(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik alman dəqiqliyi ilə işləyir. Doğrusu, yavaş-yavaş bu adama rəğbətim artır, zalım oğlu iş görür, əyər-əskikləri üzə çıxarır.
 
AFFA İntizam Komitəsinin son qərarlarından bəlli olur ki, hakim-inspektorlar, AFFA nümayəndələri indiyə kimi papağını günə verirmiş, avstriyalının yığdığı yeni komanda isə iş görür. Təbii ki, qarşısına Misir Əbilov kimi klub prezidenti çıxana kimi əsib-sovuracaq. Və ya onu elə AFFA-dakılar dayandıracaq. Missiyasını bitirəndən, “naməhrəm nahiyələrə” toxunduğu zaman.
 
Çünki Stuxlik yavaş-yavaş onların da eyiblərini açır, bəh-bəhlə danışdıqları təşkilatçılıq bacarıqlarının yalan olduğunu isbatlayır.
 
İ divizionla bağlı qərarlardan seçdiklərimizlə tanış olun:
“Şüvəlan” klubu matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunur.
“Sumqayıt-2” klubu oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunur.
“Neftçi-2” – “Kəpəz” matçında topdaşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunur.
 
Bu, AFFA-nın baş katibi Elxan Məmmədovun Peşəkar Futbol Liqasına qulaqburmasıdı. O, Stuxlikin vasitəsi ilə PFL-in təşkilatçılıq bacarığına kölgə salır. Ötən turlarda Premyer Liqa klublarından “Qarabağ”la “Qəbələ”nin xırda səhvlərə görə hərəyə 1600 manat cərimələnməsinin də səbəbi fərqli deyildi. Bu qurumun ləğvinə çoxdan çalışan Məmmədov AFFA-nın Növbəti Hesabat Konfransı ərəfəsində fon yaradır, zəmin hazırlayır.
 
Fil qulağında yatan PFL prezidenti Ramin Musayevin susması da maraqlıdı. Bəlkə də nöqsanlarla razılaşır, son vaxtlar işin başını əməlli-başlı buraxıb. Lakin Fritsin “dəqiqə söhbəti” çətin cavabsız qala.
 
Stuxlik elə səlahiyyət alıb ki, artıq hamının bostanına daş atır. Onun dünən İntizam Komitəsini ikinci dəfə bir araya gətirib qərar verdirməsi təsadüf ola bilməz. Özü də AFFA prezidentinin oğlunun komandası kimi tanınan “Səbail” haqda ölçü götürülməsi maraqlıdı. Həm də yenə eyni adamın kanalı olan “CBC Sport”a görə...
 
Belə ki, AFFA İntizam Komitəsinin qərarlarını elan etdikdən bir neçə saat sonra protokola əlavə olubduğunu açıqladı. Məlum oldu ki, Premyer Liqasının XVII turunun “Səbail” – “Sabah” matçı meydan sahibi “Səbail” klubunun səhlənkarlığı səbəbindən gec başlayıb - 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə. Bununla bağlı, Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.  Bunu nəzərə alan qurum da “Səbail”i 2400 manat cərimələyib.
 
Təbii ki, oyunun yubanması yolverilməzdi. Əvvəllər belə ləngimələrə göz yumulurdusa, indi Stuxlik dəqiqlik tələb edir. Burada əsas məsələ televiziya maraqları ilə bağlıdı. Yayımçı kanalın planları pozulur, bir sıra reklam anlaşmaları təhlükəyə düşür. Bunları nəzərə alsaq, “Səbail”in astagəlliyi cəzasız qalmamalı və digər klublara da dərs olmalıdı. Lakin...
 
