(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

“Keşlə”nin yarımmüdafiəçisi Con Kamaranın futbolinfo.az saytına müsahibəsi:

- Qış fasiləsindən sonra nəyahət ki, qələbə qazana bildiniz...
- Təbii ki, bu nəticəyə çox sevinirik və şadıq. Həqiqətən komanda üçün çox vacib qalibiyyət idi. Hansı ki, biz bunu çox istəyirdik.

- Amma təlim-məşq toplanışından sonra 3 oyuna 1 qələbə yaxşı nəticə sayıla bilməz...
- Sizinlə razıyam. 3 oyundan 1-də qələbə qazanmaq yaxşı ssenari deyil. Özümüz də belə olmasını istəməzdik. Mən inanıram ki, bütün matçlarda komandanın hər bir üzvü meydanda döyüşüb, lakin istədiyimiz əldə edə bilməmişik. Yanvardan sonra oynadığımız 2-ci və 3-cü matçda çox yaxşı çıxış etdik. Mən öz məşqçimizə inanıram. Çünki onun Azərbaycan çempionatında təcrübəsi böyükdür. Daxili ab-hava qaydasındadır və düşünürəm ki, bütün bunlar öz nəticəsini qarşıdakı oyunlarda göstərəcək.

- Keçirdiyiniz 3 matç Azərbaycan Premyer Liqası haqqında səndə hansı fikirlər yaradıb?
- Yaxşı liqadır. Əsas odur ki, komandalar meydanda mübarizə aparır. Lakin bir məqamı qeyd etməliyəm ki, Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərirlər. Bu xüsusi məqamdır. Başqa tərəflərinə gəlincə, razıyam liqadan.

- Azərbaycana gələndə Qazaxıstandakı ölkəmizdə oynamış futbolçulardan məsləhət aldın?
- Yox, ancaq menecerimlə məsləhətləşdim. Ümumiyyətlə, mənim üçün Azərbaycan çempionatında oynamaq qəribə deyildi və ya mənə qaranlıq qalan nəsə yox idi. Çünki əvvəllər burada həmyerlilərim çıxış edib. Onlarla bu barədə söhbətimiz olmuşdu.

- Səncə, “Qarabağ” və “Neftçi”yə kimsə mane ola biləcək?
- Bütün komandaların buna gücü var və lazımi rəqabəti ortaya qoya biləcəklər.

- “Keşlə” bu vəziyyətdən, hazırki durumundan xilas ola biləcəkmi?
- Dediyim kimi, yaxşı məşqçimiz var və səhvlərimiz üzərində işləyirik. Fikrimcə, indiki kimi məşqləri davam etdirsək, hər şey yaxşıya doğru dəyişəcək. Biz yaxşı yerlərə gələ biləcəyik.

- Qazaxıstan çempionatında hazırda “Qarabağ”da olan Riçard Almeydaya qarşı oynamışdın?
- Onu tanımıram.

- “Qarabağ”ın yarımmüdafiəçisi...
- Yadıma düşdü və biz onunla bir neçə dəfə üz-üzə gəlmişdik. Çox yaxşı futbolçudur.

- Qarşıda “Qəbələ” ilə ağır oyununuz var...
- Bizi çətin səfər matçı gözləyir. Şanslarımızdan yararlanmağa çalışacağıq.

AĞA


 
tarix: 21-02-2019 15:33


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az