan Azərbaycan millisinin üzvü ilə yeni anlaşma

19:47  Françesko Toldo ilə Maykl Ouen Bakıda

18:06  “Sabah”da yeni məşqçi təyinatları

17:40  Şenol Günəş Türkiyə millisinin heyətini açıqladı

17:12  Premyer Liqa klbunda 3 illik müqavilə

16:47  “Arsenal” Bakı finalından sonra onunla yolları ayıracaq

16:24  PSJ-nin futbolçusu əməliyyat olundu

15:51  “Liverpul” UEFA-dan narazıdı

15:32  Venger də Bakı finalından danışdı

15:17  Elşad Əhmədov: “Onun taleyinə rəhbərlik qərar verəcək”

14:53  “Ayaks”da 3 illik müqavilə

14:32  “Sumqayıt”ın son mövsümdə vurduğu bütün qollar - VİDEO

14:15  “Azarkeşlər Bakıdakı finaldan zövq alacaqlar”

13:54  “Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

13:36  “Sevilya”da italiyalı baş məşqçi

13:07  “Sumqayıt” geridə qalan mövsümdə - STATİSTİKA

12:49  Emil Balayev ən yaxşılar arasında

12:24  Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00  Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47  Marçello Lippi yenidən milli komandada

11:31  Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22  PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11  Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00  Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33  “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00  Almaniyalı futbolçu İtaliya klubunda

09:30  “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00  Serbiya kubokunun qalibi bəlli oldu

00:25  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az