(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Əli Babayev polislərimizi ələ saldı

Əli Babayev polislərimizi ələ saldı

“Sumqayıt”ın futbolçusu Əmir Ağayevin İsrail mətbuatına verdiyi müsahibə geniş əks-səda doğurdu. Milliləşdirilmək üzrə olan oyunçunun dedikləri hələ də müzakirə mövzusudu.
 
Bu arada daha bir israilli – Əli Babayev də maraqlı açıqlamaları ilə diqqət çəkib. “Sumqayıt”ın digər oyunçusu Azərbaycan polislərini ələ salıb: "Bir neçə həftə öncə avtomobillə yolun sol zolağı ilə hərəkət edirdim. 100 metrdən sonra yol polisi məni saxladı və onlardan biri azərbaycanca danışmağa başladı. Bir müddətdir Bakıda yaşadığımdan artıq dili başa düşürəm. Ancaq polislərdən yaxa qurtarmaq üçün onları aldatdım. Özümü elə göstərdim ki, sanki heç nə anlamıram. Polisə öz dilimdə "Sizi başa düşmürəm, mən yalnız ivrit dilində danışa bilirəm. Siz bu dili bilirsiniz?" dedim. O, mənə gözləməyimi söylədi və öz maşınına doğru getdi. Bir neçə dəqiqədən sonra isə qəflətən siqnal verib, yola davam etməyimi bildirdi. Amma belə bir şey İsraildə olsaydı, hətta hind dilində də danışsaydım, polislər mənə cərimə yazmaq üçün "Google Translate" tərcümə proqramından istifadə edərdilər".
 
Əlinin bu açıqlamasını polislərin də oxuyacağına ümid edirik. Onlar şəkildə gördükləri oğlanı növbəti görüşdə öz dillərində başa salarlar.
 
Babayevin digər açıqlaması da maraqlıdı. "Bakıda insanlardan çox taksi var" deyən legionerin bənzətməsi yerinə düşmür. Təbii ki, Bakıda hətta ümumi maşın sayı insanlardan çox ola bilməz, o ki qaldı taksilər. Düzdü, o, say çoxluğunu ifadə etmək üçün şişirtməyə yol verib. Ancaq polislər haqda belə danışan birinin çoxumuzu heç insan saymamasından şübhələnməyə əsasımız var.

 
tarix: 20-02-2019 09:47


 
Xəbər lenti
08.12.2019

00:02   “Borussiya” “Bavariya”ya da qalib gəldi

07.12.2019

23:39  “Mançester Siti” “Mançester Yunayted”ə məğlub oldu, “Liverpul” darmadağına sevindi

22:56  “Qalatasaray”a 1 qol bəs etdi

21:48  Dmitri Nazarov oynadı, komandası məğlub oldu

21:14  “Qəbələ”nin “Sumqayıt”la 31-ci dueli

21:07  Həmkarımız Azərbaycan klubuna baş menecer təyin olundu

20:58  “Keşlə” Özbəkistan millisinin üzvü ilə müqavilə bağladı - RƏSMİ

18:07  “Atletiko”nun yeni rekordçusu

17:00  Millimizin oyunlarının başlama vaxtı açıqlandı

16:10  “Liverpul”da ötən ayın ən yaxşı futbolçusu

15:21  La Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu

14:08  “Traktor”da Mustafa Dənizli dönəmi başa çatdı

13:47  “İnter” “Roma”yla bacarmadı - VİDEO

12:32  Yılmaz Vural yenə millimizə göz dikib?

12:00  Premyer Liqa klubunda yeni baş məşqçi

11:19  Stankoviç oyunundan razıdı: “Bu sualın cavabını bilmirəm”

10:14  Premyer Liqa klubunda baş məşqçi ilə yeni müqavilə

09:59  Namaşko hakimdən üzr istəyib: “Emosiyalara qapılmışdım”

09:44  Debütant rəqabətə hazırdı

09:30  İsrafilovlu “Albasete” evdə xal itirdi

09:15  Ramil Şeydayevsiz “Dinamo” darmadağına üzüldü

09:00  Dani Kintana: “Həmişə neqativ suallar verirsiz”

02:12  Hərəyə 2 qol, 1 xal

02:03  Lion “Olimpik”i səfərdə darmadağına sevindi

01:55  “Atletiko”dan “Vilyarreal”la heç-heçə

01:48  “İnter” “Roma” ilə heç-heçəyə razılaşdı

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az