(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Tahir Süleymanov
Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

Futbolinfo.az sizi “Sabah”ın baş məşqçisi Elşad Əhməvoun müsahibəsi ilə tanış edir:

– Komandanın son turlarda uğursuz çıxışının səbəbi nədir?
– Məncə, bu məğlubiyyətləri bir az çox qabardırıq. "Qəbələ” ilə bir hissə 10 nəfərlə mübarizə apardıq. "Səbail”lə görüşdə isə hücumda itkilərimiz var idi. Marko Deviç cəzalı idi, Elşən Abdullayev zədələnmişdi. "Səbail”lə ilk hissədə yaxşı oynamışdıq. İkinci hissədə boşluqlarımız oldu və uduzduq. Son iki oyunda uğursuzluq yaşadıq, oyunumuz alınmadı və nəticədə, uduzduq. Ancaq bərbad oynadığımızı düşünmürəm.

– Komandada hücumçu problemi görünür. "Qəbələ” ilə keçirilən matçdan sonra təşkil olunan mətbuat konfransında hücumçu axtardığınızı demişdiz. Məsələ nə yerdə qalıb?
– Axtarışlar davam edir. Bizə uyğun hücumçu axtarırıq. Hücumçular çoxdur, ancaq bizə uyğun olanları seçəcəyik. Ancaq biz 5-10 oyunluq hücumçu gətirmək istəmirik. Növbəti mövsümə indidən heyət qurduğumuz üçün, bu çempionatda oynaya biləcək oyunçu axtarırıq.

– Təmkin Xəlilzadənin qış transfer pəncərəsi dövründə "Sabah”a keçidi maraqla qarşılanmışdı. Təmkin potensialı olan futbolçudur, amma sanki ümidləri doğrultmur. Onun oyunu sizi qane edirmi?
– Təmkin yaradıcı futbolçudur, Azərbaycan millisinin də üzvüdür. Demək olar, Azərbaycanda sol cinahda oynayan sol ayaqlı nadir futbolçulardandır. Bizə gəldikdən sonra "Zirə” ilə matçda və "Səbail”lə qarşılaşmada forma geyinib. "Qəbələ” ilə matçda olmamışdı. "Zirə”yə qarşı yaxşı oyun sərgilədi. Bircə, "Səbail”lə oyunda zəif təsir bağışladı. Təmkindən gözləntilərimiz çoxdur.

– Digər yeni transferlər – Rəşad Eyubov və Coşqun Diniyevin sərgilədiyi oyundan razısızmı?
– Rəşad demək olar, tam açılışıb. Tam formadadır. Türkiyədəki təlim-məşq toplanışında da bunlar görünürdü. Ancaq hələ tam istədiyim Coşqunu ala bilməmişəm. Bilirəm, onun potensialı var və o da açılışacaq. Gəldiyindən bu yana iki oyunda olub və bir hissə oynayıb. Türkiyədəki təlim-məşq toplanışına bir az gec qoşulduğuna görə, həm də, gələndən sonra xəstələnmişdi. Cəmi 5 dəqiqə oynamışdı.

– Debütant olaraq, bu mövsüm Premyer Liqada neçənci yeri tutsaz, sizi qane edər?
– "Sabah”ın 2018-ci ildəki komandası olanda deyirdik ki, Premyer Liqada möhkəmlənmək əsasdır. Yenə də eyni fikirdəyik. Qışda yeni transferlər etdik, bacardığımız qədər yuxarı pillələrdə olmaq istəyirik.

– Həftəsonu "Qarabağ”la qarşılaşacaqsız. Ağdam klubuyla son oyunda 1:1 hesablı heç-heçə etmişdiz. Bəs budəfəki oyundan gözləntiləriniz nədir?
– "Qarabağ”a qarşı iki oyun oynamışıq. Birincidə "Əlincə Arena”da 0:2 hesabıyla məğlub olduq. 82-ci dəqiqədə qol buraxmışdıq. Düzdür, "Qarabağ”la oyunda nəticə əsasdır. İndiki halda "Qarabağ”a qarşı yaxşı oyun sərgiləmək özü xoş haldır. Son illərin çempionuna qarşı belə oynamaq, futbolçular üçün də maraqlıdır. Futbolçularım da bu oyuna tam ciddiyyətlə hazırlaşırlar.

– Marko Deviçin bu oyunda iştirak etməyə hazır olması komandanız üçün üstünlük sayılırmı?
– Əlbəttə, Deviç "Sabah” üçün vacib futbolçudur. Bizim ön xətdə əsas "silah”ımızdır. (komanda.az)


 
tarix: 21-02-2019 16:25


 
Xəbər lenti
16.07.2019

20:00   Franko Lerda: “Bura turist kimi gəlməmişik”

19:44   “Qarabağ”ın yeni transferinin kimliyi bəlli oldu

19:00   Qurbanov: “Təcrübəmizin olması bizim üçün üstünlükdü, amma...”

