(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Klublar Komitəsinin sədri kim olsun?

Klublar Komitəsinin sədri kim olsun?

AFFA-nın Növbəti Hesabat Konfransı ərəfəsində komitələr fəallaşıb. Xüsusilə Klublar Komitəsi varlığını göstərmək üçün əməli fəaliyyətə keçib. AFFA “övladının” yaşaması üçün səy göstərir. Formal qurum olduğu yarandığı gündən bəlli olan KK-nı 3 aydı başsız qalması da buna sübutdu.
 
Futbolinfo.az xəbər verir ki, ötən ilin sonunda KK-nın son yığıncağında sədr Kamran Quliyevin səlahiyyət müddəti bitdi və ona xələf seçilmədi. Heç kim mənasız işə qol qoyub, vaxt itirmək istəmədi, məsuliyyəti boynuna götürmədi. Çıxılmaz vəziyyətdə qalan klublar sədrlik sistemindən imtina etdi, iclasları təşkil etmək üçün katibin varlığının kifayət etdiyini düşündülər.
 
Lakin Zaur Hacı-Məhərrəmovun bəyliyi bir gün çəkdi. AFFA-dan Əsasnaməyə görə bu sistemin mümkünsüzlüyünü bildirdilər və yeni sədrin növbəti iclasda seçiləcəyini bəyan etdilər.
 
Budur, artıq yeni sədrin seçiləcəyi həmin iclas təyin olunub: sabah AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçiriləcək. Gündəliyə sədr vəzifəsinə seçkinin keçirilməsi və digər məsələlər daxil olunub.
 
Bəs, yeni sədr kim olacaq və ya olmalıdı? Klubların bu komitəyə münasibəti iclaslara göndərdikləri nümayəndələrin vəzifə səviyyəsindən bəllidi. Yalnız AFFA-nın baş katibi Elxan Məmmədovun dostları bu tədbirlərdə ən üst səviyyədə təmsil olunur, “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi klublar üçün KK mənasız qurumdu. Hətta “Keşlə”, “Səbail”, “Sabah” da ən yaxşı halda iclaslarda icraçı direktor səviyyəsində təmsil olunur.
 
Kamran Quliyevin bu postda qalmaq istəmədiyini, Zaur Axundovun hətta iclaslara gəlmədiyini, üstəlik, İcraiyyə Komitəsinin üzvü olduğunu nəzərə alsaq, baş katibin güvənə biləcəyi yeganə adam Riad Rəfiyevdi. Amma “Sumqayıt”ın prezidenti idarəçi kimi çox zəifdi, cavandı, bacarığı “Sumqayıt”ın durumundan bəlli olur.
 
Bəs, o zaman kim – bu sualın cavabını jurnalistlərdən öyrənməyə çalışdıq.
 
Elçin Cəlilov: “Klublar Komitəsinin sədri ya Fariz Nəvəfov, ya da Əmrah Çəlikəl olsun. Çünki məhz bu iki şəxsin rəhbəri olduğu klublar uğurlu nəticələriylə tanınıb. Həm də alternativ fikirlər, təşəbbüskarlıq kimi kriteriyalarda bu iki adı üstün görürəm. Başqa namizədlər də vr, lakin onların bir hissəsi artıq bu postu icra edib”.
 
İlkin Vaqifoğlu: “Fariz Nəcəfovun sədr olmasını istərdim. “Qəbələ” dayanıqlı idarəçiliyi ilə illərdi söz sahibidi. Bu, həm də barəsində son vaxtlar söz-söhbət gəzən kluba diqqət sayıla bilər. Kamran Quliyev sədr olduğu müddətdə reallıqların imkan verdiyi qədər çalışıb, fəaliyyəti qənaətbəxş idi. Məncə, KK fərqli sistemə keçməli, növbəlilik prinsipi təmin olunmalıdı. Necə ki, Türkiyədə Klublar Birliyi fəaliyyət göstərir. Komitənin fəaliyyətinin genişləndirilməsinə və yaxşılaşdırılmasına ehtiyac var. Premyer Liqanın hazırkı vəziyyəti bunu tələb edir. Nəcəfovun özündən də təklif gözləyirəm. Məsələn, divizion klublarının da komitəyə daxil edilməsini. Çünki onlar da peşəkar statusludu. Fariz bəy komitədə daha demokratik durum yarada bilər”.
 
Rəşad Ergün: “Klublar Komitəsinin Azərbaycan futbolunda hansisa ciddi mövqədə olduğunu düşünmürəm. Bu komitə AFFA İcraiyyə Komitəsindən, Məsqcilər Komitəsindən elə də fərqlənmir. Buna görə də komitənin sədri kim olur-olsun, nəsə dəyisməyəcək. Premyer Liqada 8 klub var, onun da tam yarısı AFFA-nin nəzarəti altindadi, oradan maliyyələsir. Bu durumda yerdə qalir az-cox mustəqilliyi olan 4 klub. Bu 4 kluba komitə, o komitəyə də sədr lazimdimi? KK mənə bizim Milli Məclisi xatirladir. İşi-gücü boş-boş danismaq olan adamlardı, yığışırlar, özləri ücün nələrisə muzakirə edirlər, guya qərarlar qəbul edirlər, amma ortada hec nə yox. Nə bir inkisaf var, nə də o qərarların nəyəsə təsiri”.
 
