(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Millimiz Avropa çempionatının sonuncu səbətində

Millimiz Avropa çempionatının sonuncu səbətində

Sabah qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılacaq. Püşkatma mərasimi UEFA-nın İsveçrə şəhərindəki mənzil-qərargahında baş tutacaq.
 
Bakı vaxtı ilə 16:30-da start götürəcək mərasimə rekord sayda - 47 komandanın nümayəndəsi qatılacaq. Kipr və Kosovonun qadınlardan ibarət yığması ilk dəfə mötəbər turnirə qatılacaqsa, Azərbaycan millisi 2009-cu ildən sonra Avropa çempionatına dönüşünü qeyd edəcək.
 
Komandaların yer aldığı səbətlər də artıq bəllidi. Final mərhələsinə ev sahibliyi edəcək İngiltərə istisna olmaqla, digər yığmalar qruplara bölünəcək. Yığmamız püşkatma zamanı sonuncu - 5-ci səbətdə qərarlaşacaq (matç.az).
 
Komandalar 9 qrupa bölünəcək ki, bunların ikisində 6, yeddisində isə 5 yığma mübarizə aparacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən Kosovo yığması nə Bosniya və Herseqovina, nə də Serbiya ilə eyni qrupa düşə bilər.
 
Seçmə qrup mərhələsində mübarizə avqustun 26-da start götürəcək və gələn il sentyabrın 22-dək davam edəcək.
 
1-ci səbət: Fransa, Almaniya, Hollandiya, İspaniya, İsveç, Norveç, İsveçrə, Şotlandiya, İtaliya
2-ci səbət: Avstriya, Danimarka, İslandiya, Belçika, Rusiya, Uels, Ukrayna, Finlandiya, Çexiya
3-cü səbət: Portuqaliya, İrlandiya, Polşa, Rumıniya, Serbiya, Sloveniya, Macarıstan, Bosniya və Herseqovina, Belarus
4-cü səbət: Türkiyə, Slovakiya, Xorvatiya, Şimali İrlandiya, Yunanıstan, İsrail, Qazaxıstan, Albaniya, Moldova
5-ci səbət: Farer adaları, Malta, Makedoniya, Estoniya, Monteneqro, Gürcüstan, Latviya, Litva, Azərbaycan, Kipr, Kosovo.
 
Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən 3 komanda final mərhələsinə vəsiqə qazanacaq. İkinci yeri tutan digər 6 komanda arasında isə pley-off oyunları keçiriləcək. Seçmə qrup mərhələsinin matçları 26 avqust-3 sentyabr, 30 sentyabr-8 oktyabr, 4-12 noyabr, 2-11 mart 2020, 6-14 aprel, 1-9 iyun və 14-22 sentyabr tarixlərində oynanılacaq. Gələn il oktyabrın 19-da və 27-də pley-off mərhələsinin görüşləri baş tutacaq. Final mərhələsinin püşkatma mərasimi 2020-ci ilin sonlarında, oyunlar isə 2021-ci ilin iyul ayında İngiltərədə keçiriləcək.

 
tarix: 20-02-2019 11:00


 
Xəbər lenti
14.12.2019

01:52   Hərəyə 1 qol, 1 xal

01:38   “Lill” “Monpelye”ni məğlub yola saldı

01:26   “Hoffenhaym” doğma meydanda 4 qola üzüldü

13.12.2019

23:50  Turun açılış matçında qolsuz heç-heçə

21:56  Millimiz Türkiyə yığması ilə qarşılaşa bilər - Şenol Güneş açıqladı

21:27  “Traktor”a 1 qol bəs etdi

20:46  Avroliqada həftənin ən yaxşı oyunçusu bəlli oldu

19:15  “Sabah” “Saburtalo”ya uduzdu

18:50  “Qarabağ”dan azarkeşlərinə jest

18:41  Qumarbazları AFFA özü bəsləyirmiş

18:25  Yurgen Kloppdan yeni müqavilə

18:00  Yurçeviç: “Yenə Azərbaycanda çalışmağım mümkündür”

17:40  UEFA reytinqində irəliləmək şansı əldən çıxdı

17:21  Luis Suaresdən tarixi antirekord

17:00  İngiltərə klublarından rekord göstərici

16:41  AFFA 28 nəfəri futboldan “sildi” - Danışılmış oyunlara görə

16:21  ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

16:00  Cerrardla bağlı qərar rəsmən açıqlandı

15:40  Şota Arveladze Bakıya niyə gəlib? - Özü açıqladı

15:23  Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi

15:00  Avropa Liqasında son turun rəmzi komandası

14:41  “Çelsi”də yeni müqavilə

14:20  Avroliqada 1/16 finalın püşkatmasının vaxtı bilindi

14:00  Kubok duelinə 5 oyunluq seriya ilə

13:31  İcraiyyə Komitəsinin qərarları açıqlandı

13:26  “Sabah” “Levante”yə məğlub oldu

13:15  Millimizə 25 futbolçu çağırıldı

13:06  Kevin Kubemba: “Yarımfinala çıxa bilərik”

12:57  1/4 finalın hakim təyinatları açıqlandı

12:42  Paşayev 90 dəqiqə oynadı, komandası Avroliqa ilə vidalaşdı

12:36  AFFA Vüqar Məmmədi göndərdi, Obradoviçi saxladı

12:25  Yurçeviç millidən göndərildi

12:16  Əliyar Ağayevdən Avroliqa matçında 4 sarı vərəqə

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az