(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə ilk oyun öncəsi Xorvatiyada ciddi itkilər var. 

Futbolinfo.az xəbər verir ki, Zaqrebdəki qarşılaşmaya bir ay vaxt qalmış müdafiə xətti ilə bağlı problemlər baş məşqçi Zlatko Daliçi narahat edir.

"Damalılar"ın müdafiəçiləri Şime Vrsalko, Matey Mitroviç, Yosip Pivariç və İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdı. Lovrenlə yanaşı, Vrsalko və Pivariçin millimizlə oyunu buraxacağı dəqiqdi.

Xorvatiya yığmasının həkimi Boris Nemeç digər zədəlilər Mitroviçlə Ştriniçin durumunun qeyri-müəyyən olduğunu söyləyib. Həmçinin qapıçı Lovre Kaliniç də zədədən əziyyət çəkir. Ancaq həkim onun oyuna qədər sağalacağını düşünür. O, qolkiperin durumunun ciddi olmadığın vurğulayıb.

Daliçi ən çox düşündürən Vrsalkonun yoxluğudu. Baş məşqçi "İnter"in müdafiəçisi kimi, cinahdan hücumlara dəstək verəcək oyunçu axtarışındadı. Maraqlıdı ki, Daliçin namizədləri arasında "Volfsburq"un vingeri Yosib Brekalo da var. O, martın 21-dəki görüşdə Brekalonu müdafiənin sağ cinahında oynatmağı planlaşdırır.

Xorvatiya KİV-i indiki məqamda baş məşqçinin beynindəki "11-liy"in bu oyunçular olduğunu iddia edib: Lovre Kaliniç - Domaqoy Vida, Tin Yedvay, Borna Barişiç, Yosip Brekalo - İvan Rakitiç, Luka Modriç, Marselo Brozoviç - İvan Perişiç, Andrey Kramariç, Ante Rebiç. (matç.az)

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu Zaqrebin "Maksimir" stadionunda keçiriləcək.


 
tarix: 20-02-2019 18:08


 
Xəbər lenti
16.12.2019

02:42   “Neftçi” “Sumqayıt”a, “Qarabağ” “Keşlə”yə qarşı - YENİLƏNİR

02:14   PSJ-dən darmadağın

02:03   “Real” Valensiyadan 1 xalla döndü

01:52   Lider büdrədi, “Yuventus” qalib gəldi

15.12.2019

23:01  Lider səfərdən xalsız döndü

22:34  MS “Arsenal”a qalib gəldi, MY xal itirdi

22:03  “Fənərbaxça” səfərdə, “Beşiktaş” evdə uduzdu

21:00  150-ci dəfə qələbə sevinci yaşadı

20:13  “Səbail”lə “Zirə” ilk oyunda heç-heçəyə razılaşdı - VİDEO

19:36  Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”

19:13  Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”

18:52  Qəbələdə darmadağın, Bakıda heç-heçə

18:26  “Qəbələ” - “Sabah” 3:0 - VİDEO

18:06  Elmar Baxşıyev oyundan razı qalmayıb: “Şanslar yenə bərabərdi”

17:58  Sopiç: “Xorvatiyada “Qəbələ” kimi şəraiti olan klub yoxdu”

17:49  Yalnız Peyman Babayi

16:12  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:51  “Liverpul” DÇ-yə 20 futbolçu ilə yollandı

14:15  Kosta Rika klubunun forvardına Azərbaycandan cəlbedici təklif

13:46  “Napoli”də ciddi itki

12:59  Peyman Babayi: “Kubokda bu mövsüm də uğurlu olmağa çalışacağıq”

12:02  “Bavariya”da 300-cü oyun

11:09  Turabovun komandası səfərdən 1 xalla döndü

10:24  Millimizin üzvü “Bolton” üzərində qələbəyə sevindi

09:17  Klublararası dünya çempionatı: Yarımfinalçılar bəlli oldu

01:54  “Barselona” səfərdə xal itirdi

01:41  “Napoli” yeni baş məşqçi ilə də məğlub oldu

01:02  Marsel “Olimpik”i səfərdə xal itirdi

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az