(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Tərlan Əhmədov: “Nəticə oyuna görə oldu”

Tərlan Əhmədov: “Nəticə oyuna görə oldu”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qəbələ"ylə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirib.

Futbolinfo.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:

- Komandamın oyunundan razı qaldım. Nəticə oyuna görə oldu. Qarşılaşmaya yaxşı köklənmişdik. Az səhvə yol verdik, rəqibi təzyiq altında saxlaya bildik. Ən böyük problemimiz ondadır ki, qol vəziyyətlərindən istifadə edə bilmirik. Hər oyundan oyuna inkişaf edərək nəyəsə nail olmağa çalışırıq. Hələ şansımız var.

- Hər hissəyə fərqli tapşırıq olmuşdu?
- Həmişə hücum futbolunu xoşlamışam. Futbolun gözəlliyi qoldu. Demək olmaz ki, şanslarımız yalnız standart vəziyyətlərdən sonra yaranrdı. Başqa silahımız da var. Amil Yunanovun da özəllikləri var. Bildiyiniz kimi, Qəbələ dəniz səviyyəsindən hündürdü, adaptasiya 3 gün əvvəl olmalıdı. Futbolçularda oksigen çatışmazlığı var. İkinci hissədə 15 dəqiqə sonra hiss olundu ki, komandam "oturmuşdu". Məşqçinin hərdən əli meydançanın içinə çatmır. Hər halda, 1 xal da 1 xaldı.

- İlk hissədə bir epizoda görə çox aqressiv oldunuz və hətta baş hakim sizə yaxınlaşaraq iradlarını bildirdi...
- Heç bir qayda pozuntusunun olmadığını bildirdim. Elə bir aqressivlik yox idi ki, sarı vərəqə olsun. Sarı vərəqə limitiləri həddən artıq çoxdu. Futbolçularda istər-istəməz qorxu yaranır ki, bu da oyuna təsirini göstərir. Xoşladığımz futbol az fit, çox mübarizə olsun.

- Qış fasiləsindən sonra sizi ən çox nə razı salır, nə narazı?
- Düşünürəm ki, komandamız istədiyim futbolu oynayacaq. Qol epizodlarından yaralana bilmirik. Komandamızın qış fasiləsindən sonra daha çox mübarizə aparması, özünəinam yaranması məni sevindirir. Qalib gələ bilmirsə, bu, səhvimdi. Hər şeyi birdən həyata keçirmək olmur.

- "Keşlə"nin builki hədəfi nədi?
- Hər birimiz istəyirik ki, yuxarı yerlər uğrunda mübarizə aparaq. Bəli, keçən il "Keşlə" kuboku qazanıb. Ancaq komandanın liderləri həmin vaxt uzaqlaşdırılıb. Gedənlərin yerini hələ dolrurmamışıq. Keçənilki komanda kimi formalaşdırmağa çalışırıq. Ancaq zamanım yoxdu. Reallıqla danışaq ki, "Qarabağ" və "Neftçi" qədər büdcəmiz yoxdu. Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun. Elə futbolçular vardı ki, bizim şərtlər onları qane etmədi. (sport24)


 
tarix: 23-02-2019 16:49


 
Xəbər lenti
21.07.2019

14:18   Emil Balayev baş məşqçisiz qaldı

13:39   “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35   Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00   Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45   “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az