...Lakin görəsən, Klublar Komitəsi niyə toplanmır? Axı, klubların maraqlarını müdafiə etməli olan bu qurum da toplaşıb, öz hüquqlarını tələb etməlidi. Bəlkə də Stuxlik bilmir, amma AFFA-da hamıya “CBC Sport”un yayıma görə 3 ildi klublara qara qəpik ödəmədiyi aydındı. O zaman nəyə görə ödəmələrdən yayınan telekanala görə klublar cərimə ödəsin? Qayda-qanun, nizam-intizam yaxşıdı və “Səbail”in cəzalanması da ədalətlidi. Bəs, klubların haqqının tapdanmasına niyə göz yumulur?
 
Qərarda “Səbail”in cərimələnməsinin səbəbi kimi teleyayıma problem yaranması göstərilməyib, bəlkə də Stuxlik sadəcə, dəqiqlik istəyir. Yayım məsələsi bizim ehtimaldı, burada problem varsa, PFL-in günahı azalır. Qurum oyunun vaxtını elan edib, təqvimi açıqlayıb. Oyunun vaxtında başlamasına nəzarəti birbaşa AFFA nümayəndəsi, hakim-inspektor, hakimlər, klublar və yayımçı kanal etməlidi. Hətta matçın start fiti də birlikdə xəbərləşmədən sonra verilməlidi.
 
Məsələ yayımda deyilsə, bütün bu cərimələr, cəzalar məqsədlidi. Gülünc görünsə də, hamısının qanuni əsası var. Qapı arxasında artıq hərəkətlər, oyunun vaxtında başlamaması, iclasa gecikmə, protokolun zamanında təqdim edilməməsi ciddi qüsurdu. Sözügedən yarışları təşkil edən PFL ayılmalıdı, yoxsa “feldşer” Stuxlikin əli ilə “baş həkim” Məmmədov Musayevin iynəsini vuracaq. Və Ramin bəy üsyan etməməlidi, səhvləri yoluna qoymalıdı. Yoxsa martın 4-də konfransa - reanimasiyaya götürüləcək “xəstə” komadan ayılmaya bilər.
 
FƏRİD

 
tarix: 20-02-2019 10:03


 
Xəbər lenti
21.05.2019

00:28   Romada 6 qolluq heç-heçə

00:15   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.05.2019

23:14  “Fənərbaxça”ya 1 qol bəs etdi

21:00  Şotlandiya yığmasında yeni baş məşqçi

20:24  “Qarabağ”da yeni müqavilə

19:01  Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

18:36  Messi rekorda şərik oldu

17:44  “Seltik”dən Bundesliqa klubuna

17:17  La Liqa klubu baş məşqçiylə vidalaşdı

16:53  40 yaşında karyerasını başa vurdu

16:30  Bundesliqa klubunda yeni baş məşqçi

16:12  Avroliqanın könüllüləri üçün əyləncə gecəsi

15:51  Aparıcı futbolçusu "Sumqayıt"dan gedir

15:31  “Qəbələ”nin futbolçusunda xəstəlik aşkarlandı

15:15  “Barselona”da final öncəsi itki

14:58  Fransada mövsümün ən yaxşı futbolçusu və rəmzi komandası

14:36  Bundesliqaya yüksələn 2-ci klub bilindi

14:18  Polşada çempion bəlli oldu

13:56  “Real”da 4 illik müqavilə

13:35  Oyun zamanı infarkt keçirən hakim həyatını itirdi - VİDEO

13:14  AÇ-2019-un qalibi məlum oldu

12:50  AFFA-dan 3 oyunçuya 1 illik cəza

12:32  La Liqa klubu baş məşqçisini qovdu

12:12  Millimizin hücumçusundan uğurlu debüt

12:02  “Şaxtyor”dan 12-ci çempionluq

11:54  Stiven Monroz: "Bu, "Qəbələ"də sonuncu oyunum idi"

11:41  Riberi Bundesliqanın tarixinə düşdü

11:24  Rizvanov üçün 21 dəqiqə və 3 xal

11:11  Mövsümün son matçında ehtiyatda qaldı

10:59  "Qarabağ"a 13 potensial rəqib

10:45  Amit Quluzadəsiz qələbə

10:38  “Qəbələ”də ayrılıq qərarları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az