(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Dünya futbol ulduzları Bakıya gəlir

Dünya futbol ulduzları Bakıya gəlir

UEFA Avropa Liqasının final oyununun Bakıya gəlişi bir ilkdir.

Futbolinfo.az xəbər verir ki, bu ilk özü ilə paytaxtımıza, xüsusilə futbol həvəskarlarına bir sıra yeniliklər hədiyyə edəcək. Martın 3-də, saat 12:30-da Bakıda, şəhərin mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma keçiriləcək. Oyunda yaşıl meydanın yerli və əcnəbi oyunçuları öz güclərini nümayiş etdirəcəklər.

Eydur Qudyonsen, Maykl Esyen, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanovun və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 oyunçu isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, Avropa Liqası Final-2019-a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.

Paytaxt sakinləri hər kəsə açıq olacaq bu möhtəşəm qarşılaşmanı yalnız izləməyəcək, eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.

Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar 23-24 fevralda Azərbaycan Premyer Liqasının XVIII turunda (www.pfl.az/games?tur=18) oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi feysbuk hesabında #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.

İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi feysbuk hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.

İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilər. Qeyd edək ki, www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq.

Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və əsası, feysbuk paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.

Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı  www.finalbaku2019.az/allstar keçidindən əldə edə bilərsiniz.

“Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün səhnədə mükafatlandırılacaq.


 
tarix: 21-02-2019 13:56


 
Xəbər lenti
27.05.2019

15:32   Bakı finalını Arşavin şərh edəcək

15:11   “Rəqib ilk dəqiqələrdən bizi təzyiq altında saxlamağa çalışdı”

15:01   Səlahət Ağayev “Neftçi”də qaldı

14:50   Balayev Qazaxıstanda ən yaxşı seçildi

14:36   Britaniyalı səfir Bakıdakı finaldan danışdı

14:15   Avroliqanın Bakı finalında daha bir ilk

13:56   “Barselona”nın futbolçusu üçün əlamətdar oyun

13:37   Sabiq “Arsenal”lı karyerasını başa vurdu

13:18   Premyer Liqa klubu satılır – 350 milyona

12:54   “Fənərbaxça”da daha bir ayrılıq

12:33   Premyer Liqa klubunda baş məşqçi istefası

12:14   “Sumqayıt” üçün 14 650 azarkeş

12:00   Seriyası davam edənlərdən biri – “Qarabağ”

11:49   Millimizin heyətində dəyişiklik

11:43   UEFA "Arsenal"ın Bakıdakı təxribatının qarşısını aldı

11:37   Bakıda Emeri ilə də mübarizə aparacağıq

11:31   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

11:24   "Çelsi"də ciddi itki

11:11   Şeydayevin taleyi iki oyundan asılıdı

10:59   Jorjinyo Sarrinin müdafiəsində

10:45   Sokratisin bəxtə də ehtiyacı var

10:38   Kvalyarella – 36 yaşlı bombardir

10:24   “Bavariya” rekordunu yenilədi

10:01   Baki finalı: hər şey arzulandığı kimidi

10:00   Ölkə kubokunu “Şaxtyor” qazandı

09:40   Messidən növbəti rekord

09:31   Rizvanov 86 dəqiqə oynadı, “Bohemians”...

09:21   Paşayevsiz “Aleksandriya” səfərdə uduzdu

09:00   “Neftçi” “Qəbələ”nin daha bir oyunçusu ilə güclənir

00:41   A Seriyasında mövsümə yekun vuruldu

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az