(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

Premyer Liqanın qış fasiləsindən sonrakı 3 turu “Sabah” üçün uğurlu olmayıb. Debütant ilk turda səfər qələbəsi qazansa da, ardıcıl 2 məğlubiyyət yerinə düşmədi. Həm də komanda bu qarşılaşmalarda üstün oynayaraq xalsız qaldı.
 
Növbəti turda çempion “Qarabağ”ı qəbul edəcək “Sabah”ın qapıçısı Saşa Stamenkoviç vəziyyətdən çıxacaqlarına inanır. Serb qapıçı futbolinfo.az saytına müsahibəsində bu barədə danışıb.
 
- Son iki matçda məğlub olmağınızı necə şərh edərdin?
- Futbol buna görə maraqlıdır. “Qəbələ” və “Səbail”lə matçlarda xal gözləyirdik. Amma olmadı. Qol epizodlarını nəzərə alsaq, oyunlar fərqli hesablarla başa çata bilərdi. Lakin bizdə alınmadı.
 
- Səncə, komanda “Qəbələ” və “Səbail”ə qarşı kifayət qədər yaxşı oynadı?
- Düşünürəm ki, pis oynamadıq. Futbolda necə oynamağın çox da vacib deyil, çünki sonda yaddaşda, tarixdə nəticə qalır. Baxırsan ki, sən nə əldə etmisən, xalın var, yoxsa yoxdu? Sadəcə, “Qəbələ” və “Səbail”lə oyunlarda rəqiblər qol imkanlarından yararlandığı halda, biz bunu edə bilmədik.
 
- Növbəti oyununuz daha çətin rəqib “Qarabağ”la olacaq...
- Məncə, “Qarabağ”ın güclü komanda olması yeni şey deyil. Amma “Sabah” da çox güclü komandadı. Xal üçün maraqlı matç olacaq. Doğma meydanımızda meydana çıxacağıq. “Qarabağ” xal qazanmaq üçün, çempionluğa oynadığı üçün təzyiq altında çıxış edəcək.  Onu bilirəm ki, biz heç biri oyunu uduzmamalıyıq. Bu, bizim şansımızdır.
 
- “Sabah”ın oyunlarda hər iki hissəni  - 90 dəqiqəni eyni tempdə oynaya bilməməməsi fiziki problemlə bağlıdı?
- Azərbaycanda heç bir komanda 90 dəqiqə eyni tempdə futbol oynaya bilməz. “Sabah” da onların sırasın aiddi.
 
- “Qarabağ” “Neftçi” ilə çempionluq mübarizəsindədi. Sizin bu rəqibdən xal almağınızın sabiq komandanızın xeyirinə olacağını nəzərə alsaq, meydana əlavə motivasiyə ilə çıxacaqsız?
- İlk öncə xal almaq “Sabah” üçün yaxşı olacaq. “Qarabağ” da, “Neftçi” də güclü komandalardı və meydana 3 xal üçün çıxırlar. Mən hazırda öz komandamı düşünürəm və hər matç bizim üçün vacibdi. Baxacağıq, görək bizim oyunumuz kimə kömək edəcək.
 
CAVAD

 
tarix: 20-02-2019 10:48


 
Xəbər lenti
15.10.2019

01:20   Millimiz İsveçrəyə qarşı - YENİLƏNİR

00:46   Ukrayna AÇ-2020-də, Türkiyədən Fransa ilə heç-heçə

14.10.2019

23:45  “Qarabağ”ın legioneri sıradan çıxdı

20:04  Azər Bağırov “Qəbələ”də - RƏSMİ

19:48  Rudi Qarsiya rəsmən Lion “Olimpik”ində

18:30  Millimizin rəqibinin heyəti açıqlandı

18:00  “Bəlkə də, ömrümün sonuna qədər bunun peşmançılığını çəkəcəm” – Rəşad Sadıqov

17:42  Lion “Olimpik”ində yeni baş məşqçi

17:21  Təsəllin mübarək, AFFA!

17:00  “Qalatasaray”ın sabiq futbolçusu karyerasını başa vurdu

16:40  FIFA referimiz “Yuventus”un oyununda

16:22  Azərbaycanlı azarkeşlərdən etiraz aksiyası: “Xalımızı geri qaytarın”

16:11  Mançininin taleyinə aydınlıq gəldi

15:50  Millimizin rəqiblərindən heç-heçə - VİDEO

15:40  Sadıqov da etiraz etdi: "Daha bu qədər də haqsızlıq olmaz!" - FOTO

15:31  Uçurumun dibində: 2019-da millilərimiz 67 oyuna cəmi 8 qələbə görüb

15:22  "Hiqler Azərbaycan millisini "dəfn etdi" - Avropa mətbuatı

15:06  Fiasko...

14:41  Adı “Sabah”la hallanan məşqçi Polşa klubunu çalışdıra bilər

14:05  Fransa - Türkiyə matçında 40 min türk

13:48  Messi və Aquero yığmaya nə vaxt qayıdacaq?

13:27  “Qarabağ”da aprel şəhidlərinin övladlarıyla 1 gün - VİDEO

13:02  “Əsas odu ki, hələ sağıq”

12:43  Millimizin rəqibi Paraqvayla bacarmadı

12:24  Beyl Azərbaycanla oyunu buraxa bilər

12:01  Rusiya yığmasından Kiprə 5 cavabsız qol - VİDEO

11:45  Bəhlul Mustafazadə: “Top 100 faiz əlimə dəyməmişdi”

11:30  Uels yığması Bakıya itki ilə gələcək

11:15  İtaliya yığmasında itki

11:00  “Dua edirdim ki, hər hansı səbəbdən qol sayılmasın”

10:44  “Qol sayılmayıbsa, buna görə biz üzr istəyəsi deyilik”

10:30  Cavid Hüseynov: “Bu, onsuz da həmişə belə olub”

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az