(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

“Qəbələ”nin nigeriyalı yarımmüdafiəçisi Ceyms Adeniyinin futbolinfo.az saytına müsahibəsi:

- Son oyunda “Qarabağ”a məğlub olmağınızı necə şərh edərdin?
- Fikrimcə, əlimizə düşən qol imkanlarından yararlana bilmədiyimiz üçün xalsız qaldıq. Başqa səbəb görmürəm. Hər halda oyuna baxan hamı razılaşar ki, rəqibdən zəif çıxış etmədik. Kifayət qədər də qol şansımız oldu.

- Xüsusən sən bəzi epizodlarda yaxşı fürsətləri boşa verdin…
- Düşünürəm ki, həmin gün mənim günüm deyildi. Qol vurmaq şansım yox idi sanki. Növbəti oyun üçün məşqlərdə çalışıram və qol vurmaq, formamı geri qaytarmaq istəyirəm. Daha çox fərqlənmək niyyətindəyəm.

- Səncə, “Qarabağ”la matçda 2 qol epizodundan yararlana bilməyən Davit Volkovi komandaya istənilən qədər güc qata bilib?
- Davit çox yaxşı oyunçudur. Onun meydanda komandaya nə qədər kömək etdiyini görmək çətin deyil. Düşünürəm ki, o, tezliklə qollar vurmağa başlayacaq.

- İlk “3-lük”də olmaq üçün bundan sonra komandaya nə lazımdır?
- Bunun üçün bizim hər şeyimiz var. Sadəcə, hər matçdan, xüsusilə bu pillələr üçün mübarizə aparan rəqiblərlə oyunlardan xallar almaq lazımdır. O zaman ən azı 3-cü pillədə olacağıq.

- Komandanın heyəti buna kifayət edəcəkmi? Qışda önəmli futbolçularınızdan biri olan Təmkin Xəlilzadəni də itirdiniz…
- O, bizim üçün böyük itki idi. Amma Təmkinin yerinə oynayan futbolçumuz da kifayət qədər güclüdür. Düşünürəm ki, boşluğu hiss etdirməyəcək.

- Qış fasiləsindən əvvəl hamı düşünürdü ki, çempionatın ikinci yarısı daha maraqlı və çətin olacaq…
- Elədir. Məncə, oyunlarda da bu hiss olunur. Komandalar heyətlərini kifayət qədər gücləndiribilər. Nəticədə qarşılaşmalar daha ağır olur.

- Qarşıda “Keşlə” ilə matç var...
- Çempionatda asan rəqib yoxdur. “Keşlə”nin indiki mövqeyinə baxıb asan olacağını demək də mümkün deyil. Bizi çətin və ağır matç gözləyir.

FƏRİD


 
tarix: 22-02-2019 11:23


 
Xəbər lenti
24.05.2019

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

23.05.2019

21:22  “Şüvəlan” Naxçıvanda çempion oldu

18:38  Avroliqanın Bakı finalına yeni formalarla

17:46  La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

17:07  “Bu, Bakıda kuboku qaldırma ehtirasımızı artırıb

16:41  Paytaxt klubu daha bir futbolçusu ilə vidalaşdı

16:05  “Neftçi”nin Türkiyədəki ilk rəqibi müəyyənləşdi

15:51  Nazim Süleymanov Gəncə veteranlarını da birləşdirdi

15:41  Hollandiyalı futbolçu rəsmən “Barselona”da!

15:12  Avroliqanın final matçının açılış mərasimi üçün Conas Blu

14:44  UEFA-dan “Arsenal”a finalla bağlı xəbərdarlıq

14:25  “Fənərbaxça”nı Yunanıstan klubuna dəyişir

14:06  Millimizin forvardı “Visla”dan cavab gözləyir

13:26  43 yaşında karyerasını başa vurdu

13:05  “Sabah” futbolçu seçimi elan etdi

12:48  Villian: “Bakıdakı finalda qalib gəlməliyik”

12:27  Xorvatiya kubokunun qalibi bəlli oldu

12:01  David Luis: “Azərbaycan gözəl ölkədi”

11:42  Rusiya kubokunun qalibi bəlli oldu

11:24  “Çelsi” və “Arsenal” final biletlərini qaytarır

11:00  “Barselona”da ciddi itki - finalda oynamayacaq

10:30  Rudi Qarsiya istefa verdi

10:00  Dortmund “Borussiya”sından daha bir transfer - RƏSMİ

09:30  Vüqar Əsgərov oynadı, “Dauqavpils”...

09:00  Paşayev üçün 90 dəqiqə və 1 xal

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az