(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

“Bu gün Hakimlər Komitəsinin sədri Frits Stuxlik də iclasa qatılmışdı. Əsas məsələ hakimliklə bağlı idi. Bildiyiniz kimi, son vaxtlar bəzi klublarımız oyun qaydalarına görə yox, administrativ məsələlərə görə cərimələnib. Hakimlərin otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu".

Futbolinfo.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun prezidenti, eyni zamanda bu gün keçirilən iclasda AFFA Klublar Komitəsinin sədri vəzifəsinə seçilən Riad Rəfiyev deyib. Yeni sədr daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Ən xırda məsələlərə görə belə, cərimələr yazılıb. Məsələn, topdaşıyan uşaqların oyun zamanı topla artıq hərəkət etmələri və s. Bunları müzakirə etdinizmi?
- Bəli, əsas müzakirə mövzusu da bunlar idi. Ən çox suallar bununla bağlı verildi.

- Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdınız...
- Mənim fikrim belədi ki, biz hakim yox, öz səhvlərimizə görə uduzmuşuq. Bu iclasda hakim səhvləri barədə danışmadıq.

- Bu etirazlara Frits Stuxlikin cavabı nə oldu?
- Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidisə, bununla bağlı siyahı hazırlayıb Stuxlikə göndərək.

- Klublar Komitəsinin sədri olacağınızı gözləyirdinizmi?
- Həmişəki kimi, səsvermə oldu və mən seçildim. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.

- Qurum yeni yarananda hər ay yığışırdısa, son vaxtlar gec-gec bir araya gəlirsiniz. Sizin sədrliyiniz dövründə necə olacaq?
- Qeyd etdiyim kimi, növbəti iclasımız gələn aydı. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdu və onları danışmaq lazımdı.

- CBC Sport yayım hüququna sahib çıxanda klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin ödəniş hələ də olunmayıb...
- Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bu iclasda isə AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq.

- Qarşıdakı iclasda "Futbol+" qəzetinin yaşaması üçün hansısa addımın atılması nəzərdə tutulub?
- Çox gözəl fikirdi. Bununla bağlı şəxsən özüm növbəti iclasımızda məsələ qaldıracam. Mütləq bu barədə danışacaq və imkan daxilində qəzetə kömək etməyə çalışacağıq.


 
tarix: 22-02-2019 12:12


 
Xəbər lenti
12.12.2019

10:40   Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi

10:21   Bundesliqa klubunda yeni müqavilə

10:00   “İnter”in 12 milyon avroluq itkisi

09:41   “Atalanta”dan tarixi uğur

09:20   Klublararası dünya çempionatı başladı

09:00   İslahat görüntüsü: Nizamnamədə dəyişiklik nəyə hesablanıb?

02:50   “Qarabağ” “Düdelanj”a qarşı - YENİLƏNİR

02:00   ÇL-də qrup mərhələsinə yekun vuruldu

11.12.2019

21:44  “Napoli” yeni baş məşqçisini rəsmən açıqladı

19:52  Conatan Juber: “Sabah bunun öhdəsindən gələcəyik”

18:00  “Barselona” bunu ardıcıl 3 mövsümdü bacarır

17:39  4 qol buraxan qapıçı ÇL-də rekordçu oldu

17:14  Çempionlar Liqasında eşşək pankartı - FOTO

16:53  Cabir İbrahimov: “Versin məhkəməyə, hər şeyi sənədlərlə sübut edim”

16:37  Azərbaycanlı futbolçu 2 qol vurdu, komandası…

16:07  Lippertlə veteranlara münasibətdəki fərq

15:58  Bir həftədə 7-ci ayrılıq

15:33  Mourinyo onları Almaniyaya aparmadı

15:00  AFFA-dan beş komandaya texniki məğlubiyyət

14:20  Bakıda FİFA-nın təcrübə mübadiləsi seminarı

14:00  “Əsl azarkeşlər bizə dəstək verməlidilər” - Maksim Medvedev

13:50  AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza

13:40  Qurban Qurbanov: “Turniri qələbə ilə başa vurmaq istəyirik”

13:30  “Qəbələ”nin futbolçusuna 4 oyunluq cəza

13:23  Şəxsi karyera üçün düşünülmüş mükafat

13:17  “Benfika” “Zenit”i qrup sonuncusu etdi - VİDEO

13:10  “Zirə” əsasnaməni pozduğuna görə cərimə olundu

13:00  Sampaoli istefaya göndərildi

12:40  “Liverpul” inamlı qələbə ilə pley-offda - VİDEO

12:20  Özbəkistan millisinin üzvü rəsmən “Keşlə”də

12:00  “Barselona” “İnter”i pley-offa buraxmadı - VİDEO

11:42  “Barselona”nın futbolçusu ÇL-in tarixinə düşdü

11:21  “Napoli” Ançelottini qovdu

11:00  Premyer Liqa klubu baş məşqçisini qovur

10:30  Bakıda məyus olan Knup: “Türkiyə ilə oyunumuz səfər matçı kimi olacaq”

10:00  “Liverpul” bunu 11 il sonra bacardı

09:30  Fransa yığmasında Deşamla yeni müqavilə

09:00  UEFA-dan gələn pullar: ilk qanunsuzluğu AFFA özü reallaşdırıb

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az