18:34   “Qarabağ”ın gücünə bələdik”

18:03   “Partizani”nin müdafiəçisi: “Biz “Kukesi”nin aqibətini yaşamayacağıq”

17:49   “Neftçi”nin potensial rəqibi yeni transferini “qocaltdı” FOTO

17:20   “Zirə”də haitili hücumçu - RƏSMİ

17:07   “Qarabağ” yeni transferini göstərdi - VİDEO

16:35   “Sumqayıt” “Akhisar Bələdiyyəspor”la qarşılaşacaq

16:21   Türkiyə klubundan kuryoz transfer

16:14   “Qarabağ”dan azarkeşlərə jest

15:56   “Səbail” Rumıniyaya getdi

15:28   “Lids”in futbolçusu Super Liqa klubunda

14:59   “Partizani” Bakıda - FOTO

14:11   “Qarabağ” Gerye ilə bağlı qərarını verdi – RƏSMİ

14:04   “Monako”da 5 illik müqavilə

13:40   “Qəbələ”dən Qurbanovla bağlı rəsmi açıqlama

13:21   Zeedorf istefa verdi

13:05   “Mançester Siti”ni “Everton”a dəyişdi

12:44   “Partizani” penaltilər seriyasına hazırlaşır

12:20   Premyer Liqadan La Liqa klubuna

12:14   Pərdis yenidən “Keşlə”də: tibbi müayinədən keçdi

11:52   Nazim Süleymanov millət vəkilləri ilə görüşdü

11:33   Əvvəlcə Bordin, sonra Efros

11:18   Faysal Rerras: “Çox möhtəşəm kluba gəlmişəm”

11:00   “Liverpul” müqavilə bağladı və icarəyə göndərdi

10:41   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

10:24   Zidanın oğlu Portuqaliya klubunda

10:05   Yurçeviçin hesabatı: legionerlərdən narazıdı

09:45   Karikari yenə Azərbaycana gəlir

09:30   “Çelsi”də 4 illik müqavilə

09:19   “Neftçi” Saşanı istəyir

09:07   “Sumqayıt”da İsayev düyünü: Rəfiyev klubu yox, öz qazancını düşünür

09:00   Yaponiya millisinin üzvü rəsmən “Barselona”da

01:09   “Qəbələ” Boluda doluya düşdü

00:35   “Qəbələ”nin daha bir futbolçusu Çexiya klubunda

00:16   Davit Volkov: “Dinamo” ilə şanslarımız bərabərdi”

15.07.2019

23:21  “Neftçi” Kvame Karikari ilə müqaviləyə xitam verdi

22:08  “Neftçi”də istirahətə son, hazırlığa davam

20:22  ABŞ millisinin üzvü rəsmən “Beşiktaş”da

19:33  “Qarabağ”ı keçmək üçün hər şeyi edəcəyik”

19:00  “Qarabağ” - “Partizani”: Mətbuat konfransları və son məşqlər

18:35  “Yuventus” yeni transferini təqdim etdi

17:44  “Sevilya”dan növbəti transfer - RƏSMİ

17:15  “Qarabağ” yeni transferini rəsmən açıqladı

16:53  Yunanıstanlı müdafiəçi “Zirə”də

16:34  “Fənərbaxça”dan ayrılan futbolçu La Liqa klubunda

16:15  Korneliu Papure: “Səbail” bizə sürpriz yaşada bilər”

15:54  Kasilyasın yeni iş yeri bəlli oldu

15:36  Azərbaycanlı hakim DÇ-nin seçmə mərhələsində

15:12  Türkiyəyə gətirildi, müqavilə bağlamaqdan son anda imtina etdi

14:50  “Neftçi” və “Səbail”in cavab oyunlarının hakimləri açıqlandı

14:36  “Neftçi” - “Speranta” matçının biletləri satışda

14:06  “Fənərbaxça”nın 4 futbolçusu rəsmən “Rizəspor”da

13:39  Emil Balayev rəmzi komandada - FOTO

13:12  “Partizani”nin cavab matçı üçün start heyəti

12:50  Orxan Hüseynzadə ÇL matçına təyinat aldı

12:35  La Liqa klubundan rekord transfer

11:51  Əsgərovun komandası darmadağınla 1/4 finalda

11:30  Emil Balayev: “Bizə çətin olacağını bilirdik”

11:15  AFFA “Turan Tovuz”la bağlı tender elan etdi

11:00  “Qarabağ” – “Partizani”: Hakim təyinatları açıqlandı

10:45  Millimizin dünya çempionatı üçün heyəti açıqlandı

10:30  Paşayevli “Aleksandriya”ya 1 qol bəs etdi

10:00  “Valensiya” 50 milyonluq hücumçu aldı

09:30  “Partizani”nin baş məşqçisi: “25 milyonluq büdcəsi olan komandaya qarşı oynayırıq”

09:00  “Qəbələ”dən ayrılan daha bir futbolçu İsrailə üz tutdu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az