(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

“Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

AFFA-nın baş katibi Elxan Məmmədov qurumun qərargahına gələndə Klublar Komitəsinin iclası artıq bitmişdi. Klub nümayəndələri dağılışmış, yalnız yeni sədr Riad Rəfiyev qalmışdı.
 
Onlar 5-ci mərtəbəyə qalxıb nələrisə müzakirə edəcək, plan cızacaqdılar. Çünki əvvəldən yazılan ssenariyə uyğun olaraq, bu gün yeni sədr “Sumqayıt”ın prezidenti oldu. Səsvermənin şəffaf keçirildiyi, hər kəsin istədiyi namizədi seçdiyi deyilsə də, əslində, hər şeyin əvvəldən ölçülüb-biçildiyi sirr deyil. Sədrin növbəti dəfə Məmmədovun dostlarından birinin seçilməsi/təyin olunması faktdı.
 
Əslində, başqa namizəd də yox idi. “Qarabağ” və “Qəbələ” rəsmiləri bu posta iddialı deyil, “Zirə”ylə “Sabah” nisbətən müstəqil klubdu – onlara güvənməzlər, son sədr “Neftçi”dən olub. 3 klub qalırdı – “Səbail”, “Sumqayıt” və “Keşlə”. Birinciləri kimin idarə etdiyi aşkarda bəlli deyil, icraçı direktor Ramin Həsənov isə hələ futbolun neçə nəfərlə oynanıldığını bilmir. “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov İcraiyyə Komitəsinin üzvü olduğundan, bu, onun üçün balaca vəzifə olardı. Yeganə namizəd Rəfiyev idi və o da demokratik görüntü verilən seçkidən qalib ayrıldı.
 
Komitənin katibi Zaur Hacı-Məhərrəmov brifinqdən öncə seçkidə 3 səsin “Sumqayıt”a, hərəyə 2 səsin “Keşlə” və “Qarabağ”a verildiyini bəyan etdi. Digər 1 səsin kimə getdiyini isə o, yadına sala bilmədi, rəsmi sənədlərə baxdıqdan sonra bu barədə məlumat verəcəyini bildirdi.
 
Rəfiyevin ilk mətbuat konfransının davam etdiyi vaxt foyedə görünən “Qəbələ” və “Qarabağ” rəsmiləri isə Zaur bəyə israrla mətbuata açıqlama verməsinin gərəkdiyini deyirdi. Zaur Əziziov və Asif Əsgərov seçkidə uduzubmuşlar kimi görünmək istəmirdi, onlar jurnalistlərə seçiləcəkləri təqdirdə də imtina edəcəklərini, bu səbəbdən iclasdan əvvəl onlara səs verilməməsini xahiş etdiklərini bildirdilər. “Qarabağ”ın 2 səs alması isə daha çox anlaşılmazlıqdan irəli gəlib, güman ki, iclasa gecikən və onların xahişini eşitməyən klub rəsmiləri məhz ağdamlılara səs verib.
 
Rəfiyevin seçilməsinin simvolik mənası da var. Deyəsən, AFFA bu klubu diviziona yola salmağa hazırlaşır. Klublar Komitəsinin indiyəqədərki bütün sədrlərinin komandaları ya zirvədə, ya da zirzəmidə olub. “Xəzər Lənkəran” və AZAL sonuncu olaraq Premyer Liqanı tərk etmişdisə, son sədr Kamran Quliyevin “Neftçi”si ilk pillədədi. “Sumqayıt”ın zirvəyə yüksəlmək şansının olmadığını nəzərə alsaq, deməli, diviziona bilet almaq olar.
 
Riad bəy bu posta layiqdimi? Bəlkə də. Amma o, əvvəlcə “Sumqayıt”ı düzgün idarə etməyi öyrənməli, klubu böhrandan çıxarmalı, sonra bütün klubların qayğısına qalmalıdı. O da menecerlik fəaliyyətindən, milliləşdirmələrdən vaxt tapsa...
 
CAVAD

 
tarix: 22-02-2019 12:33


 
Xəbər lenti
23.05.2019
22.05.2019

23:00  Ölkə prezidenti istədi, milliyə qayıtdı

22:14  “Sevilya” baş məşqçisi ilə yolları ayırdı

22:12  Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət - FOTO

22:02  UEFA İcraiyyə Komitəsinin iclası Bakıda - İlk dəfə

21:58  “Taleyim finaldan asılıdırsa, indidən çıxım gedim” - Sarri

21:09  “Çelsi”dən 37 yaşlı qapıçı ilə yeni müqavilə

20:00  Emil Balayev oynadı, “Tobol” finala yaxınlaşdı

19:05  “Qarabağ” onunla yeni müqavilə imzalandığını rəsmən açıqladı

17:55  Fransa klubundan baş məşqçi ilə yeni müqavilə

17:36  38 yaşlı hücumçu ilə yeni müqavilə

17:31  Yoxsul uşaqların biletlərini “SOS-Kinderdorf” paylayacaq

17:21  Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

17:15  Almanlar biletləri Təşkilat Komitəsinə göndərib, amma...

16:57  Qara Qarayev daha iki il “Qarabağ”da

16:26  Fransa klubu baş məşqçisini qovdu

16:01  Avroliqanın finalına görə banklar gücləndirilmiş iş rejimində çalışacaq

15:43  Kamal Bayramov rəsmən “Səbail”də

15:28  Azərbaycanda çıxış etmiş futbolçu Gürcüstanda saxlanıldı

15:03  Abramoviç Bakıya gəlir

14:38  Hazard rəsmən Dortmund “Borussiya”sında

14:05  La Liqada mövsümün rəmzi komandası - FOTO

13:44  Bakı finalına doğru: Avroliqa üçün tanınmış DJ

13:07  Azarkeşlər Petr Çexin Bakıda oynamasını istəmir

12:38  “Real”da mövsümün ən yaxşı oyunçusu bəlli oldu

12:08  “Sumqayıt”da qərar günləri

11:57  “Əsl əzmkarlıq nümayiş etdirdik”

11:39  Əfran İsmayılov “Keşlə”də

11:30  Macarıstan yığmasında heyət problemi

11:21  “Sevilya”dan “Milan”a

11:12  "Ayntraxt"dan nümunəvi jest: biletləri Bakı kəndlərindəki yoxsul uşaqlara hədiyyə etdilər

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az