(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

Futboldakı proseslərdən bunu görürdük, artıq futzalı da itirmək ərəfəsində olduğumuz şübhə doğurmamalıdı. 19 yaşlılardan ibarət yığmanın Türkiyəyə 1:10 hesablı məğlubiyyəti yoxlama oyununun arxasında gizlənə bilməz.
 
Rəsmi olsun, ya yoldaşlıq görüşü - oyun oyundu və meydançaya çıxdınsa, duelin statusu keçir arxa plana. Burda problemin ana-atası Ağatahir Əzimov hesab olunmamalıdı. Kimin baş məşqçi postunda əyləşib-əyləşməməsi heç bir əhəmiyyət daşımır.
 
Komandanın yeni formalaşdırılması və beynəlxalq oyun praktikasının olmaması da əsas götürələ bilməz. 1:00 hesabı ölkə futzalına cavabdehlik daşıyanların passivinə yazılmalıdı. Təbii ki, günahkarların başında Zaur Axundov gəlir.
 
Futzal federasiyasının prezidenti o olduğu müddətdə bu sahənin inkişafını gözləmək ağılsızlıqdı. Artıq uzun illərdi ki, futzal özündənrazı və təkəbbürü yerə-göyə sığmayan Axundovun əsarəti altındadı. Kifayət qədər imkanlı şəxsdi, qeyri-rəsmi milyonçudu. Əlaqələri güclü, nüfuz dairəsi böyükdü. Əli hər yerə girir. Bu da onda elə hiss yaradıb ki, bir telefon zəngiylə bütün məsələləri aşıra bilər.
 
Əsas milli belədi ki, legionerlərin hesabına nəsə etmək olar. Axundov federasiya prezidenti olandan sonra bir “Araz”a pul buraxıb, bir də braziliyalıları milliləşdirməyə. Məhz cənubi amerikalı gəlmələri yığmaya cəlb etməklə, o, sistemsiz və uğursuz fəaliyyətini gözəgəlimli nəticələrin kölgəsinə çəkib. İndi bu da keçmir.
 
Dünya çapında futzala münasibət dəyişib, demək olar, əksər rəqiblər güclənib. Odu ki, klub və yığma səviyyəsində Biləcəridən o yanda əldə olunan nətircələr ildən-ilə pisləşməkdədi. Axundov heç vaxt ölkə çempionatına, iştirakçılara maraq və diqqət göstərməyib. Hər mövsüm varlığını qoruyub saxlayan klubların başından basıb, onları ruhlandırmayıb, problemlərini dinləməyib.
 
Axırıncı dəfə nə vaxt arenada görünüb, bilinmir, yaddan çıxıb. Birinci və ikinci liqa qalsın bir tərəfdə, o, heç Super Liqanı da izləmir. “Araz” orda varsa, qurtardı getdi. Biz nə qədər iş adamı, klub rəhbəri tanıyırıq ki, sırf elə Axundova, onun qərəzli və biganə münasibətinə görə futzala tüpürüb. Bu zat hesab edir ki, federasiya prezidentidisə, hər şey ona məxsusdu, heç kimlə hesablaşmalı, məsləhətləşməli deyil. Bu cür sayğısızlıq və etinasızlıq olan yerdə xeyir-bərəkət də qəhətə çəkilər.
 
Başı pul qazanmağa, varidatını artırmağa qarışıb Axundovun. Bəlkə də 1:10-dan vaxtında xəbər tutmayıb. Onunçün daha vacib işlər var, milli hayında da deyil, gəmiləri dənizdə üzür, biznes imperiyasına yeni-yeni sahələr daxil olur, iki gündən bir xarici səfərlərdədi. Futzal lazımdı ona? (sportinfo.az)

 
tarix: 23-02-2019 09:00


 
Xəbər lenti
22.05.2019
21.05.2019

21:29  Fariz Nəcəfov: “Bu qələbə bir ay ərzində görülmüş işin nəticəsi deyil”

20:51  AFFA-dan Mxitaryan açıqlaması: “Bu, finalın möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək”

19:07  Yurçeviç: “Dəyişikliyə ehtiyac görmürəm”

18:44  “Neftçi”nin futbolçusu Qvineya millisinə dəvət aldı

18:26  Fransa klubu baş məşqçi ilə bağlı qərarını açıqladı

17:44  Premyer Liqada mövsümün qolu - VİDEO

17:14  Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

16:54  Bakı finalı öncəsi yeni müqavilə

16:37  La Liqa klubunda yeni baş məşqçi

16:15  “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt müəyyənləşəcək?

15:53  Bakı finalına doğru: “Arsenal” üçün fantastik mükafat

15:34  Finala görə “Tarqovı”ya giriş məhdudlaşdırılır

15:11  “Arsenal” rəsmən açıqladı: Mxitaryan Bakıya gəlmir!

14:52  “Keşlə” - “Neftçi” matçında 7 qol

14:35  Bakı finalına doğru: Bilet satışında 4-cü mərhələ

14:16  Almaniya millisinin üzvü “Borussiya”da

13:55  Dadaşovun komanda yoldaşı Bundesliqa klubunda

13:33  Bombardir milli karyerasını başa vurdu

13:12  Final “Sumqayıt”a 1600, “Qəbələ”yə 800 manata başa gəldi

12:53  “Trabzonspor”lu futbolçu seçim qarşısında: Azərbaycan, yoxsa Türkiyə?

12:44  La Liqanı tərk edən klub baş məşqçisini qovdu

12:31  “Keşlə” daha bir futbolçuyla anlaşdı - RƏSMİ

12:22  Unudulmuş “Bakı” mövsümə bombardirləri ilə damğa vurdu

12:14  Bakı finalına doğru: Mavi rəngli qanı olan Jiru

12:05  Yurçeviç media önünə çıxır

11:55  “Qəbələ”dən Makedoniyaya

11:48  Azərbaycan millisinə 23 futbolçu çağırıldı

11:42  "Çelsi"də Sarrini Lempard əvəz edir

11:35  "Arsenal" Mxitaryanla bağlı qərarını bu gün açıqlayacaq

11:29  “Mançester Siti”də mövsümün ən yaxşısı açıqlandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az