Kənan Məstəliyev: “İstənilən qurumun sədri sözükeçən, sözünə qulaq asılan və hörmət edilən biri olmalıdı. Konkret, KK-da bu adam həm öz klubunu, həm digər klubları, üstəlik də ölkə futbolunu düşünməli, AFFA qarşısında tələblər qoymağı bacarmalı, həqiqətən əhəmiyyət daşıyan işlərə qol qoymalıdı, hakimlərin tumanının rəng seçimi kimi absurd işlərə yox. AFFA qarşısında tələblər hissəsinə gəlsək, avtomatik məlum 5 klubu silirik. Qalır “Qarabağ”, “Qəbələ” və “Zirə”. İlk ikisinin durumu, sözü məlumdu, üstəlik, elə bir ehtiyacları da yoxdu nəsə deməyə, etməyə. Heç özlərinin bunda maraqlı olduqlarını düşünmürəm. Çünki KK faktiki əhəmiyyətsiz bir quruma çevrilib və “Qarabağ” və “Qəbələ”nin bunun qarşısını almaq üçün sərf etdiyi əmək yetərincə olub. Belədə “Zirə” qeyri-müəyyən qalır. Mən bu klubun prezidentinin namizədliyini irəli sürərdim, amma de-yure yox, de-fakto prezidenti Orxan Məmmədovun. Gənc olmasına baxmayaraq, perspektivlidi, karyerası yüksələn xətlə davam edir və onda maraq oyatsaq, daha doğrusu, KK maraq oyatsa, bu adam klublara kömək edə bilər. Belə demək olarsa, “aşağı”da başverənləri “yuxarı”lara çatdıra bilər, bu da öz növbəsində kiçik də olsa, ümid işığıdı. Təbii ki, Orxan Məmmədovun gəlib KK-da oturması və faktiki sədrlik edəcəyinə inanmaq sadəlövhlük olardı. Ancaq ən azından klubuna şans vermək olar. Sonra Allah kərimdi. Onsuz da ölkə futbolu yalnız tanrının ümidinə qalıb”.
 
Amal Abuşov: “Klublar Komitəsi bir qurum kimi özünü təsdiqləyə bilməyib. Bu baxımdan ora kimin sədr olmasının mahiyyəti dəyişdirməyəcəyini düşünürəm. AFFA həqiqətən də KK-nı işlək və hörmət edilən quruma çevirmək istəyirsə, öz baxışını dəyişməli, "Qarabağ"la "Qəbələ" rəsmilərinin təkliflərini dinləməlidi. Yalnız bu iki klubun mövqeyi və təcrübənin öyrənilməsi KK-nı "kukla" rolundan xilas edər. Onların nümayəndələri heç vaxt komitəyə sədrlik etməyib. İkisindən birinə yol açmaq, səlahiyyət vermək lazımdı”.
 
Pərvin Kazımoğlu: “Klublar Komitəsi də AFFA-nın digər komitələri kimi formal xarakter daşıyır. Bugünə qədər hansısa bir ciddi qərar qəbul etməyiblər. Vaxtaşırı toplaşıb, hazır gələn qərarları qəbul edib, dağlışıb gedirlər. Məşqçilər Komitəsi kimi görüntü xarakteri daşıyır, müsəqil qərar qəbul etmək, tövsiyyə vermək hüququ yoxdu. Buna görə də komitənin, ümumiyyətlə, buraxılmasının tərəfdarıyam. Yox, saxlanılacaqsa da, rəhbərliyi "Qarabağ" və ya "Qəbələ"nin nümayəndələri etsin. AFFA-dan aslı olmayan bu klublar bəlkə Klublar Komitəsinin müstəqilliyinə, formallıqdan çıxıb, əməli işlərlə məşğul olmasına nail ola bilər”.
 
Anar Xanlarov: “Ümumiyyətlə, hazırkı formatda fəaliyyət göstərəcəksə, Klublar Komitəsi ləğv olunsa, yaxşıdı. İndiki formatda bu komitə formallıqdan başqa bir şey deyil. Bu mənada kimin sədr olmasının  heç bir əhəmiyyəti yoxdu”.
 
İlkin Baba: “Klublar Komitəsi təzə formalaşan vaxt iclaslarda klub prezidentlərini görsək də, sonrakı müddətdə bunun şahidi olmadıq. Müzakirələrə klub rəhbərləri yox, onlar tərəfindən göndərilmiş nümayəndələr qatıldılar. Belə olan halda KK-ya hansısa klub rəhbərinin sədr təyin olunmasındansa, elə daim iclasda iştirak edən həmin nümayəndələrdən birinin seçilməsi daha yaxşı olar. Düşünürəm ki, kimin sədr təyin olunmasının o qədər əhəmiyyəti yoxdu. Nəticə əsasdı”.
 
AĞA

 
tarix: 21-02-2019 09:00


 
Xəbər lenti
24.05.2019

12:49   Emil Balayev ən yaxşılar arasında

12:24   Bakı finalına doğru: Azarkeşlər üçün VİDEObələdçi

12:00   Azərbaycanlı hakimlərə beynəlxalq təyinat

11:47   Marçello Lippi yenidən milli komandada

11:31   Bakı finalına doğru: “Görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq”

11:22   PSJ-də Neymar - Mbappe gərginliyi: İkisindən biri gedir

11:11   Meneceri Petrovu Kiyev “Dinamo”suna layiq bilir

11:00   Braziliya millisinin sabiq forvardı karyerasını başa vurdu

10:33   “Bavariya” finala ciddi itkilərlə çıxacaq

10:00   Almaniyalı futbolçu İtaliya klubunda

09:30   “Ştutqart”dan ilk oyunda heç-heçə

09:00   Serbiya kubokunun qalibi bəlli oldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az